Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Pambıq baronu” ahıl yaşlı təqaüdçünün yazdığı memuarların işıq üzü görməsinə niyə mane olur? – PREZİDENTƏ MÜRACİƏT
  • BAXIŞ BUCAĞI

“Pambıq baronu” ahıl yaşlı təqaüdçünün yazdığı memuarların işıq üzü görməsinə niyə mane olur? – PREZİDENTƏ MÜRACİƏT

admin 04.03.2025
1741077318_1741072605_mg-20250304-wa0000

Xatirə, yaxud, memuar – oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C. MəmmədquIuzadənin “Xatiratım”, A. Şaiqin “Keçmiş günlər”, Ö. F. Nemanzadənin “Xatirələrim”, S. Rüstəmin “Unudulmaz müəllim”, M. Hüseynin “Bir ay, bir gün”, Anarın “Sizsiz” əsərləri xatirə nümunələridir.
Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
Lakin memuar yazanlar bir çox hallarda dəqiqləşdirmələr, araşdırmalar apararkən maraqlı şəxslər tərəfindən süni maneələrə, bürokratik əngəllərə də rast gəlirlər.
Bakı şəhəri, Binəqədi rayonu, H. Seyidzadə küçəsi, ev 38, mənzil 226 ünvanında yaşayan Əliyev Cavad Mirzə oğlu GundemXeber.Az-ın redaksiyasına ərizə ilə müraciət edərək, nüfuzlu iş adamı tərəfindən təzyiqə məruz qaldığını bildirmişdir.
Ahıl yaşlı C. Əliyev yazır ki, vaxtilə uzun illər rəhbər vəzifələrdə işləyib, hazırda təqaüdçüdür, memuarlar yazmaqla məşğuldur. Ulu Öndər Heydər Əliyev haqqında və Qafqaz Müsəlmanları İdarəsi barədə topladığı bilgilər, ötən əsrin keşməkeşli son illərində şahidi və iştirakçısı olduğu hadisələr əsasında kitablar hazırlayıb ictimaiyyətə çatdırmaq arzusundadır. Lakin onun bu istəyinin reallaşmasına Leysanov Bahəddin adlı şəxs maneçilik törədir.
C.Əliyev ərizəsində xatırladır ki, Bahəddin Leysanov vaxtilə qondarma Talış – Muğan Respublikasının rəhbəri kimi separatçı hərəkata başçılıq edən Ələkrəm Hümbətovun müavini işləyib və dövlətə, dövlətçiliyə qarşı çıxıb. Lakin B. Leysanov hansısa üsullarla məsuliyyətdən yayına bilib, bu azmış kimi iki oğlu da hazırda yüksək vəzifələrdə qərarlaşıblar.
Müraciət müəllifi redaksiyadan xahiş edir ki, qeyd etdikləri mediada işıqlandırılaraq ölkə başçısı İlham Əliyevin, hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılsın, onun B. Leysanovun təzyiqlərindən, şər-böhtanından qorunması təmin olunsun.
Qeyd edək ki, Leysanovlar barəsində internetdə əlçatan informasiya resurslarında xeyli mənfi məlumatlar yer alıb, adları qalmaqallarda hallanıb. Belə ki, Bahəddin Leysanov özü Cənub zonasının “pambıq baronu”, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsində işləyən oğlu Afiyyədin Leysanov isə daha çox “nömrə biznesinin kralı” kimi ad çıxarıblar.
Maraqlıdır, görəsən ahıl yaşlı təqaüdçünün memuarlarında B. Leysanovun maraqlarına toxunacaq nə ola bilər ki, onların işıq üzü görməsinə maneçilik törədir?

gundemxeber.az

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakıxanov parkı zülmətə qərq olub, baxan yoxdur – Foto
Next: İlham Əliyev “Tatneft”, “KazMunayQaz” və “Uzbeknefteqaz” şirkətlərinin rəhbərlərini qəbul edib

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.