Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Eurohome”un “Rolls Royce”da gəzən rəhbəri məhkəmələrə təzyiq edir, sahibkarlar müflis olur” – İLGİNC QƏRAR
  • GÜNDƏM

“Eurohome”un “Rolls Royce”da gəzən rəhbəri məhkəmələrə təzyiq edir, sahibkarlar müflis olur” – İLGİNC QƏRAR

admin 10.02.2025
1739188206_1
Beş il öncə yanan “Eurohome” bazarının sahibi Azay Möhnətov üzərinə həbs qoyulan “Rolls Royce”da gəzir, sahibkarlar isə onlara dəyən zərəri ala bilmirlər. Hazırda bununla bağlı məhkəmə çəkişmələri davam edir.

İqtisadi məsələlər üzrə ekspert Ramin Kərimov bildirib ki, ölkədə iqtisadiyyatın və sahibkarlığın stabilliyi, həmçinin inkişafı üçün biznesmenlər ədalətli mühitə güvənməlidirlər: “Sahibkar öz fəaliyyətinə başlayanda arxayın olmalıdır ki, onun qarşılaşacağı problemləri dövlət və qurumlar qanun çərçivəsində həll edəcək, ona dəstək olacaq. Burada ilkin mərhələdə sahibkarlığa dəstək göstərən qurumlar müəyyən addımlar atmalı olsalar da, son sözü məhkəmələr deyir. Əgər dövlət qurumlarının davranışlarında və ya istintaqda hansısa pozuntular olubsa belə, məhkəmələr ədaləti bərpa etməlidir. Amma daha əvvəl mediada gedən və təkzib olunmayan məlumatlardan görürürük ki, “Eurohome” işində bazarın sahibi 200 minlik borc müqaviləsi göstərərək 25 milyonluq əmlakı 100 dəfə az məbləğdə olan borcun əvəzinə öz adına keçirib və bunu hakimlərin qərarı ilə rəsmiləşdirib, burada nəticənin ədalətli olması sual yaradır.

Yekunda “Eurohome” tərəfindən 10-a yaxın sahibkara 1,5 milyonluq təzminat ödənilməyib, amma hadisəyə görə təqsirləndirilən həmin MMC-nin sahibi yeganə qazanan şəxs olub, məhkəmələr də bu ədalətsiz prosesdə ona dəstək göstərib. Bu məsələ yalnız “Eurohome” ətrafında qiymətləndirilməməlidir, presedent olaraq biznes mühiti üçün mənfi nümunədir və sahibkarların ölkədə ədalətli və güvənli mühitə inamını sarsıdır. Məhz bu iş ətrafında baxsaq “Eurohome” rəhbərliyinin məhkəmələrə təzyiqi ilə əldə etdiyi qərar sahibkarları müflis edir”.

“EuroHome” sahibinin şeytanın ağlına gəlməyən planı…

Bakı-Sumqayıt yolunda – Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarındakı yanğından 5 ilə yaxın vaxt ötsə də, hadisə vaxtı yüz minlərlə manat ziyana düşən sahibkarlar hələ də pulunu ala bilməyiblər. Məhkəmə illər öncə onlara dəymiş ziyanın ödənilməsinə qərar verib. Həmin qərara görə, “EuroHome” rəhbərliyi sahibkarlardan Ümid Qayınbəyova 392 min, Samir Məhərrəmova 325 min, Teymur İbrahimova 194 min, Əjdər Həsənova 193 min, İsmayıl İsmayılova 136 min, Ramin Babayevə 115 min, İlqar Məmmədova 108 min manat – toplam təxminən 1.5 milyon manat ödəməlidir. Ancaq bu qərar illərdir kağız üzərində qalıb.

“EuroHome” rəhbərliyi sahibkarların pulunu könüllü şəkildə vermir. Ona görə də mağaza sahibləri şirkətin pul öhdəliyinin onun əmlakına yönəldilməsini istərkən, xəbər tutublar ki, istintaq gedən dövrdə “EuroHome”un əmlakı bazar dəyərindən dəfələrlə ucuz qiymətə satılıb. Yanğından ziyan çəkən sahibkarlar arasında kompensasiya alan tək adam da “EuroHome”un öz sahibi olub.

Ticarət mərkəzinin yerləşdiyi 4 hektara yaxın torpaq sahəsi və 4 min kvadratmetrlik əmlak kompleksi cəmi 200 min manat borc müqabilində təsisçiyə bağışlanıb. Bu qətnaməni də Binəqədi rayon Məhkəməsi və bu rayonun icra şöbəsi verib. Bu qeyri-adi qətnamə digər sahibkarlar “EuroHome” MMC-dən məhkəmədə zərər tələbi ilə çıxış etdikləri bir vaxtda çıxarılıb.

Buna görə də sahibkarlar Azay Möhnətovun xeyrinə çıxarılan qeyri-adi qətnamədən şikayət veriblər. Onların fikrincə, dəyəri təxminən 25 milyon manat olan əmlakın 200 min manat həcmində qiymətləndirilməsi, “EuroHome”un təsisçisinə bağışlanması digər sahibkarların hüquqlarının kobud şəkildə pozulmasıdır.

Yanğından ziyan çəkən sahibkarlara təzminat ödənilməsi haqda qərarın icrası Binəqədi rayon İcra Şöbəsinə həvalə edilib. Bu qurumun rəisi İlham Həsənov, icra məmuru Məhəmməd Qaragözov bir müddət sonra qərar çıxarıblar ki, “EuroHome” MMC müflis olub və əmlaksız qalan şirkət ödəniş etmək iqtidarında deyil. Bu üzdən, sahibkarlara kompensasiya verilməyib.

Məhkəmə qərarından görünür ki, yalnız bir sahibkar – “EuroHome”un öz sahibi təzminat ala bilib. Başqa sözlə, şirkətin təsisçisi özü elə özündən pul aldığına görə müflis olub və digər sahibkarlara verməyə pulu qalmayıb.

Sənədlərə görə, istintaq dövründə “EuroHome”un təsisçisi Azay Möhnətov Binəqədi rayon Məhkəməsinə müqavilə təqdim edərək yanğından öncə 500 min manat borc verdiyini göstərib. Üstəlik, öz şirkətinə verdiyi borcun 200 min manatının hələ qaytarılmadığını iddia edərək həmin pulun ödənilməsini istəyib.

“EuroHome” Azərbaycanın tikinti malları satılan ən böyük bazar mərkəzlərindən biridir. 2019-cu il dekabrın 10-da baş vermiş yanğın 3 saata yaxın sürmüşdü. Nəticədə 100-ə yaxın tikinti malları mağazasına ziyan dəymiş, 10-dək adam xəsarət almışdı.

Musavat.com

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: RAİL RZAYEVİN ÖLÜMÜNÜ KİM SİFARİŞ EDİB? – Bakının mərkəzində general-leytenanta qarşı terrorun 16-cı ildönümü
Next: Abşeron təhsili “neft quyuları”nı xatırladır – Gələn gəlirlər necə bölüşdürülür ?!

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu 1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,...
DAVAMI Read more about Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu
Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO
Qurban Qurbanovla Emin Əmrullayevin fərqi… 1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
Avroliqada uğurlu iştirakına görə, “Qarabağ” FK UEFA-dan bu il 65 milyon avro mükafat aldı. Bu məbləğ bizim...
DAVAMI Read more about Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…
Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü 1784881596_screenshot-2026-07-24-122451
  • CƏMİYYƏT
  • ÖLKƏ

Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

admin 24.07.2026
Azərbaycanın vaxtilə ən böyük tikinti şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisi̇ya Korporasiyasi” ASC-nin 2025-ci il üzrə maliyyə...
DAVAMI Read more about Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

Bütün yazılar

1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.