Skip to content
25.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Samaranın keçmiş merinin qətlinin şok təfərrüatı: Nəvə qalıqları taksi ilə daşıyıb
  • ARAŞDIRMA

Samaranın keçmiş merinin qətlinin şok təfərrüatı: Nəvə qalıqları taksi ilə daşıyıb

admin 07.02.2025
ym8CcKvowTcX8mPpY4uXI6nnL3LMTDNgZkTuFrys_1200

Bir neçə gün əvvəl öldürüldükləri barədə xəbəri yayılan Samaranın (Rusiya) keçmiş meri Viktor Tarxov və həyat yoldaşı Natalyanın qətli ilə bağlı dəhşətli təfərrüat üzə çıxıb. İstintaqa yaxın mənbələrin məlumatına görə, əsas şübhəli şəxs mərhumların 29 yaşlı nəvəsi Yekaterina Belskayadır.

Soztv.Az bu barədə Rusiya KİV-ə istinadən məlumat verir.

İstintaqın versiyasına görə, təxminən bir ay əvvəl Belskaya öz baba və nənəsini vəhşicəsinə qətlə yetirib.

“Mərhumların cəsədlərinin qalıqları onların Samaradakı mənzilində tapılıb. İlkin versiyaya görə, Yekaterina nənə və babasını öldürüb, doğrayıb, hissələri torbalara və çəlləklərə qoyub, sonra cəsəd hissələrini taksi ilə daşıyaraq şəhərin zibil qutularına atıb”, – deyə mənbədən bildirilib.

Vəhşi qətlin motivi, ehtimal ki, 145 milyon rubl (təxminən 2.5 milyon manat) olub – məhz bu məbləğdə mərhumların Moskva ətrafında malikanələr, Samarada biznes sinif mənzil və avtomobil daxil olmaqla əmlakı qiymətləndirilir.

İstintaqçılar, həmçinin müəyyən ediblər ki, Belskaya narkotik maddələr qəbul edib. Hələ 2020-ci ildə anası məhkəmə vasitəsilə onu məhdud fəaliyyət qabiliyyətli şəxs kimi tanımağa cəhd edib.

Cinayətin qeyri-adekvat vəziyyətdə törədilməsi istisna edilmir.

Hazırda Yekaterina Belskaya həbs edilib. O, ifadə verməkdən imtina edir. İstintaq dəhşətli qətlin bütün hallarını araşdırmağa davam edir və qızın əlbir olduğu şəxslərin ola biləcəyini istisna etmir.

Vilayət prokurorluğu rezonans doğuran işin istintaqını öz nəzarətinə götürüb.

Merin yoxa çıxmasını ilk dəfə Tarxovun keçmiş müavinlərindən biri – Aleksandr Kuznetsov qeyd edib. O, dekabrın 31-də kişini Yeni il münasibətilə təbrik edib, üç gündən sonra isə ad günü münasibətilə təbrik etməyə çalışıb, lakin Tarxov bütün zəngləri kəsib və “danışa bilmirəm”, – deyə mesaj yollayıb.

Keçmiş müavin polisə ərizə yazdıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Viktor və Natalya Tarxovların yaşadığı evdəki müşahidə kameralarının yazılarını izləyiblər. Onların diqqətini ayın əvvəlində kişinin həyat yoldaşı ilə mənzilə daxil olması və bir daha oradan çıxmamaları cəlb edib. Həmin mənzilə bir neçə dəfə onların 29 yaşlı nəvəsi də gəlib.

Cinayət işi fevralın 3-də açılıb, elə həmin gün Belskayanın ilk dindirilməsi keçirilib. Qız ifadə verməkdən imtina etdikdən sonra müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Fevralın 5-də Tarxovun nəvəsi iki ay müddətinə həbs edilib.

Mənbələr, həmçinin bildiriblər ki, Tarxovların mənzilində mübarizə və ya qan izləri aşkar edilməyib. Onların nəvəsinin evində ər-arvada məxsus sənədlər və telefonlar tapılıb.

Qeyd edək ki, Viktor Tarxov 2006-2010-cu illərdə Samara meri olub.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Orbanın 35 milyon avroluq mülkü üzə çıxdı – VİDEO
Next: “Kimin Himalay Məmişov kimi himayədarı olsa…” – Sahil Babayevin özündən sonraya buraxdıqları…

OXŞAR MÖVZULAR

17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026

XƏBƏR LENTİ

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi...
DAVAMI Read more about Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO
“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub 1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin...
DAVAMI Read more about “Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
İran Küveyt və Bəhreyni vurdu 1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.  Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)...
DAVAMI Read more about İran Küveyt və Bəhreyni vurdu
“Azza”dan alınan məhsul xarab çıxdı – Video 1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. Bu barədə...
DAVAMI Read more about “Azza”dan alınan məhsul xarab çıxdı – Video
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO 1784894487_bandicam-2026-07-24-15-33-41-699
  • CƏMİYYƏT

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

admin 24.07.2026
Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir...
DAVAMI Read more about Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

Bütün yazılar

whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.