Skip to content
08.06.2025
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Abşeron təhsili “neft quyuları”nı xatırladır – Gələn gəlirlər necə bölüşdürülür ?!
  • CƏMİYYƏT
  • GÜNDƏM

Abşeron təhsili “neft quyuları”nı xatırladır – Gələn gəlirlər necə bölüşdürülür ?!

admin 10.02.2025
1739188321_1
İlhamə Abdullayevanın rəhbərliyi altında Abşeron-Xızı Regional Təhsil İdarəsinin özünün və tabeliyindəki bir çox məktəb və uşaq bağçalarının fəaliyyətlərindən dəfələrlə bəhs etmişik.

Abşeron təhsili: Gələn gəlirlər necə bölüşdürülür?!

Hansı ki, dərc etdiyimiz o, yazılarda hansı məktəblərə İlhamə Abdullayevanın qohumları, yaxınları rəhbərlik edir, məktəb direktorları və bağça müdirləri inventarları necə mənimsəyiblər, eləcə də hansı formada valideynlərin “ciblərinə girdikləri” barəsində məlumatlar yer alırdı.

Bu dəfə çatdıracağımız məlumatlarda isə biləcəksiniz ki, yuxarıda qeyd etdiyimiz o, mənimsəmələr sözügedən təhsil idarəsi üçün qəpik-quruş imiş.

“DogruXeber.az” olaraq, əvvəllər də təhsil sahəsində toxunduğumuz mövzularda təhsilin ən “çörəkli” tərəflərindən birinin “daxili nəzarət” sistemi olduğunu vurğulamışdıq. O, daxili nəzarət ki, özü öz dili ilə avazının çıxdığı qədər səsini ucaldaraq, valideynlərdən hər ay 20 manat fond pulu yığdığını etiraf edən Fəranə Məhərrəmovanın fəaliyyətində güya qüsur tapmadı, 12 saylı Lənkəran şəhər uşaq bağçasının təqdim etdiyimiz real görüntülərinə rəğmən, bağçanın müdiri Zəminə İsayeva ilə “dil taparaq” görüntünü çəkdiyinə görə işçiləri danlayıb geri qayıtdı və sair…

Əlbəttə ki, bütün bunların da havayı-qarşılıqsız olmadığını dəqiq bildiyimiz bir dövrdə yaşayırıq.

Əlqərəz…

Bu dəfə isə biz Elm və Təhsil Nazirliyinin daxili nəzarət sisteminin yetirmələrindən biri olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinin maliyyə üzrə müavini Aydın Rəhimovun qurumun içində qurduğu bizneslərindən danışacağıq.

Əvvəla, nəzərinizə çatdırırıq ki, etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə bir neçə gündür sözügedən təhsil idarəsində maliyyə yoxlamaları aparılır və Aydın Rəhimov bütün günü həyəcanla yoxlama qrupunun yanında olur.

Görünür Rəhimov bərk təşvişə düşüb.

Zarafat deyil e… söhbət milyonlardan gedir.

Onu da bildirək ki, maliyyə yoxlamaları dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyi üzrə aparılır, amma nəzərə alsaq ki, idarənin tabeçiliyində təqribən 186 orta məktəb, 39 məktəbəqədər təhsil müəssisəsi – uşaq bağçaları, liseylər var və onların hər birindən müxalifət formada gəlir mənbəyi kimi istifadə olunur, o zaman İlhamə Abdullayeva və onun “qanadının altında”kı digər səlahiyyət sahiblərinin – müavinlərinin qazancını hesabladıqca müəyyən rəqəmdən sonra insan beyni error verəcək.

Düzdür, bəzi qüvvələr niyəsə bu məsələlərdə İlhamə Abdullayevanı “süddən çıxmış ağ qaşıq” kimi qələmə alırlar. Lakin, hamımız heç bir idarədə rəhbərin məlumatı və razılığı olmadan qanuni, yaxud qanunsuz hər hansı bir işin icrasının mümkün olmadığını biləcək qədər ağıllı, şüurlu insanlarıq.

Baxın, bir neçə gün əvvəl “7news” saytında dərc olunan məlumatda deyilir ki, “Aydın Rəhimovun icazəsi olmadan heç bir məktəb direktoru rəhbərlik etdiyi təhsil müəssisəsinə fotoqraf dəvət edə bilməz. Tədbirlərə yalnız Rəhimovun “qol qoyduğu” fotoqraflar gedə bilər. Məzun (vinetka) çəkilişlərindən isə danışmağa dəyməz. Burda Rəhimov əməlli-başlı “gül vurur”. Regiona daxil olan yüzlərlə məktəbin şagird sayını hesablasaq və bir məzun üçün əldə olunan gəlirin miqdarını düşünsək, gözqamaşdırıcı rəqəmlərlə rastlaşarıq. Bəli, Aydın müəllim məzun çəkilişlərini öz monopoliyasına daxil edib və hətta müdür İlhamə Abdullayevanın ona etiraz etməyə cəsarəti çatmır.”

Məlumatın İlhamə Abdullayevaya aid hissəsinin mübaliğə olduğu bəllidir. Amma, yazıda xanımın xüsusilə müdafiə olunması da diqqətimizdən qaçmadı.

Aydın Rəhimov 2024-cü ildə İlhamə Abdullayevanın maliyyə işləri üzrə müavini təyin olunub. Yəni, heç bir il də deyil.

Sual yaranır, bəs Aydın Rəhimova qədər bütün bu bufetlərdən, vinetkalardan, fotoqraflardan və sair gələn gəlirlər kimin, yaxud kimlərin cibinə gedib?

Baxın, 11 illik orta təhsil dövründə 3 dəfə – 4,9 və 11-ci sinfi bitirdikdə buraxılış olur. Hər buraxılış ilində uşaqlar üçün məzun kitabçası (vinetka) çıxarılır. Hər kitabçanın qiymətinin minimum 50 manatdan hesabladıqda və regionalın tabeliyindəki məktəb sayının 200-ə yaxın olduğunu, hər məktəbin şagird sayının orta hesabla 500-600 nəfər olduğunu nəzərə aldıqda əldə olunan gəliri özünüz təsəvvür edin.

Qeyd: Sözügedən regional təhsil İdarəsinin tabeliyində 1000, 4000, hətta 8000 şagird sayı olan məktəblər də fəaliyyət göstərir.

Qeyd edək ki, biz minimum 50 manat dedik, amma əslində siniflərə görə dəyişir. Bizdə olan məlumata görə hələ ibtidai sinif buraxılışı üçün olan qiymətlər 50 manatdan başlayır.

Bundan əlavə, regionala tabe olan bütün məktəblərin yeməkxanalarının da Aydın Rəhimovun monopoliyasında olduğu, orada satılan qida məhsullarının marketlərdən fərqli olaraq ikiqat qiymətə satıldığı deyilir.

Üstəlik, tədbirlərdə dəvət olunan fotoqraflar, tədbir üçün xüsusi geyimlərin kirayəsi də monopoliya bəlasının ağuşunda olan nüanslardandır. Amma, bunların heç birindən güya İlhamə Abdullayevanın xəbəri yoxdur – daha doğrusu, qarışmaq ixtiyarı yoxdur.

Bəlkə də Aydın Rəhimovun məhz Elm və Təhsil Nazirliyinin ən gəlirli bölməsi olan Daxili nəzarət sistemində adi bir işdə işlədiyi halda, sürətli sıçrayışla regional Təhsil İdarəsinə müdir müavini vəzifəsinə getməsini, onun yuxarıda sadaladığımız “mükəmməl bacarıqları”nın Emin Əmrullayevin alqış və etibarını qazanmasının göstəricisi kimi düşünmək olar. Və yəqin edə bilərik ki, onun bu sürətli sıçrayışı İlhamə Abdullayevanı təşvişə salıb. Xanım Aydın Rəhimovun növbəti sıçrayışının məhz onun kürsüsündə lövbər salacağından narahat olduğu üçün özünün “aydan arı, sudan duru” kimi təqdim edildiyi bu cür “dedi-qodu”ların yayılmasına şərait yaradıb.

Daha bir ehtimala görə isə, Aydın Rəhimovun dünən gəlib, bu gün meydanı ələ alması və yüksək gəlirlərə şərik çıxması xanımın qəzəbinə səbəb olub.

Hər halda yuxarıda sadaladığımız gəlir mənbələri həmişə olub və İlhamə Abdullayeva da bu idarəyə 2018-ci ildən rəhbərlik edir. Bu illər ərzində isə Xırdalan şəhər 1, 2, 5, 11 və sair nömrəli, eləcə də Sumqayıt şəhərində bir neçə orta məktəblərdə ardıcıl baş verən qalmaqallar biri-birini əvəz etməkdə davam edir.

İlhamə Abdullayevanın rəhbərliyi altında fəaliyyət göstərən iki yüzə yaxın orta məktəblərdən yalnız birində – 2 saylı Xırdalan şəhər tam orta məktəbində olan yeyinti hallarının bir qismini təqdim edirik:

“Araşdırma: Məktəbə gəlməyən şagirdlərin qiyməti; – rus bölməsi üçün 1500-2000 AZN, Azərbaycan bölməsi üçün 1000 -1500 arasında dəyişir.

Dərs saatlarının pulla satılması inkar olunmazdır.

Ümumilikdə məktəb üzrə bölünən 1717 dərs saatı yükünün qeyri-qanuni yollarla talanması mövcuddur. Bu hesabla hər ay 51510 (əli bir min beş yüz on) manat, illik isə 618120 (altı yüz on səkkizmin yüz iyirmi) manat yəni, yarım milyondan bir qədər artıq dövlət vəsaiti Gülnaz Kərimova tərəfindən mənimsənilir. Mən hələ 524 saat fiziki tərbiyə dərslərini bura əlavə edərək bildirirəm ki,qış aylarında idman zalı soyuq olduğundan dərslər sinif otağında keçirilir. Noyabr, dekabr, yanvar və fevral aylarında cəmi 2096 saat olmaqla hər ay orta hesabla 4872 manat, illik isə 584784 manat saat hesabı ilə dövlət büdcəsində mənimsəmə olub. Ümumilikdə hər ay 100242 ( yüz min iki yüz qırx iki ) manat, illik isə 1202904 (bir milyon iki yüz iki min 904 manat) manat dövlət büdcəsinin talanması Gülnaz Kərimova tərəfindən həyata keçirilib. Sözsüz ki, İlhamə Abdullayeva bundan xəbərsiz deyildir.” (aftv.az)

Gülnaz Kərimovanın inventarları mənimsədiyi deyilən özündən əvvəlki direktordan məktəbi hansı şərtlərlə təhvil aldığı barəsində də maraqlı məlumatlar əldə etmişik. Növbəti yazıda həmin məlumatları, eləcə Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbində baş verən yeyinti halları barəsində faktları da diqqətinizə çatdıracağıq.

Bizi izləməkdə davam edin.

“DogruXeber.az”

Soztv.Az
PAYLAŞIN:
Share

Continue Reading

Previous: “Eurohome”un “Rolls Royce”da gəzən rəhbəri məhkəmələrə təzyiq edir, sahibkarlar müflis olur” – İLGİNC QƏRAR
Next: Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR… – Nəfəs ala bilmirəm…

OXŞAR MÖVZULAR

aapak
  • CƏMİYYƏT

AAF Parkda qanunsuz tikinti narazılıqları alovlandırır – Sakinlərin səsi eşidiləcəkmi?

admin 05.06.2025
kelbece
  • CƏMİYYƏT

Arxalı xanım direktorun qarşısında “şam kimi əriyən” icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO

admin 05.06.2025
aem
  • CƏMİYYƏT

Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb

admin 05.06.2025

SON YAZILAR

aapak
CƏMİYYƏT

AAF Parkda qanunsuz tikinti narazılıqları alovlandırır – Sakinlərin səsi eşidiləcəkmi?

admin
05.06.2025 0
kelbece
CƏMİYYƏT

Arxalı xanım direktorun qarşısında “şam kimi əriyən” icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO

admin
05.06.2025 0
aem
CƏMİYYƏT

Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb

admin
05.06.2025 0
tu-95
DÜNYA

Rusiya panikada: sərhəddən təcili çıxarılır – Şok

admin
05.06.2025 0

Bütün yazılar

aapak
  • CƏMİYYƏT

AAF Parkda qanunsuz tikinti narazılıqları alovlandırır – Sakinlərin səsi eşidiləcəkmi?

admin 05.06.2025
kelbece
  • CƏMİYYƏT

Arxalı xanım direktorun qarşısında “şam kimi əriyən” icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO

admin 05.06.2025
aem
  • CƏMİYYƏT

Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb

admin 05.06.2025
tu-95
  • DÜNYA

Rusiya panikada: sərhəddən təcili çıxarılır – Şok

admin 05.06.2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2024 © soztv.az All rights reserved. | MoreNews by AF themes.