Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Karvan 2002”nin satış müdiri 71 min mənimsəyib -Şirkət rəhbəri də dindirildi
  • GÜNDƏM

“Karvan 2002”nin satış müdiri 71 min mənimsəyib -Şirkət rəhbəri də dindirildi

admin 28.02.2025
1740732031_karvan

Bakıda məşhur şirkətin külli miqdarda pulunu mənimsəməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. Təqsirləndirilən şəxs zərəri ödəmək üçün maşınını və torpağını satıb.

36 yaşlı Kamran Gülməmmədov külli miqdarda mənimsəmədə ittiham edilərək məsuliyyətə cəlb olunub.

O, satış təmsilçisi olaraq çalışdığı “Karvan 2002” MMC-nin 71 min manatını mənimsəməkdə təqsirli bilinib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq müddətində onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, MMC qeyri-qida şirkətidir, sabun və yuyucu vasitələrin satışı ilə məşğuldur.

Məhkəmə araşdırması zamanı ifadə verən Kamran deyib ki, 2016-cı ildən şirkətdə çalışıb. Bir il sonra işdən çıxmaq istəyib.

“Bunun səbəbi xərclərin çox olması idi. Öz maşınımla işləyirdim. Benzin pulu olaraq ayda 200 manat verilirdi. Bu da çatmırdı. Sonra məbləği 250 manat etdilər. Özümə 12 min manata maşın aldım. İndi həmin maşını borcumun qarşılığı olaraq şirkətə vermişəm. Mən qeyd edildiyi kimi 71 min manat mənimsəməmişəm. Cəmi 25 min pul götürmüşəm. Onun 4-5 min manatını uşağım üçün xərcləmişəm. 20 min manatı da iş xərclərimə sərf etmişəm. Çünki yol xərci, yemək pulu vermirdilər”, – deyə Kamran ifadəsinə əlavə edib.

O, pulun qalan hisəssinin qarşılığında Qəbələdə olan torpaq sahəsini verib. Şirkətlə Kamran arasında əvvəlcə razılıq olmayıb. Sonradan isə borc qarşılığında razılıq əldə edilib.

MMC-nin direktoru Arzu Ələsgərov Kamran tərəfindən borcun tam olaraq ödənildiyini bildirib.

A.Ələsgərov onu da qeyd edib ki, Kamran şirkətdə aparılan audit yoxlaması zamanı 71 min manatlıq mənimsəməni etiraf edib.

Məhkəmə Kamranın səmimi etirafını, zərərlə bağlı razılıq əldə edilməsini nəzərə alaraq onun barəsində şərti cəza təyin edib.

Hökmə əsasən, onun barəsində 5 il cəza təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası 2 il müddətinə şərti hesab edilib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.(musavat)

İ.Muradov

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous:  “Yaşam”ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş – BU NƏDİ BELƏ?..
Next: Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.