Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • UZUNÖMÜRLÜ MƏMUR VƏ “NAKAM” VƏTƏNDAŞ… – Niyə sadə vətəndaş pensiya yaşına çata bilmir, iri məmur isə yaşadıqca yaşayır?
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

UZUNÖMÜRLÜ MƏMUR VƏ “NAKAM” VƏTƏNDAŞ… – Niyə sadə vətəndaş pensiya yaşına çata bilmir, iri məmur isə yaşadıqca yaşayır?

admin 10.03.2025
1741609000_1
Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın yaşamaq hüququ təsbit olunub – cinsindən, peşəsindən, vəzifəsindən və s. asılı olmayaraq. Ancaq nə işdirsə, son bir neçə onillikdə Azərbaycanda bəzən nəinki insanların yazdığı qanunlar, hətta təbiət qanunları da düz-əməlli işləmir…

Məsələn, “ölüm haqdır”, “heç kim qismətdən artıq yaşaya bilməz” və s. kimi əsrlər boyu adət etdiyimiz anlayışlar sanki iri ranqlı sabiq və indiki bir çox iri məmurlar, nazirlər, komitə sərdrləri, deputatlar və s. üçün keçərli deyil. Bu adamlara nəinki adi qanunlar, təbiət qanunları da “batmır”!

Son statistika Azərbaycanda xüsusilə də kişilərin 50.4 faizinin, yəni, yarsından çoxunun(!) 65 yaşına çatmamış, pensiya belə almamış dünyasını dəyişdiyini deyir. Dəhşətli statistikadır! Amma bunu iri məmurlara qətiyyən şamil etmək olmaz. Görünür, bu kişilər o kişilərdən deyil… Maraqlıdır, nədən iri məmurlar əsasən yaşı 90-ı haqlamamış dünyasını dəyişmir, sadə vətəndaş isə “nakam” gedir? Əlbəttə, böyük ölçüdə ritorik sual və yanaşmadır. Lakin hər halda, bu sual ölkə vətəndaşını, xüsusilə də sağlamlıq, dolanışıq dərdi çəkən vətəndaşı ciddi maraqlandırır…

Ramiz Mehdiyev – 87 yaş, Artur Rəsizadə – 90 yaş, Ziyad Səmədzadə – 85 yaş, Hacıbala Abutalıbov – 81 yaş, Yaqub Eyyubov – 80 yaş, Əhməd Əhmədzadə – 80 yaş, Polad Bülbüloğlu – 80 yaş, Hüseynbala Mirələmov – 80 yaş, Eldar İbrahimov – 80 yaş, Əli Həsənov(“Qaçqınkom”) – 77 yaş, Ramil Usubov – 77 yaş, Məzahir Pənahov – 74 yaş və sair. Yaşadıqca yaşayan keçmiş və indiki məmurları, deputatları saydıqca saymaq olar. Əlbəttə, sıravi vətəndaşlar arasında da uzunömürlülər var. Lakin məmurların ümumi sayına nisbətdə uzunömürlülərin xüsusi çəkisi ilə adi vətəndaşların ümumi sayındakı uzunömürlülülərin nisbətini hesablayan olsa, birincilərin əzici üstünlüyə malik olduğu açıq görünər. Yəni, şərti olaraq sıravi vətəndaşın, xüsusilə də kişilərin 100-dən 20-si 70 yaşı ötə bilirsə, məmurlarda bu göstərici 100-dən 90-nın üzərində olar ki, az olmaz.

Son illər mərhum Gənclər və idman naziri Azad Rəhimov xaric hansısa iri ranqlı məmurun vaxtsız dünyasını dəyişdiyinə dair hər hansı faktı xatırlaya bilərsinizmi?…

Bəs, sadə vətəndaşla məmur arasındakı uzunömürlülük nisbətindəki bu fərqin, “uçurumun” səbəbi nədir? Məlum məsələdir ki, insan həyatının uzunluğunu bədbəxt hadisələr və irsi xəstəliklər xaricində müəyyən edən əsas şərt həyat keyfiyyətidir. Bu keyfiyyət isə insanın istifadə etdiyi ərzaqdan udduğu havaya, səhiyyə xidmətlərinə, yaşadığı stresslərə qədər bir çox faktorlardan asılıdır ki, bütün bu parametrelərdə də sadə vətəndaş iri məmura dəfələrlə uduzur.

Sadə insanımız mağazalarda üzərində “endirim” yazılan, tərkibi heç Allaha da məlum olmayan xəstəlik mənbəyi kolbasa-sosiska, “broyler toyuğu”, bitki yağı adı altında satılan amma özü sürtkü yağlarından az fərqlənən sarı maye, “inəkdən xəbəri olmayan” kərə yağı, geni dəyişdirilmiş tərəvəz, meyvə, apteklərdə isə bahalı dərmanın “əvəzedicisi”ni, yəni, daha ucuzunu və keyfiyyətsizini axtarır. Çünki imkanı yalnız bunlara çatır. Həmin vaxt iri məmura hər şeyin “orqaniki” gətirilir.

Bu adamlar adi iynəni belə Azərbaycanda vurdurmur, İsraildə, Almaniyada, ABŞ-də müalicə olunur. İstirahətini, məzuniyyətini dünyanın ən bahalı, ən gözəl, ekoloji cəhətdən ən təmiz məkanlarında keçirir. Sadə vətəndaş isə bahalığa görə öz rayonlarımıza belə gedə bilmir, sərhədlər bağlanandan sonra hətta nisbətən ucuz Gürcüstana belə həsrət qalıb…

Məmurun “təpəsinə tapanca dirəsən”, gəlib NZS-də yaşamaz. Onun mütləq Şüvəlanda, Zağulbada, Mərdəkanda, Nardaranda və s. elə həmin şərti NZS-də yaşayn vətəndaşdan, onun dövlətinin büdcəsindən oğurladığı pullar hesabına bağı, villası var. Məmurun, deputatın sabiqi də, hazırda vəzifədə olanı da orada yaşayır, işə də hər gün bahalı xidməti avtomobilində oradan gəlir…

Statistika onu da deyir ki, Azərbaycanda vaxtsız ölümlərin əsas səbəbləri sırsaında ürək-damar xəstəlikləri və xərçəng ilk yerləri tutur. Günü bu gün Milli Onkologiya Mərkəzinin qarşısında “mitinq meydanı”na, içində isə “insan tıxacı”na şahid ola bilərsiniz. Həkim qəbuluna düşməkdən “ximiya almağa” qədər hər yerdə ucsuz-bucaqsız növbələrdir. Dərmanlar da “od qiyməti”nə.

Artıq uzun illərdir xərçəng diaqnozu inkişaf etmiş ölkələrdə “ölüm hökmü” deyil! İnsanlar bu xəstəlikdən ya tam sağala, ya da 10 ildən artıq və daha çox yaşaya bilir. Azərbaycanda isə bizim səhiyyədən imdad diləyən imkansız xərçəng xəstəsinin ümidi yalnız Allaha qalır…

Bir sözlə, sadə vətəndaşla məmur arasındakı böyük uçurum onun ömrünün uzunluğunda da özünü tam və çox acınacaqlı şəkildə göstərir. Təbii ki, məmur, rəis, fəhlə, kəndli və s. olmasından asılı olmayaraq, kimsəyə vaxtsız ölüm arzulamırıq. İstədiyimiz sadəcə, bütün yazılan və yazılmayan qanunların normal, hamı üçün bərabər şəkildə işlədiyi, hamının sözün əsl mənasında yaşamaq haqqı olan(!) bir ölkəyə sahib olmaq və bu ölkədə yaşamaqdır…

Cəlal Məmmədov
“AzPolitika.info”

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzinin yaradılması gözlənilir
Next: Ələsgər Məmmədlinin həbsxanadan müraciət..

OXŞAR MÖVZULAR

1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026

XƏBƏR LENTİ

Ruslan Quliyev vəfat etdi 1780913285_screenshot-2026-06-08-140601
  • CƏMİYYƏT

Ruslan Quliyev vəfat etdi

admin 08.06.2026
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev...
DAVAMI Read more about Ruslan Quliyev vəfat etdi
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib 1780912920_screenshot-2026-06-08-135948
  • DÜNYA

Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib

admin 08.06.2026
ABŞ Prezidenti Donald Tramp İsrail və İrandan zərbə mübadiləsini dərhal dayandırmağı tələb edib. O, bu barədə “Truth...
DAVAMI Read more about Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır 1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanı 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi...
DAVAMI Read more about Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT 1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə...
DAVAMI Read more about 500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT
“Any Unboxing” piramidasının ifşası media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
Son aylarda Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram platformalarında anyunboxing.com adlı layihənin reklamları geniş yayılıb. Platforma...
DAVAMI Read more about “Any Unboxing” piramidasının ifşası

Bütün yazılar

1780913285_screenshot-2026-06-08-140601
  • CƏMİYYƏT

Ruslan Quliyev vəfat etdi

admin 08.06.2026
1780912920_screenshot-2026-06-08-135948
  • DÜNYA

Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib

admin 08.06.2026
1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.