Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”- Zaqatalada “Makler İsa” ilə bacarmırlar
  • ARAŞDIRMA

“200 mini Qurban Qurbanovun qardaşı vermişdi”- Zaqatalada “Makler İsa” ilə bacarmırlar

admin 24.02.2025
1740394174_2
Azərbaycan Beynəlxalq Bankının (ABB) Zaqataladakı filialında maraqlı cinayət hadisəsinin baş verməsi barədə yazı dərc etmişdik. Bankın kassiri saxta qəbzlərlə 81 min manat əldə etməkdə ittiham olunur.

Musavat.com xəbər verir ki, istintaq orqanı təqsirləndirilən şəxs Zaur İsmayılovun 2018-ci ilin sonlarında özünə müraciət etmiş İsa Abdullayev adlı müştərini aldadaraq 81 min manat pulunu ələ keçirməsi qənaətinə gəlib. İttihamda qeyd edilir ki, Zaur illik 10 faiz qazanc əldə edəcəyi vədi ilə İsa Abdullayevi aldadıb.

Amma Zaur İsmayılov özünün İsa Abdullayevin qurbanı olduğunu, 350 minlik əmlakının ələ keçirildiyini deyir. Belə ki, Zaur torpaq və ev alqı-satqısı ilə məşğul olan İsa Abdullayevə obyektinin satışını etibar edib. Həmçinin qardaşından və bankdan kredit götürərək İsa Abdullayevə qazanc əldə etmək üçün verib. Zaurun İsa barəsində hüquq-mühafizə orqanlarına etdiyi çoxsaylı şikayətlərin nəticəsi olmayıb.

İşdə zərərçəkmiş şəxs kimi tanınan İsa Abdullayevin kimliyi və fəaliyyəti ilə bağlı redaksiyamıza məlumatlar daxil olub.

Məlumata görə Zaqatalada “Makler İsa” kimi tanınan İsa Abdullayevin əməlləri heç də şəffaf deyil. Onun barəsində 19 nəfər şikayətçi müvafiq dövlət qurumlarına şikayətlər edib. Həmin şikayətlərin məzmunu dələduzluq, torpaq alqı-satqısı, əmlak satışı zamanı əldə edilən pulun ələ keçirilməsi formasındadır.

İsa Abdullayevin müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək məhkəmələrə, dövlət idarələrinə təsir etməyə çalışdığı, əmlakını ələ keçirdiyi şəxsləri həmin vəzifəli şəxslərin adından istifadə edərək aldatdığı üzə çıxıb.

Məsələn, İsa Abdullayev bir çox yerlərdə özünü Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin yaxın qohumu kimi təqdim edir. Soyad oxşarlığını da sübut kimi təqdim edir.

Həmçinin Şəki Ağır Cinayətlər məhkəməsinin sədri Rafael Əliyevlə yaxın münasibətinin olduğunu aşağı instansiya məhkəmələrindəki işlərində dilə gətirir.

Fotodakı İsa Abdullayevdir

Abdullayev həmçinin “Qarabağ” Futbol Klubunun baş məşqçisi, əslən Zaqataladan olan Qurban Qurbanovla da qohum olduğunu deyərək ayrı-ayrı şəxslərin yanında nüfuz, etibar qazanmağa çalışır. O, Qurban Qurbanovun və özünün avtomobilinin dövlət nömrə nişanının sonunun “013”lə bitməsini bu qohumluğun işarəsi kimi təqdim edir.

Bu hissədə yeni bir detalı qeyd edək. Zaur İsmayılov özünə və dostuna məxsus 900 kvadratmetrlik qeyri-yaşayış sahəsini satmaq üçün İsa Abdullayevə etibarnamə verib. İsa Abdullayev həmin etibarnamə ilə obyekti Qurban Qurbanovun qardaşı Musa Qurbanova satıb.

“Obyekt satıldıqdan sonra 200 min manatı Musa Qurbanov Zaurun bank hesabına köçürüb. Zaur da İsa Abdullayevə verib ki, birgə iş görsünlər. İsa Abdullayev həmin məbləğlə daşınmaz əmlak alqı-satqısı edib, qazanc gətirəcəkdi. Lakin bu epizodda da Zauru aldadıb”,- deyə məlumatda bildirilir.

Abdullayevin özünü tanınmış və vəzifəli şəxslərə yaxın kimi təqdim etməsi bununla da bitmir. İsa Abdullayev özünü Ali Məhkəmənin hakimlərindən birinin varisi kimi də təqdim edərək 20 min dollarlıq dələduzluq edib. O, özünü hakimin varisi kimi təqdim edərək xeyli sayda antik əşyaların ona qalacağını deyib. Bu işin və digər epizodların detallarını növbəti yazıda ətraflı dərc edəcəyik.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsi Zauru törətdiyi əməldə təqsirli bilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalında həbs edilib.

İlkin Muradov
Musavat.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Emin Əmrullayevin dostu valideynlərə DİVAN TUTUR: “Qalmışıq o Allahsızın əlində”
Next: “Sabah Şuşaya səfər etmək istərdim, lakin kəskin hava şəraiti var”

OXŞAR MÖVZULAR

sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026
ruslan-eyyubov
  • ARAŞDIRMA

Ruslan Eyyubov həbsdən azad edildi

admin 05.06.2026
1780574151_ekran-kli-2026-06-04-155327
  • ARAŞDIRMA

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

admin 04.06.2026

XƏBƏR LENTİ

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO 9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
Tanınmış həkim Əliosman Qədimbəyli sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib. Həkim İstanbulda yerləşən Marmara Universitetinin əməliyyat və...
DAVAMI Read more about “1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala”...
DAVAMI Read more about Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı
Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO 1780862546_1
  • CƏMİYYƏT
  • VİDEO

Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO

admin 08.06.2026
Əslən Ağdamdan olan, hazırda Göygöl rayonunda məskunlaşan Həsənovlar ailəsi Baku TV-nin qaynar xəttinə müraciət edib. Ailə anadangəlmə...
DAVAMI Read more about Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO
“Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi…” – MÜRACİƏT 1780906946_screenshot-2026-06-08-122123
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi…” – MÜRACİƏT

admin 08.06.2026
“Mən uzun illər Rusiya Federasiyasının İjevsk şəhərində yaşamışam. 2023-cü ilin aprel ayının 4-də İjevsk şəhərində ağır beyin...
DAVAMI Read more about “Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi…” – MÜRACİƏT
Saxta sağlamlıq arayışı verən “General Hospital” cəzalandırıldı – RƏSMİ AÇIQLAMA 1780905962028-6egmiblweqg
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Saxta sağlamlıq arayışı verən “General Hospital” cəzalandırıldı – RƏSMİ AÇIQLAMA

admin 08.06.2026
Bir müddət əvvəl saytımızda “General Hospital” tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlamışdıq. Xəbərin ictimailəşməsindən sonra Səhiyyə Nazirliyi...
DAVAMI Read more about Saxta sağlamlıq arayışı verən “General Hospital” cəzalandırıldı – RƏSMİ AÇIQLAMA

Bütün yazılar

9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026
1780862546_1
  • CƏMİYYƏT
  • VİDEO

Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO

admin 08.06.2026
1780906946_screenshot-2026-06-08-122123
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi…” – MÜRACİƏT

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.