Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Casus proqramlarına görə həbs olunmuş azərbaycanlı: “İstənilən şəxsin telefonuna daxil ola bilirdim”
  • ARAŞDIRMA

Casus proqramlarına görə həbs olunmuş azərbaycanlı: “İstənilən şəxsin telefonuna daxil ola bilirdim”

admin 05.03.2025
Z3zCjjJKtJJsHBP3AYMD75A9pz36PxrtJcJS2lIM_1200

Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada və digər kibercinayətlərdə təqsirləndirilən “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Soztv.Az “Report”a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

İttiham aktına əsasən , “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə fiziki və hüquqi şəxslərin mobil telefonlarına və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən casus proqramları əldə edib tətbiqə daxil olub.

Bundan başqa Tural Əliyev ABŞ və İsrail şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş edərək kiberhücumlar təşkil edib.

Tural Əliyevə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.

Tural Əliyev ittihama münasibət bildirərək özünü qismən təqsirli bilib.

Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib.

Tural Əliyev qeyd edib ki, orta təhsilli olsa da, kompüter təminatı və proqramlaşdırma sahəsini akademik səviyyədə bilir:

“Əsasan audit işləri ilə məşğul olmuşam. Müəyyən proqramlar yaradaraq dövlətyönlü işlərdə istifadə olunmasını istəyirdim. Düşünürdüm ki, bu cür proqramları xarici ölkələrdən almaq əvəzinə özümüz yaradıb, yerli brend kimi istifadə edək”.

Təqsirləndirilən şəxs hazırladığı proqramın imkanlarından danışıb:

“Yaratdığım proqram vasitəsilə istənilən fiziki və hüquqi şəxsin mobil telefonuna daxil olub, zəngləri və “WhatsApp”dakı yazışmaları görmək mümkün idi. Casus olan proqramı test üçün öz mobil telefonuma yönəltmişəm. Həmin proqramı yalnız MBD ölkələri üçün bağlamışam. Rusiya, Azərbaycan üçün bu proqrama daxil olmaq olmur. Olan kimi sistem özünü məhv edirdi. Yaratdığım proqramlarla istənilən şəxsin telefonuna daxil olmaq olurdu. Bunun bir neçə yolu vardı. Həmin şəxsə zəng edəndə telefonu götürürdüsə, artıq telefona daxil olunurdu. Və yaxud sosial şəbəkələrdə bir foto göndərirsən, həmin fotonu açırsansa, o zaman telefona daxil olunurdu. Yenə də deyirəm ki, mən bunu yalnız öz telefonumda test etmişəm.”.

Təqsirləndirilən şəxs qeyd edib ki, peşəkar haker sistemləri qurub, özünün yaratdığı casus proqramlarından istifadə edib:

“Mən ABŞ-yə aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. ABŞ saytına girməkdə məqsədim sistemi yoxlamaq olub. Yalnız özümü tanıtmaq istəyirdim. Müdaxilələr qanunsuz olub. Daha sonra İsraildə yerləşən Belarusun şirkətinin proqramına daxil olmuşam. Burada hər hansı bir gəlir olmayıb. Sadəcə öz yaratdığım sistemin nəyə qadir olduğunu bilmək istəyirdim. Çünki bu çox böyük maliyyə idi. Burada maddi xeyirdən çox nüfuzumu və özümü dünyaya tanıtmaq istəyirdim. Müəyyən kodları əldə etmişdim”.

Tural Əliyev qeyd edib ki, yaratdığı həmin proqramları dövlət orqanlarına vermək niyyəti olub: “Həmin proqramlar sınaqdan keçirilməli idi. Çünki kiməsə təqdim edəndə sınaqdan keçməyən proqramı qəbul etmir. Bu məqsədlə də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam. Amma heç bir əməliyyat keçirməmişəm. Mən “Facebook”, “Google” və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam”.

Növbəti proses martın 18-də keçiriləcək.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Azərbaycanın belə bir hədəfi yoxdur” – GUAM-da NƏ BAŞ VERİR?
Next: Turizm Agentliyində QALMAQAL – Aparat rəhbəri İŞDƏN ÇIXARILDI

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.