Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
  • CƏMİYYƏT
  • ÖLKƏ

Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir

admin 24.07.2026
1784898846_screenshot-2026-07-24-171331

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonunda yaşayış məntəqələri, məhəllə, küçə, meydan və parkların abadlaşdırılması, yaşıllaşdırılması, yaşıllıqların mühafizəsi və təmizlənməsi xidmətləri üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “MİNT SERVİCES”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.489.348,8 manat dəyərində müqavilə bağlamışdır. Məlumat satınalmaların portalında 21.07.2026-cı ildə dərc edilmişdir.
Qeyd edək ki, bu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “MİNT SERVİCES”  MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında son illər bir neçə müqavilə bağlanılmışdır.
Xankəndi şəhərinin və Xocalı rayonunun həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinə qulluq xidmətlərinin satın alınması üzrə 2.165.351,02 manat dəyərində müqavilə 16.01.2026-cı ildə bağlanılıb. .
Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının baxımı, həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinin salınması və qulluq  üzrə 2.989.889,29 manat dəyərində müqavilə  01.04.2025-ci ildə bağlanılib.
Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının baxımı, həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinin salınması və qulluq üzrə 932.169,6 manat dəyərində müqavilə 16.12.2024-cü ildə bağlanılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prospekt, küçə, meydan və binaların həyətinin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrin salınması və qulluq edilməsi xidmətlərinin satınalınmasıı üzrə 677.944,02 manat dəyərində müqavilə 19.08.2024-cü ildə bağlanılıb.
Göründüyü kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2024-cü ilin avqustundan bu yana, yəni iki il ərzində  bir mənbədən satınalma metodu tətbiq etməklə “MİNT SERVİCES”  MMC ilə ümumi dəyəri 8 254 701 manat olan 5 satınalma müqaviləsi bağlamışdır.
Qeyd edək ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti göstərilən müqavilələri ərazidə prospekt, küçə, meydan və binaların həyətinin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrin salınması və qulluq edilməsi xidmətləri üzrə bağlayıb. Maraqlıdır, “MİNT SERVİCES”  MMC -nin bu sifarişləri yerinə yetirmək üçün maddi texniki bazası varmı?
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MİNT SERVİCES”  (VÖEN: 1702104551) Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.02.2017-ci il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ,  YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev.609, GLOBUS CENTER, 7-Cİ MƏRTƏBƏ, qanuni təmsilçisi kimi isə Hümmətov Aqil Habil oğlu qeyd olunub. MMC-ni müxtəlif vaxtlarda İsmayılova Gülər Füzuli qızı da təmsil edib.
MMC barədə rəsmi məlumatlar ancaq bu qədərdir.Açıq mənbələrdə “Mint Services” MMC haqqında heç bir məlumat yoxdur. Son iki ildə milyonlarla manat dəyərində tenderlər udan şirkətin nə rəsmi internet səhifəsi, nə də əlaqə telefonlarına rast gəlinir. Amma internetdə müxtəlif platformalarda təmizlik işinə dair vəzifələrə vakansiya elanlarının verildiyini aşkar etdik.
Göründüyü kimi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti fəaliyyəti başdan ayağa şübhələr içində olan bir MMC ilə son iki ildə səkkiz milyon manatdanm çox dəyəri olan müqavilələr bağlamışdır. Bu müqavilələrin dövlət satınalmalarının vahid internet portalında keçirilmədən, bir mənbədən satınalma metodu ilə bağlanılması MMC-nin arxasında yüksək çinli vəzifəlilərin durduğunu göstərir.

Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin direktoru Telman Kərimlidir. O, sözügedən vəzifəyə 2024-cü ilin aprelində təyin edilib. Daha əvvəl “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitunun direktoru vəzifəsində çalışıb. Azərbaycanda memarlıq və bərpa-konservasiya sahəsində tanınmış mütəxəssislərdən biridir. Azərbaycan Respublikasının Əməkdar mühəndisi, memarlıq üzrə fəlsəfə doktorudur.

Aktualinfo.net

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
Next: Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

OXŞAR MÖVZULAR

1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
1784894487_bandicam-2026-07-24-15-33-41-699
  • CƏMİYYƏT

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

admin 24.07.2026
1784900710_ktm_babrchlq
  • CƏMİYYƏT
  • ÖLKƏ

PVC xərək qalmaqalından sonra daha bir uyğunsuzluq – KTM-in saytı aylardır yenilənmir

admin 24.07.2026

XƏBƏR LENTİ

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi...
DAVAMI Read more about Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO
“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub 1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin...
DAVAMI Read more about “Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
İran Küveyt və Bəhreyni vurdu 1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.  Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)...
DAVAMI Read more about İran Küveyt və Bəhreyni vurdu
“Azza”dan alınan məhsul xarab çıxdı – Video 1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. Bu barədə...
DAVAMI Read more about “Azza”dan alınan məhsul xarab çıxdı – Video
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO 1784894487_bandicam-2026-07-24-15-33-41-699
  • CƏMİYYƏT

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

admin 24.07.2026
Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir...
DAVAMI Read more about Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

Bütün yazılar

whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.