Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib – ARAŞDIRMA
  • CƏMİYYƏT

Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib – ARAŞDIRMA

admin 03.03.2025
1741011135_1

Mədəniyyət Nazirliyinin tabeliyində olan Əsaslı Tikinti və Təchizat MMC son illər bir xeyli tender keçirib. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırmalar zamanı məlum olan odur ki, 2024-cü ildə bəlli olan bel tenderlərin sayı 31 olub.

Bu tenderlərdə nazirliyin tabeliyində olan qurum 14 milyon 156 min 934 manat xərcləyib. Bu vəsaitlərin əsas hissəsi isə təmir və tikinti işlərinə sərf olunub. İlkin hesablamalar zamanı bəlli olub ki, Əsaslı Tikinti və Təchizat MMC Goranboydan başlamış Bakıya qədər əksər Heydər Əliyev Mərkəzlərinin təmirini həyata keçirib. Bunun üçün il ərzində isə 4 milyon 791 min 158 manat xərc çəkməli olub.

Lakin bu prosesdə diqqəti çəkən məqamlar bir neçədir. Birinci məqam odur ki, tikinti və təmir işləri 2023-cü ildə olduğu kimi, ötən il də eyni şirkətlər arasında proporsiya ilə bölünüb. Sanki, razılaşdırılmış şəkildə həyata keçirilib. Məsələn, ŞƏMKİR TİKİNTİ-18 ASC 2023-cü ildə olduğu kimi, ötən il də 3 tender udub və sözügedən qurumun ən çox qazanan şirkətləri sırasında birinci olub. İsmayıllıda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Goranboyda Heydər Əliyev Mərkəzinin və Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərini ŞƏMKİR TİKİNTİ-18 həyata keçirib. Bu işlərin müqabilində isə Mədəniyyət Nazirliyi bu şirkətə 1 milyon 728 min 74 manat ödəyib.

Təmir işlərində Əsaslı Tikinti və Təchizat MMC-nin ikinci əsas partnyoru “Qara Qaya” MMC-dir. Bu şirkətlə nazirliyin tabelyində olan qurum arasında iki satınalma müqaviləsi bağlanıb. Bu müqavilələrin ümumi dəyəri isə 1 milyon 79 min 142 manat olub.

Say baxımından Əsaslı Təmir və Təchizat MMC-nin “dostluq” etdiyi bir başqa şirkət isə “BAKU BUILDING” MMC olub. Tribunainfo.az bildirir ki, bu şirkətlə ötən il müqavilə imzalanıb. Onların ümumi dəyəri də 349 min 259 manat təşkil edib.

Bundan başqa, Mədəniyyət Nazirliyinin tabeliyində olan sözügedən qurum “KONEKS CONSTRUCTİON” MMC ilə 390 min 530 manatlıq, “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC ilə 656 min 700 manatlıq satınalma müqavilələri də bağlayıb.

İşin maraqlı tərəflərdindən olan ikinci məsələ isə odur ki, sözügedən qurum bəzi rayonlarda gördüyü işlərin qiymətlərini ya şişirdib, ya da təmir işlərinə xərclədiyi pullar arasında disbalans yaradıb. Məsələn, “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC Gəncədə Heydər Əliyev Mərkəzinin əsaslı təmirinə 253 min manat xərclədiyi halda, Siyəzəndə yalnız cari təmir işlərinə 400 min manatdan bir qədər çox sərf edib. Bunun özü də kifayət qədər şübhəlidir ki, bu qədər disbalans niyə yaranıb.

Bu qurumun ən çox pul xərclədiyi sahələrdən biri də mebellə bağlı olub. Belə ki, ötən il Əsaslı Təmir və Təchizat MMC təkcə “Qardaşlar Mebel” MMC-dən 919 min manatlıq mebel alıb.

MMC-nin ən bahalı tenderləri sırrasında isə Yaradıcı Azərbaycan layihəsi olub. Bu məqsədlə Əsaslı Tikinti və Təchizat MMC 4-5 şirkətlə əməkdaşlıq edib. Lakin ən bahalı satınalma işi isə “ADMEDİA.AZ” MMC ilə olub. Belə ki, bu şirkətlə iki tender anlaşması olub və xərclənən vəsait 2.5 milyon manat təşkil edib.

Eyni layihə çərçivəsində bir ildə “PROSPER” MMC ilə 449 min 285 manat, “SUP VC” MMC ilə 658 min 440 manat, “STRİX” MMC ilə isə 818 min 267 manatlıq müqavilə imzalanıb.

Sual oluna bilər ki, Mədəniyyət Nazirliyinin qurumu niyə bir ildə tenderlərə sərf olunmuş vəsaitlərin 30 faizini bir layihəyə sərf edib. Bu sualın cavabı açıq mənbələrdə aydın şəkildə verilib. Məsələ belədir ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə, “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vəliyev Rafiq Mustafa oğludur. O, həm də ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlər, təşkilatlar, assosiasiya və birliklər, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildə təsis edilmiş Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür. Lakin “Əsaslı Tikinti və Təchizat” MMC-nin direktoru kimi deyil, “FİL AGENCY” MMC-nin direktoru olaraq 2024-cü ilin oktyabrına kimi.

Elə buradan aydın görünür ki, bir ildə “Yaradıcı Azərbaycan Sənayesi” 4 milyon 425 min 992 manat və ya ümumi tenderin 30 faizinin xərclənməsi səbəbsiz olmayıb. Yəni, dövlətin pullarını öz layihəsi üçün sərf edib.

Qurumun qəribə işlərindən biri də odur ki, Əsaslı Tikinti və Təchizat MMC tabeli qurumlara xidmət nəqliyyatı vasitələrinin satın alınmasına 428 min manat xərcləyərək, “YENİ MOTOR” MMC ilə müqavilə imzaladığı halda, bir ildə daşınma xidmətlərində də az vəsait xərcləməyib. Məsələn, paralel olaraq bu məqsədlə ötən il “HIGHTECH SERVICES” MMC ilə 383 min 355 manat anlaşma əldə olunub. Qeyd edək ki, bu ilin fevralın 21-də də həmin şirkətlər eyni məzmuna dair 368 min 235 min manatlıq müqavilə bağlanılıb.

Hərçənd Əsaslı Tikinti və Təchizat MMC tender işlərində “MOZG MEDİA GROUP” MMC-ni də kənarda qoymayıb. Hər il olduğu kimi, ötən ildə bur şirkətlə MMC arasında “tədbir və digər proqramlarda istifadə olunacaq çadırların və digər mallarla təmin edilməsi (icarəsi) xidmətlərinin satın alınması” üzrə 1 milyon 272 min manatlıq razılaşma əldə olunub.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli qərarı ilə yaradılıb.

Yazıda adı keçən şəxs və şirkətlərin də mövqeyini dərc edə bilərik.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Araz”dan alınan kolbasa xarab çıxdı – Kampaniya adı ilə müştərini aldadırlar
Next: “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” – Şəhid və Qazi anasından Prezidentə şok müraciət

OXŞAR MÖVZULAR

1780928617_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

admin 08.06.2026
media-10-24bya7
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sumqayıtdakı “Central Park” kimindir? – “Şortla giriş qadağandır” – Vergidən də yayınır?

admin 08.06.2026
1780927656_screenshot-2026-06-08-180608
  • CƏMİYYƏT

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

admin 08.06.2026

XƏBƏR LENTİ

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər 9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə Oxu.Az-a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib...
DAVAMI Read more about Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər
Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı 1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
“ƏDV geri al” layihəsi çərçivəsində 87 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb. Məlumata görə, 2026-cı ilin yanvar...
DAVAMI Read more about Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı
“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
Donald Tramp administrasiyası NATO müttəfiqlərini müdafiə xərclərinin bir hissəsini Çinin “Huawei” şirkətinin telekommunikasiya şəbəkələrindəki avadanlıqlarının və vacib...
DAVAMI Read more about “Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb
Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik. Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər...
DAVAMI Read more about Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…” 1780928617_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

admin 08.06.2026
Keçmiş ADY əməkdaşı və sərnişin Rəsul Mamedov Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəsini bölüşərək xidmət səviyyəsindən narazılığını ifadə...
DAVAMI Read more about 231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

Bütün yazılar

9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.