Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Kursus-Nizami” MTK-nın ÖZBAŞINALIĞI… SƏRHƏD TANIMIR! – GÖRÜNƏNİ BUDUR
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Kursus-Nizami” MTK-nın ÖZBAŞINALIĞI… SƏRHƏD TANIMIR! – GÖRÜNƏNİ BUDUR

admin 21.02.2025
1740117160_1
“Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə məxsus olduğu bildirilən və “Qarayev Residence” kimi tanınan “Kursus-Nizami” MTK-nın qanuni təmsilçisi Elnur Cəlal oğlu Hüseynov Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 41 və 43 nömrəli ünvanda mənzillərini uçurtduğu narazı sakinləri razı salmaq əvəzinə, mətbuatı susdurmağa çalışır.

E.Hüseynov Pravda.az-la əlaqə saxlayaraq, kobud formada sakinlərin iddialarının yalan olduğunu bildirib. O qeyd edib ki, binalar məhkəmə qərarı əsasında, polis əməkdaşlarının müşayiəti ilə sökülür.

Şikayətin dərc edilməsinə görə narahat olduğu görünən şirkət rəhbəri mövqe bildirmək, məsələyə aydınlıq gətirmək əvəzinə, media subyektini mühakimə edib ki, məlumat mövqe olmadan dərc olunub, ona görə də “prokratura”ya (prokurorluq-red) şikayət edəcək. Bina sökən iş adamı medianı sakinlərlə qarışıq salmamalıdır. Pravda.az olaraq, vətəndaşların mənzillərini sökən şirkət rəhbərinə bildirdik ki, yazı dərc edilməzdən öncə, qarşı tərəflə, yəni məsul şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Əməkdaşımız hətta Y.Qədimbəylinin adı hallandığından “Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimlə əlaqə saxlayıb. O da bildirib ki, bu suala cavab verə bilməz. Media qurumu olaraq, nə mümkündürsə etmişik. E.Hüseynovun narazılığı mövqe bildirməklə bağlı idisə, qanunvericiliyin tələblərinə uyğun olaraq, biz ona şərait yaratmışıq. Yox, əgər niyyət şikayət materialının saytda dərc edilməsini əngəlləməkdirsə, bu, mümkün olmayacaq. Prosesin gedişi də belə davam edəcək. Bu cür hallar hər zaman müşahidə edilir: Yazı dərc edilməzdən öncə qarşı tərəf axtarılır, amma əlaqə saxlamaq mümkün olmur, amma yazı dərc edildikdən sonra qəfil peyda olaraq, “mövqe davası”na çıxırlar.

Üstəlik yaydığımız materialda sakinlərdən birinin vəkilinin videomüraciəti də var. Digər vəkil Əkrəm Həsənov da MTK-dan şikayətçidir, dəfələrlə məsələyə toxunub. Şirkətin bu qədər fakta qarşı ciddi arqumenti varsa, təqdim etsin. Ümumi sözlərlə məsələ həll edilmir. Bəlkə gəlib redaksiyanı da sökmək fikrinə düşəsiniz?! Ölkə rəhbərliyi gecə-gündüz vətəndaşların qayğıları ilə maraqlanır, problemlərin həll edilməsinə çalışır, Qarabağı qurur, “Böyük qayıdış” həyata keçirir, insanları evlə, mənzillə, iş yeri ilə təmin edir. Belə olan vəziyyətdə Bakının mərkəzində 5-10 ustadan ibarət komanda vətəndaşları narazı salır. “Kursus-Nizami”nin rəsmi və qeyri-rəsmi rəhbərliyi bilməlidir ki, mülkiyyət hüququ toxunulmazdır. Şikayət varsa, deməli, narazılıq var. Vətəndaşı mütləq razı salmaq lazımdır. Bu, qanunun tələbidir. Belə hallara görə Avropa Məhkəməsinin xeyli qərarı var ki, mülkiyyət hüququ pozulub. Ölkə daxilində baş verən məsələ niyə Avropa Məhkəməsinədək gedib çıxmalıdır?

Yəqin ki, baş verənlərdən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi məlumatlıdır. Çünki sakinlərin bildirdiyinə görə, adıçəkilən qurumlara da müraciət ünvanlanıb. Ümid edirik, qanunun tələbi nədirsə, ona uyğun da tədbir görüləcək.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ABŞ BMT-nin tərkibindən çıxır? – Qanun layihəsi artıq təqdim olundu
Next: Bu gün avtobuslar saat 21:30-dək işləyəcək

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784881596_screenshot-2026-07-24-122451
  • CƏMİYYƏT
  • ÖLKƏ

Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

admin 24.07.2026

XƏBƏR LENTİ

Tamerlan Qarayev geri çağırıldı 17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. “32gun.az”ın əldə...
DAVAMI Read more about Tamerlan Qarayev geri çağırıldı
Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a 17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
Şamaxı Rayon İcra Hakimiyyəti Aİ-95 markalı yanacağın satın alınması üzrə keçirdiyi satınalma müsabiqəsini yekunlaşdırıb. 32gun.az-ın məlumatına görə,...
DAVAMI Read more about Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a
Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu 1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,...
DAVAMI Read more about Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu
Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

Bütün yazılar

17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.