Skip to content
09.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Holokost soyqırımına bənzəyən Xocalı faciəsi
  • CƏMİYYƏT

Holokost soyqırımına bənzəyən Xocalı faciəsi

admin 19.02.2025
1739949001_f49fd2b4-0150-4b82-8f97-424f93316fc7

1992-ci il 26 fevral  – Qan yaddaşımız. Bu təqvim tariximizin ən qanlı, faciəli, unudulmaz soyqırımıdır. Xocalı faciəsi demək olar ki, bəşəriyyətin ən qəddar faciəsidir. Bu yalnız Azərbaycan xalqına  qarşı edilmiş vəhşilik deyil, bütün insanlığa qarşı törədilmiş vəhşətdir. Bu il artıq Xocalı faciəsindən 33 il ötür. Lakin  illər ötsə də bu faciənin ağrı-acısı nəinki xocalıların, bütün Azərbaycanın ürəyində yaşamaqdadır. Bu faciə ermənilərin xalqımıza qarşı törətdiyi müsibətləri, qəddarlığı, qeyri-insani cəza üsulları ilə hər birimizin yaddaşına həkk olunub.
Belə ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə  Xocalı soyqırımı baş verdi. Bu faciənin iştirakçıları hər zaman vətənimizə qarşı qəsbkar siyasət yeridən Erməni vandalları olmuşdur. Həmin gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını pozaraq sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdilər. Bütün baş verənlərdən xəbərsiz, dinc, əliyalın, gecə yatılı olan insanlara qarşı bəşəriyyətin dəhşətli cinayətləri törədildi. Onu da qeyd edim ki, faciənin ən dəhşətli tərəflərindən biri də bu hadisənin qışın sərt ayında, qarlı, şaxtalı günlərdə törədilməsidir.
Erməni vandalları uşaq-böyük, cavan-qoca demədən, bələkdə olan körpəsi daxil hər bir xocalı sakininə qarşı ağrı-acılar yaşatdılar. Nə baş verdiyindən xəbəri olmayan, təlaşlı, həyəcanlı insanlar qorxu içində öz doğma evlərini dərk edərək qorxu içində canlarını qurtarmaq məcburiyyətində qaldılar. Amma təəssüf ki, qaçmağa da fürsət verilmirdi. Əli silahlı erməni vəhşiləri, vandalları qarlı havada yalın ayaqla qaçan insanlara qarşı silah qaldırır, onlara qarşı olmazın vəhşiliklərini törədirdilər. Hətta ən dəhşətli cəza üsullarından biri də bir ailənin üzvlərinə qarşı bir-birlərinin gözü qarşısında olmazın vəhşiliklərini yaşatmaqdır. Atanın-ananın qarşısında övlada qarşı işgəncələrin verilməsi, körpələrə qarşı insaniyyətdən uzaq davranışların edilməsi 20-ci əsrdə dünya tarixinin qara ləkəsidir. Yüzlərlə insan erməni vəhşiliklərindən canın qurtarmaq üçün qarlı yollarda donaraq, əzabla vəfat etmişlər. Ələ keçirilmiş insanları diri-diri yandıraraq, müxtəlif orqanlarını çıxararq, zərər yetirərək, dərilərin soyaraq  olmazın əzabların, cinayətlərin yaşatmışdılar.
Qeyd edim ki, Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq, 70 yaşlı insan olmaqla 613 nəfər xocalı sakini xüsusi amansızlıqla qətlə  yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Canlarını qurtaran sakinlər isə fiziki və mənəvi olaraq bu faciənin ağrı-acılarını hələ də yaşamaqdadır. Belə ki, sağ qalan xocalı sakinlərindən 487 nəfər şikəst edildi, həmin sakinlərdən 76 nəfəri uşaqdır. Bir neçə ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.
Ermənilərin bu işğalı nəticəsində Xocalı şəhəri də yerlə-yeksan edilmiş, evlər yandırılmış, sosial- məişət obyektləri, məktəblər, kitabxanalar, tarixi abidələr, məscidlər məhv edilmiş, yandırılmış, təbiətə qarşı da terror törətmişdilər.
Bütün bunların nəticəsində 26 fevral tarixə Soyqırım Günü kimi daxil edildi. Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında”  qərar qəbul edildi. Beləliklə bu qərardan  sonra hər il bu tarixdə Xocalı faciəsi, Xocalı qurbanları böyük hüznlə, kədərlə yad edilir.
Elə cə də bu faciəni dünyaya tanıtdırmaq, erməni qəddarlıqlarını, vəhşiliklərini dünyaya qəbul etdirmək üçün müxtəlif kompaniyalar, tədbirlər təşkil edilir. Bir çox təşkilatlar, ölkələr bu faciənin dəhşətini qəbul edir və Soyqırım kimi adlandırılmasını qəbul ediblər. Hətta Xocalı soyqırımının tanıdılması yöndə ən böyük təşəbbüslərdən biri də  Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə təşkil etdiyi “Xocalıya Ədalət” kompaniyasıdır. Bu kompaniya əsasında dünya ölkələri bu faciə ilə bağlı maarifləndirilir, soyqırım kimi tanıdılması üçün tədbirlər təşkil edirlər. Bu kompaniya 2008-ci ildən təşkil edilir və uğurlu nəticələr əldə edilmişdir. Bu gün də  bu təşəbbüslər davam etdirilir. Lakin bu təşəbbüslər fərqli formada, daha qürurla, fəxrlə, başımız uca şəkildə dvam etdirilir. Çünki 2020-cil 27 sentyabr Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında antiterror əməliyyatları nəticəsində Qarabağ torpaqları, Cəbrayıl, Füzuli, Laçın, Ağdam, Xankəndi, Ağdərə və qan yaddaşımız, tariximizə qanlı hərflərlə yazılmış Xocalımız düşmənin tapdağından azad olundu. Artıq o torpaqlarda erməni vandallarının çirkli ayaqları deyil, bizim igid əsgərlərimizin, torpaqlarımızın hər qarışı üçün canını, qanını qurban verən, yalnız vətən eşqi, həsrətilə yaşayan qəhrəman əsgərlərimiz addımlayır, yaşayır, yaradırlar. Artıq Xocalıda və digər azad olunmuş şəhərlərdə şanlı bayrağımız dalağalanır. O, bayraq ki, o vətən ki, hər birimiz düşünmədən o müqəddəs iki ad üçün canımızı fəda etməyə hazırıq.
Bütün bu uğurlar təbii ki, Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasətinin nəticəsidir. Məhz İlham Əliyevin ordu quruculuğu sayəsində Silahlı Qüvvələrimiz daha da təkmilləşdi, güclü ordu yaradıldı, müasir silahlar alındı və nəticədə 30 ildən artıq işğal altında olan torpaqlarımız azad edildi.
Artıq fəxrlə deyə bilərik ki, azad olunmuş torpaqlarımızda quruculuq, abadlıq işləri başlayıb və qısa müddət ərzində xeyli sayda məcburi köçkün doğma yurdlarına köçürülüb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Burada bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbi qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.
Bütün bunlar hər bir azərbaycanlının qürurla, fəxrlə danışa biləcəyi uğurlardı. Bu gün hər bir azərbaycanlı artıq 26 fevralı qalib xalq kimi anır. Çünki  igid əsgərlərimiz hər bir xocalının qisasını lazımı şəkildə alıb. Allah hər bir şəhidimizə rəhmət etsin.
 
Gülər Baxışova –

Pedaqogika üzrə fəlsəfə doktoru

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev Xankəndidə “Bulud” hotelin açılışında iştirak edib
Next: QAYIBOVUN QÜRUBU: Vaxt yetişib… – Bir neçə gün sonra…

OXŞAR MÖVZULAR

1781011008_screenshot_20260609_170600_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib?

admin 09.06.2026
1780994888_1
  • CƏMİYYƏT

TƏCİLİ! Quru sərhədlərlə bağlı YENİ XƏBƏR: Bu şəxslər…

admin 09.06.2026
1780993909_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

Bitki yağları KƏSKİN BAHALAŞDI – Son dörd ilin REKORD GÖSTƏRİCİSİ

admin 09.06.2026

XƏBƏR LENTİ

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib 1781018991_screenshot_20260609_192426_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

admin 09.06.2026
Niderlandın İrandakı səfirliyi fəaliyyətini bərpa edib. Bu barədə Niderlandın Bakıdakı səfirliyi məlumat yayıb. Bildirilib ki, müvəqqəti olaraq...
DAVAMI Read more about Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib
Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA 1781014250_screenshot_20260609_175956_com_android_chrome_chrometabbedactivity
  • ÖLKƏ

Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA

admin 09.06.2026
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri vəzifəsindən kənarlaşdırıldıqdan sonra qurumda genişmiqyaslı yoxlamalar davam etdirilir....
DAVAMI Read more about Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA
Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı 598800357_1552603153165367_6108120687354799824_n
  • ARAŞDIRMA

Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

admin 09.06.2026
Azərbaycanda həbsdə olan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası azaldılıb. Bu barədə “Qafqazinfo”ya onun vəkili Yaqub...
DAVAMI Read more about Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı
Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT whatsapp_image_2026-06-09_at_15.32.01
  • ARAŞDIRMA

Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT

admin 09.06.2026
Bakının Səbail rayonunda hәkim-ginekoloq Günel Nəcəfovanın xidməti otağından oğurluqda ittiham olunan Arif Əliyevin məhkəməsi başa çatıb. 1968-ci...
DAVAMI Read more about Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT
“Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib? 1781011008_screenshot_20260609_170600_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib?

admin 09.06.2026
Binəqədi rayonu ərazisində qanunsuz tikinti işləri davam etdirilir. Bu barədə XALQ-a daxil olan məlumatlarda bildirilir ki, sözügedən...
DAVAMI Read more about “Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib?

Bütün yazılar

1781018991_screenshot_20260609_192426_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib

admin 09.06.2026
1781014250_screenshot_20260609_175956_com_android_chrome_chrometabbedactivity
  • ÖLKƏ

Saleh Məmmədov “İNKİR-MİNKİR SORĞUSU”NDA… – İDDİA

admin 09.06.2026
598800357_1552603153165367_6108120687354799824_n
  • ARAŞDIRMA

Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı

admin 09.06.2026
whatsapp_image_2026-06-09_at_15.32.01
  • ARAŞDIRMA

Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü – TƏFƏRRÜAT

admin 09.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.