Skip to content
09.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? – SAKİNLƏR TƏLAŞDA…
  • CƏMİYYƏT
  • VİDEO

`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? – SAKİNLƏR TƏLAŞDA…

admin 07.02.2025
1738910835_1738904322_0001

Artıq neçə ildir Xətai rayonunda, Afiyəddin Cəlilov küçəsində yerləşən, «Qənimətlər parkı» ilə üzbəüzdə olan «Qadın türməsi» Kürdəxanıya köçürülüb.

Bu ərazidə yaşayan sakinlərin «Təzadlar»a verdiyi məlumata görə, bir neçə dəfə ərazinin tikinti altında verilməsinə cəhd edilib, lakin bunun qarşısı alınıb: «…Əvvəllər burada göydələn tikmək istəyirdilər, amma Ədliyyə Nazirliyinin balansında olduğundan qoymadılar. İndi deyirlər ki, kimsə özəlləşdirib, ələ keçirib. COP29 ərəfəsində isə içərisi və ətrafı xarabalığı xatırladan keçmiş həbsxananın divarları boyu gül-çiçək əkildi, kiçik çevrədə park da salındı. Sevindik ki, park salınacaq. Fəzayil Bayramov və Sabit Orucov küçələrin kəsişməsindən başlayaraq Afiyəddin Cəlilov küçəsinə paralel olan bu böyük əraziyə artıq iki gündür yenidən ağır texnikalar cəlb edilib, dərin qatlarda qazıntı-geoloji fəaliyyətə start verilib. Sizə foto və videogörüntülər təqdim edirik, ağır texnikaların işlədiyi əraziyə yüz tonlarla armatur və digər tikinti avadanlığı gətirilib. Bunlar bir daha sübut edir ki, bu ərazidə göydələn kompleksi tikəcəklər…».

Sakinlər əməkdaşımıza onu da bildirib ki, onların narahatlığına iki əsas səbəb var: «Birincisi, uzun illərdir bu ərazidə tıxacların əlindən tərpənmək olmur, dörd tərəfimiz parklamadır, avtomobil sıxlığı günbəgün artır. Bəzən Afiyəddin Cəlilov küçəsindəki tıxacın arxası AMAY-ı belə keçir. Əgər burada göydələnlər tikilsə, təsəvvür edin ki, bir zolağı velosipedə, bir zolağı isə avtobusa ayrılmış 4 zolaqlı bu ensiz yolda hökm sürən 50 faizli daralma ilə Afiyəddin Cəlilov küçəsində vəziyyət necə olacaq. İkincisi, «Qadın türməsi»nin qarşısında isə beşmərtəbəli evlərdir.

Qoy Şəhərsalma və Tikinti Komitəsinin rəhbərliyi, mütəxəssisləri düşünsünlər ki, şəhərin mərkəzində, Qənimətlər Parkı ilə üzbəüzdə beşmərtəbəli binaların yanında 20 mərtəbəli kompleks hansı tikinti mədəniyyətinə, şəhərsalma ənənələrinə uyğundur? Onsuz da neçə illərdir Mehdi Mehdizadə və Afiyəddin Cəlilov küçələrindəki tıxaclardan Yusif Səfərov küçəsinədək olan ərazidə yaşayan sakinlərin həyatı zülm içindədir, biz də elə. Siqnal səsləri bütün günü aləmi başına götürür. Tıxac əlindən evimizdən küçəyə çıxa bilmirik….».

Sakinlər Prezident İlham Əliyevə və Milli Məclis üzvlərinə müraciət edəcəklərini bildirdilər.

Bəs hazırda ərazidə tikintini aparan qurumun statusu nədir? Çünki sakinlər də bildirdilər ki, burada qazıntı işləri aparan şirkətin ağır texnikalarının səs-küyündən dinclik yoxdur: «Xüsusi qazıntı texnikalarının səs-küyü ciddi narahatlıq yaratmaqdadır, rejim gözləmirlər. Maraqlanmışıq ki, ümumiyyətlə, burada nə tikiləcək, ictimaiyyət bunu bilməlidir axı. Məsələn, əgər göydələn tikiləcəksə, gələcəkdə aqibətimizi nəzərə alıb buradan köçüb başqa yerə gedək… Heç bir yerdə də məlumat lövhəsi yoxdur. Xətai İcra Hakimiyyətinə də zəng etmişik, dəqiq məlumat verilmir… Burada çalışan fəhlələrdən xəbər alırıq, hərbi sirr kimi hər şeyi gizli saxlayırlıar. Yalnız bir söz deyirlər: «Bilmirik… Böyük adamın şirkətidir…». Xahiş edirik, siz də bunu ictimailəşdirin, burada nə tikiləcək, hamı bilsin…».

Məsələyə aydınlıq gətirilməsi üçün Dövlət Şəhərsalma və Tikinti Komitəsinin 012 5951350 telefonuna zəng vurub məlumat almağa səy göstərməkdəyik.(«Təzadlar»
)
Əlavə məlumat veriləcək.
 

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi açılır
Next: USAID əməkdaşlarının 90 faizi ixtisar ediləcək – KİV

OXŞAR MÖVZULAR

1780928617_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

admin 08.06.2026
whatsapp_image_2026-06-08_at_16.38.21
  • VİDEO

Toy karvanında avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunublar – VİDEO

admin 08.06.2026
media-10-24bya7
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sumqayıtdakı “Central Park” kimindir? – “Şortla giriş qadağandır” – Vergidən də yayınır?

admin 08.06.2026

XƏBƏR LENTİ

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər 9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə Oxu.Az-a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib...
DAVAMI Read more about Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər
Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı 1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
“ƏDV geri al” layihəsi çərçivəsində 87 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb. Məlumata görə, 2026-cı ilin yanvar...
DAVAMI Read more about Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı
“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
Donald Tramp administrasiyası NATO müttəfiqlərini müdafiə xərclərinin bir hissəsini Çinin “Huawei” şirkətinin telekommunikasiya şəbəkələrindəki avadanlıqlarının və vacib...
DAVAMI Read more about “Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb
Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik. Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər...
DAVAMI Read more about Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…” 1780928617_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

admin 08.06.2026
Keçmiş ADY əməkdaşı və sərnişin Rəsul Mamedov Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəsini bölüşərək xidmət səviyyəsindən narazılığını ifadə...
DAVAMI Read more about 231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

Bütün yazılar

9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.