Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? – Məleykə Abbaszadəyə ağır ittihamlar…
  • GÜNDƏM

Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? – Məleykə Abbaszadəyə ağır ittihamlar…

admin 03.03.2025
1741010016_1
Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib…

Poliqon xəbər verir ki, buraxlış imtahanları başa çatdıqdan sonra sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sərt tənqidlərə məruz qalıb. Məleykə Abbaszadənin ünvanına ağır ittihamlar səsləndirənlərdən biri də jurnalist Taleh Sahsuvarlı olub.

Mövzunun aktuallığını nzəərə alaraq Taleh Sahsuvarlının sosial şəbəkədə paylaşdığı fikirlərini təqdim edirik:

“Dövlət İmtahan Mərkəzinin daha bir rüsvayçılığı: Azərbaycan dilini bilməyənlər Azərbaycan dilindən test yazır!!!

Əziz dostlar, təvazökarlıqdan uzaq olsa da, mən özümü Azərbaycan dilinin bütün ölkədə ən yaxşı bilicilərindən sayıram. Qrammatika-filan çoxdan unutmuşam, sizə söhbət edirəm zəngin dilimizin məntiqindən. Əminəm ki, başda Məleykə Abbaszadə olmaqla DİM-in cəmi testoloqları (özlərinə “testoloq” deyirmişlər) yığışsa, qurduğum bir cümləni qura, duyduğum bir cümləni duya, yazdığım bir cümləni yaza bilməzlər.

Amma və lakin… Özümüzün də, övladlarımızın da ömrünü çürüdür bu qurum. Özü də təkcə ömrünü yox! Buna gələcəm…

Həm də Azərbaycan dilində qandıqları qrafa olmadan tərtib etdiyi suallarla. Bu gün buraxılış imtahanlarında məzunlara verilən suallardan biri belədir:
“Hansı cümlələrdə mübtəda vəzifəsində olan o, bu əvəzliklərindən sonra vergül düzgün qoyulmayıb”?

Cavablara keçməzdən öncə cümlədə mübtəda vəzifəsini bir balaca izah edim.

“O meşədə azdı” cümləsində mübtəda yoxdur, çünki işarə meşəyə edilir. İşarə əvəzliyi “hansı” sualına cavab verir, bu suala cavab verən İƏ-dən sonra vergül qoyula bilməz.

“O, meşədə azdı” cümləsində isə, əvəzlik mübtəda vəzifəsi daşıyır, KİM sualına cavab verdiyi üçün əvəzlikdən sonra vergül qoyulur.

Bu fərqi bildikdən sonra, icazənizlə, Azərbaycan dilinin qrammatikasında iki prinsipial qaydaya da nəzər yetirək.

Məleykə Abbaszadə, öncə Sizə deyirəm:

QAYDA 1: Əvəzliyin konkret mənası mətnlə bağlı olaraq meydana
çıxır.

QAYDA 2: Əvəzlik əvəz etdiyi nitq hissələrinin xüsusiyyətlərini
daşıyır.

Baxın: Rahilə Mehdiyeva, ANA DİLİ – II (Dərs vəsaiti)

İndi DİM-in testindəki əvəzliyin əvəz etdiyi nitq hissələrini aydınlaşdırmaq üçün vergülsüz cümlə quraq.

1.“Bu jurnalistlərin marağını ifadə edir”. Təqdim olunan cümlədə MÜBTƏDA yoxdur. Təsəvvür edin, iclas gedir və əlimi uzadaraq deyirəm: “Bu jurnalistlərin marağını ifadə edir”.

2. “Bu, jurnalistlərin marağını ifadə edir”. Bu cümlədə isə MÜBTƏDA var!!!

DİM bu qaydanı haradan öyrənib, harasından çıxardıb bilmirəm, amma bu gün yayımladığı izahda belə deyir: “Bu, jurnalistlərin marağını ifadə edir” cümləsində bu mübtədasından sonra əvəzlik işləndiyi üçün vergül qoyulmamalıdır.

Azərbaycan dilinin qrammatikası isə deyir: “Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra feil və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur”.

“Hər kəs” nə feil, nə də köməkçi nitq hissəsi deyil, əvəzlikdir, mürəkkəb əvəzlik olaraq da ƏSAS NİTQ HİSSƏSİDİR!

NƏTİCƏ: Bu gün buraxılış imtahanlarının 36-cı sualında yer alan tapşırığın cavabı DOĞRU DEYİL, ən yumşaq halda şübhəlidir.

Hüququn “In dubio pro reo” prinsipinə görə, bu sualın cavabı bütün Azərbaycan məzunlarının lehinə həll olunmalı və Siz də şəxsən çıxıb üzr istəməlisiniz!!!
P.S: Bu gün imtahanlarda Zəngəzuru ermənilərə “inqilab hədiyyəsi olaraq” bağışlayan Nəriman Nərimanovu “ideallaşdıran” mətn təqdim etməkdə məqsədiniz nədir, Məleykə Abbaszadə?”.

Qeyd edək ki, dünənki buraxılış imtahanlarında 57 437 şagird iştirak edib.

Poliqon.info

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” – Şəhid və Qazi anasından Prezidentə şok müraciət
Next: Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində nöqsanlar aşkarlandı

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.