Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Kimin Himalay Məmişov kimi himayədarı olsa…” – Sahil Babayevin özündən sonraya buraxdıqları…
  • GÜNDƏM

“Kimin Himalay Məmişov kimi himayədarı olsa…” – Sahil Babayevin özündən sonraya buraxdıqları…

admin 07.02.2025
1738939622_895526

Son günlər yerli mediada Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin yaxın günlərdə Maliyyə naziri vəzifəsinə təyin olunacağı barəsində şayiələr gəzirdi ki, artıq bu söhbətlərə də dünən təsdiqini tapmaqla son qoyuldu.

Sahil Babayev Maliyyə naziri təyin olundu.

Bu barədə Prezident İlham Əliyev 06.02.2025-ci il tarixində sərəncam imzalayıb.

Belə yerdə deyiblər, “buraları bay elədi, qaldı Maliyyə Nazirliyi”…

Demək olar ki, ƏƏSMN-ə tabe bütün idarələr əvvəllər də “rüşvətxor” fəaliyyətləri ilə vətəndaşlar arasında davamlı narazılıqlar yaradırdılar. Lakin, 2020-ci ildə baş verən ikinci vətən müharibəsindən sonra sanki bu idarələrdə rəhbər vəzifələrdə çalışanlarda insanlara – xüsusilə də müharibə veteranları və qazilərə qarşı bir kin, aqressiya yarandı.

2021-ci ilin əvvəlində güya saxtakarlığın qarşısının alınması məqsədilə çoxsaylı insanlara pensiya və ünvanlı sosial yardımların verilməsi dayandırıldı. Onlara yenidən müraciət etmələri və təkrar komissiyadan keçmələri tövsiyyə edildi. Kimlərin ki, yaxınları, qohumları Dövlət Sosial Müdafiə fondları, məşğulluq və ƏƏSMN-nin digər idarələrində çalışırdısa, onlar bu yaxınlığın bəhrəsi olaraq, yenə də əvvəlki qayda ilə dövlətin büdcəsindən yararlanmaqda davam etdilər, bir çox həqiqi ehtiyaclı insanlar isə DSMF, məhkəmə qapılarında qalmaqdan yorulub, susdular.
Yeri gəlmişkən, yuxarıdakı “qohumluq, yaxınlıq” ifadəsini təsadüfi işlətmədik. Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişovun keçmiş iş yoldaşlarının, dostlarının və onlara yaxın olan bir neçə şəxslərin Mil-muğan Regional DSMF-da nə cəlala sahib olduqlarından əvvəllər də bəhs etmişdik. Həmçinin, barəsində narazılıqlar daha da artdıqdan, idarənin içərisindən əldə etdiyimiz məlumata görə daxili nəzarət fəaliyyətində nöqsanlar aşkar etdikdən sonra Rafael Məmmədovun işindən azad edilərək, Gəncə-Daşkəsən Regional DSMF-na rəhbər təyin olunduğu barəsində məlumat vermişdik. Amma, Gəncəyə çatar-çatmaz orada da bir neçə işçiləri səbəbsiz işindən azad edib, yanına öz “komandası”nı yerləşdirib, daha bir” meydangir”lik nümayiş etdirdi.

Belə çıxır ki, kimin Himalay Məmişov kimi yaxını olsa, olduğu hər yerdə, “Burda mənəm, Bağdadda kor xəlifə” deməkdə sərbəstdir.

Rafael Məmmədov Himalay Məmişova, Himalay Sahil Babayevə güvənərək, siravi vətəndaşların haqq və hüquqlarını heçə saymaqda davam edirlər.

Lap, nağıl qəhrəmanlarında olduğu kimi – “nəvə nənədən, nənə babadan”…

Əlqərəz…

Sahil Babayevin rəhbərliyi altında fəaliyyət göstərən bir çox idarə və müəssisələrin qanqaraldıcı fəaliyyətlərini saymaqla bitməz, amma bizi bu mövzuya təkrar qayıtmağa vadar edən ciddi səbəblərimiz var.

Təsəvvür edin ki, illər ərzində hər cür saxtakarlığı sınaqdan keçirən. Dövlət Tibbi ekspertiza və Reabilitasiya Agentliyinin hərbi komissiyası illərdir özünün hərbiyə yararsız olduğunu dediyi gənci, 25 yaşında özü özünə zidd olaraq sağlam çıxarıb, indi hərbiyə yararlıdır deyir.

Redaksiyamıza Cəbrayıl rayonunun Horovlu kənd sakini – eyni zamanda birinci vətən müharibəsində 5 ilə yaxın ön cəbhədə xidmət edən – müharibə bitdikdən sonra ailəsinin təkidinə rəğmən “mən vəsiqə üçün, müavinət üçün döyüşməmişəm ki, vətənimi qorumuşam” deyə, dövlət tərəfindən verilən kiçicik müavinətdən də yaralanmağı özünə çox görən Əsgərov Hikmət Talıb oğlu tərəfindən müraciət daxil olmuşdur.

O, müraciətində bildirir ki, “2000-ci il təvəllüdlü oğlum Əsgərov Nihat Hikmət oğlu uşaq yaşlarında ağır xəstəliklər keçirdiyi üçün çənə dişləri tamamilə yararsız haldadır. Bu səbəbdən də bütün dişləri protezlə əvəz olunmuşdur və eyni zamanda travmatologiya institutunun rəyinə əsasən verilən sənədlərdə bel onurğa sütununda 17 dərəcə deformasiya və əyrilik, həmçinin döş-qəfəs şişkinliyi, üçüncü dərəcəli kifozun olduğu qeyd edilmişdir. Məhz bu səbəblə də oğlum Nihat Əsgərov rəsmən hərbi xidmətə yararsız hesab olunmuş və aparılmamışdır.

Ötən il hərbi xidmətlə bağlı bir sıra qanunlara edilən dəyişikliklərdən sonra xidmətə aparılmayan şəxslərin yenidən hərbi komissiyadan keçmələri tələb edilmişdir. Belə olan halda, oğlum Nihat Əsgərov da prosedurlara uyğun olaraq, Respublika Klinik Xəstəxanasında, Travmatologiya institutunda lazımi müayinələrdən keçmiş, əvvəlki verilən diaqnozlar, hətta mövcud xəstəlikləri daha da ağırlaşmış həddə öz təsdiqini tapmışdır.”
Valideyin Hikmət Əsgərov daha sonra qeyd edir ki,” Bu mərhələlərdən sonra, yekun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya mərkəzində keçirilən qeyri-obyektiv müayinə nəticəsində ədalətsiz qərar verərək, oğlumun hərbiyə yararlı olduğu qeyd edilmişdir.

Bu ədalətsiz qərara etiraz olaraq, rəsmi ərizəmlə mərkəzə müraciət edib, komissiyanın yenidən və mənim iştirakımla keçirilməsini tələb etdim. Lakin, təəssüflər olsun ki, bizə heç bir xəbərdarlıq edilmədən müraciətimizin nəzərə alınmaması və verilən ədalətsiz qərarın qüvvədə saxlanılmasına dair Cəbrayıl rayon Hərbi Komissarlığına məlumat verilmişdir”.

Onu da əlavə edək ki, valideyn Hikmət Əsgərov mövcud xəstəlikdən əziyyət çəkən – piyada uzun yol yeriməkdə, ayaq üstə bir neçə dəqiqədən artıq dayanmaqda çətinlik yaşayan, döş qəfəsinin sıxılıraq, nəfəsinin darlanması, bel nahiyəsininin şiddətli ağrıması səbəbilə oturmağa, yaxud uzanmağa məcbur olan övladını özəl Yasamal Hospitalında müayinə etdirmişdir.

Hospitalın həkimi radioloq Qeyrət Nəsirovun etdiyi müayinə nəticəsində məlum olmuşdur ki, döş kifozu əhəmiyyətli dərəcədə atıb (56 dərəcə ölçülür).

Belin fizioloji lordozu dərinləşib.

Nəticə: Hiperkifoz (Scheuermann xəstəliyi yönündə araşdırılması tövsiyyə edilir).

Hiperlordoz (postural olması inkar edilmir).

Gördüyünüz kimi, həm dövlət, həm özəl xəstəxanaların etdiyi müayinələrin nəticələri üst-üstə düşdüyü halda, Tibbi Sosial – Ekspertiza və Reabilitasiya Agentliyinin hərbi komissiyası ya işinə məsuliyyətsiz yanaşaraq, sözün əsl mənasında başdansovdu müayinə aparıb, ya da məqsədli şəkildə çağırışçı sayını bu cür təmin etməyə çalışır.

Maraqlıdır, Nihat Əsgərov səhhətindəki bu qədər ciddi problemlərlə hərbiyə gedərsə və xidmət zamanı xəstəliyi səbəbilə Allah qorusun, hər hansı bir bədbəxt hadisə baş verərsə bu agentlik və eləcə də agentliyin tabe olduğu qurumun (ƏƏSMN) rəhbəri Sahil Babayev bu məsuliyyətdən hansı formada yayınmağı planlaşdırıblar ?

P.S: Qeyd edək ki, vətəndaş Hikmət Əsgərovun müraciətilə bağlı artıq ölkə başçısı İlham Əliyevə tərəfimizdən rəsmi müraciət göndərilib.
Ümidvarıq ki, ən qısa zamanda məsələ kökündən həll olunacaq və saxta əməllər törətməyə meyilli şəxslər qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaq.

(DogruXeber.az)

Mövzunu davam etdirəcəyik.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Samaranın keçmiş merinin qətlinin şok təfərrüatı: Nəvə qalıqları taksi ilə daşıyıb
Next: Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”: Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ — FOTO

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi...
DAVAMI Read more about Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO
“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub 1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin...
DAVAMI Read more about “Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
İran Küveyt və Bəhreyni vurdu 1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.  Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)...
DAVAMI Read more about İran Küveyt və Bəhreyni vurdu
“Azza”dan alınan məhsul xarab çıxdı – Video 1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. Bu barədə...
DAVAMI Read more about “Azza”dan alınan məhsul xarab çıxdı – Video
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO 1784894487_bandicam-2026-07-24-15-33-41-699
  • CƏMİYYƏT

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

admin 24.07.2026
Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir...
DAVAMI Read more about Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

Bütün yazılar

whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.