Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 4 milyard manat ölkədən NECƏ OĞURLANIB ?
  • GÜNDƏM

4 milyard manat ölkədən NECƏ OĞURLANIB ?

admin 11.03.2025
1741667926_1
London korrupsioner varlılar üçün sakit cənnət yeri olmağı imtina edəndən – 2018-ci ilin mayından Cahangir və Zamirə Hacıyevlərin adı gündəmdədir. Onun həyat yoldaşı Cahangir Hacıyev Azərbaycanda 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) keçmiş sədri olan Cahangir Hacıyev barəsində 2 məhkəmə hökmü var.

O, ilkin olaraq bir mənimsəmə epizoduna görə mühakimə olunub və 15 il həbs cəzası alıb. Lakin bundan sonra digər cinayət işləri də məhkəməyə göndərilib. Məhkəmə işinin birinci mərhələsində Cahangir Hacıyev bankın 90 milyon manatadək vəsaitini “VİP” kartlar vasitəsilə şəxsi ödənişlərinə, sürdüyü lüks həyata sərf edərək taladığına görə müttəhimlər kürsüsündə oturmuşdusa, sonrakı məhkəmədə söhbət milyonlardan yox, ümumilikdə 4 milyard manatdan yuxarı mənimsəmədən gedirdi. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Cahangir Hacıyev heç bir təminat olmadan, sənədləşmə aparılmadan xaricə səpələnən kreditlər verməkdə ittiham olunurdu. Məlum olmuşdu ki, yarıdan çoxu dövlətə məxsus bankın vəsaitləri hesabına Cahangir Hacıyev Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”nun yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərib. Beynəlxalq Bankın nizamnamə kapitalının qohumların, sürücülərin, xadimələrin, bağbanların adına kreditlər rəsmiləşdirməklə süni şəkildə artırılması, bankın Müşahidə Şurasının qərarlarının icra olunmaması, əvəzində isə İdarə Heyətinin qərarları əsasında rəsmiləşdirilərək 1 milyard manatdan çox vəsaitin ölkədən çıxarılması və talanması kimi faktlar vardı. Cahangir Hacıyev sədr olanda mükafatlara və fəxri adlara xüsusi düşkünlüyü ilə seçilirdi. Monetar payçıların qəpik-quruşunu ödəməkdən yayınır, bunun əvəzində mükafat və fəxri adlar almaq üçün hər il bir neçə milyon xərcləyirdi. Beynəlxalq Bank dövlətə məxsus olduğundan, adətən bu bankın reytinq dərəcəsi də beynəlxalq qiymətləndirmədə həmişə ölkənin reytinqinə uyğun olaraq yüksək olurdu. Və sabiq bankir də bundan sui-istifadə edərək özünü hər yerdə Qafqazın ən böyük bankının rəhbəri kimi təqdim edirdi. Adi vətəndaşın Beynəlxalq Bankdan bir neçə min manat kredit alması üçün həftələrlə get-gələ salındığı, kredit almaq şansının faktiki olaraq mümkünsüz olduğu halda Cahangir Hacıyev şəxsi sürücüsünə, xidmətçisinə milyonlarla dollar kredit yazdıraraq dövlət bankının xəzinəsini öz cibi bilirdi.

Həbsindən sonra onunla bərabər talançılıqda iştirak edənlər də istintaqa cəlb olundular. Tutulanlardan biri də Cahangir Hacıyevin ən yaxın adamlarından hesab olunan Emin Sadiq idi. Emin Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurlarından biri idi. Bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısı hesab olunurdu. O, Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanı mənimsəməkdə ittiham olunurdu. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə Emin Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Həbs olunanlardan biri də sabiq milli təhlükəsizlik naziri, Cahangir Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayev idi. O da Cahangir Hacıyevlə birgə mənimsəmələrə görə tutulmuşdu.

Beynəlxalq Bankda baş verən talamalar nəticə etibarı ilə Azərbaycan dövlətini 3 milyard dollarlıq borca saldı. Bu məbləğ Beynəlxalq Bankın xilası üçün ayrıldığı günlərdə Ermənistanın dövlət büdcəsinin xərclərindən çox idi. 2018-ci ildə Ermənistanın dövlət büdcəsinin xərcləri təxminən 3 milyard dollar idi. Cahangir Hacıyev başının dəstə ilə 4 milyarddan artıq vəsaiti Beynəlxalq Bankdan “xortumlayıb” ofşorlara daşımışdlar.

Cahangir Hacıyev Azərbaycanda məhkəmə önündə dayandığı günlərdə London Ali Məhkəməsi onun keçmiş dövlət bankiri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya sorğu göndərdi. Zamirə Hacıyevadan 10 il ərzində Londonun məşhur dükanı Harrods-da xərclədiyi 21 milyon dollar pulu haradan aldığını açıqlaması tələb olundu.

Məlum oldu ki, Zamirə Hacıyeva Londonda alış-verişlərini Beynəlxalq Bankın 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib. Bundan əlavə, məhkəmə işlərindən məlum olub ki, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – “Mill Ride Golf Club”u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb. Artıq Zamirə Hacıyevanın Londondakı malikanəsi və qolf klubu satışa çıxarılıb. Mal-mülkə ilkin olaraq 19 milyon 500 min funt sterlinq qiymət qoyulub. Zamirə Hacıyeva Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) 6 illik təhqiqatından sonra Askotdakı qolf klubun və Naytsbricdəki evinin müsadirəsinə razılaşıb. Ötən ilin payızında bu aktivlərin satışa çıxarılacağı bilinib. Zamirə Hacıyevaya əmlakların hərracla satışından əldə edilən məbləğin 30 faizi veriləcək. 70 faizdən isə Milli Cinayət Agentliyinin xərcləri çıxılacaq və sonra yerdə qalan vəsait Azərbaycana qaytarılacaq.

“Yeni Müsavat”

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bərdədən tükürpədici səs yazısı: “Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır” -DE-FAKTO
Next: SOCAR-ın sabiq vitse-prezidentinin oğlunun işi yenidən məhkəmədə – atalıq testindən keçməlidir FOTO

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.