Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? – Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
  • CƏMİYYƏT

Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? – Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT

admin 05.02.2025
1738762665_2025-02-05-14-22-18xp5nanv4sk3i7ovsjlvo_file

Bakı şəhər sakini Sadiq İsrafilov Batıgöz Klinikasının ödənişsiz göz müayinəsi adı altında pasiyentləri aldatmasından şikayətçidir.
O, bu barədə redaksiyamıza müraciətində bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl klinikanın həkimləri Lənkərana səfər ediblər və sığorta ilə işləyəcəklərini vəd edərək, xəstələri Bakıya – Batıgöz Xəstəxanasına yönəldiblər:
“Lakin xəstəxanaya gedən zaman, xəstələr uzun növbələrə dayanır və son nəticədə məlum olur ki, Batıgöz bu cür xəstələri qəbul etmir. Bacım oğlu Elşən İsrafilov da eyni problemlə üzləşib. O, Yardımlı şəhərində yaşayır. Bölgənini digər göz xəstələri kimi o da ümidlə Lənkəranda Batıgöz Klinikasının həkimlərinə üz tutub. Amma həkimlər problemləri burda deyil, Bakıda həll edəcəklərini deyiblər. Bacım oğlu da atasıyla “Gənclik” metrosunun yaxınlığında yerləşən həmin klinikaya gəlib. Xeyli gözlədikdən sonra məlum olub ki, sən demə, ümumiyyətlə, Batıgöz bu cür xəstələri qəbul etmir! Nəticədə boşuna vaxt və xeyli pulu xərcləyiblər. Həkimin umduğunu vermədikləri üçün kor-peşman rayona dönməli olublar”.
Klinika tərəfindən aldadıldığını bildirən Elşən İsrafilov isə deyir ki, Bakıya gəldikdən sonra həkimlər ona əməliyyat olunmağı təklif ediblər:
“Sənədləri hazırlayanda bütün linzaların qiymətlərini elan etdilər. Biz də bildirdik ki, tibbi sığorta ilə gəlmişik. Çünki bizə demişdilər ki, Bakıya gəlin, sığorta ilə əməliyyat olunacaqsız. Bizdən 500 manat pul istədilər. Dedilər ki, guya sığortanın verdiyi linzalar pisdir, pul verin, yaxşısını verək. Biz də imtina etdik. Onların məqsədi əlavə linza adı ilə 500 manat almaq idi. Faktiki olaraq, həmin məbləği verənlər əməliyyat olundu, verməyənlər qapı dalında qaldı. Bu fırıldaqçılıqdan başqa bir şey deyil”.

Bakupost.az
(Sadiq İsrafilov)

Məsələ ilə bağlı Batıgöz Klinikası ilə əlaqə saxladıq. Klinikanın insan resursları departamentinin rəhbəri Günel Məmmədli Bakupost.az -a açıqlamasında bildirib ki, şikayətçi Lənkəranda müayinə olunub və gözündə anadangəlmə ləkə olduğu üçün Bakıya gəlmək tövsiyə olunub. O qeyd edib ki, pasiyent müayinə üçün deyil, katarakt əməliyyatı üçün göndəriş alıb:
“Aydındır ki, Lənkəranın texniki imkanları Batıgöz qədər ola bilməz. Söhbət cihazlardan gedir. Mən həkimlə dəqiq maraqlandım. Biz həmin şəxsi Bakıya ona görə dəvət etmişik ki, müasir texnologiya ilə baxaq və gözündə nə olduğunu dəqiq müəyyən edək. Xəstə ödəniş etməmək üçün katarakt göndərişi alıb gəlib. Lakin biz burada onu iki həkimlə yoxladıqdan sonra gördük ki, görmə dərəcəsi 70 faizdən yuxarıdır. İcbari tibbi sığorta belə xəstələri pulsuz katarakt əməliyyatı etmir. Çünki görmə səviyyəsi 70 faizdən yuxarı olduqda bu, mümkün deyil. Görmə dərəcəsi çox zəif olmalı, yəni 50 faizdən də aşağı düşməlidir ki, icbari tibbi sığorta ilə əməliyyat mümkün olsun. Ona görə də həkimlər tərəfindən xəstəyə ağıllı linza məsləhət görülüb. Ağıllı linza görməni 100 faiz təmin etmək üçündür. Lakin ağıllı linza icbari tibbi sığorta zərfində yoxdur. Xəstə istəsə, ağıllı linzanı seçə bilər, istəməsə, adi linza qoydura bilər. Bu artıq xəstənin öz seçimidir və icbari tibbi sığorta bunu qarşılamır. Bu halda isə xəstə özəl xidmət kimi ağıllı linzanın pulunu ödəməli olur. Əgər xəstə bunu ödəmək istəmirsə, biz artıq onu icbari tibbi sığorta ilə əməliyyat edə bilmirik. Bu səbəbdən onun əməliyyatından imtina olunub”.

Qeyd edək ki, Batıgöz Klinikası vaxtaşırı sosial şəbəkələrdə rayonlarda ödənişsiz göz müayinəsi ilə bağlı elanlar yerləşdirir. Lənkərandan başqa, yanvarın 5-də Bərdədə də belə bir qəbul keçirilib. Maraqlıdır ki, şikayətçi Sadiq İsrafilovun üzləşdiyi problemlə bağlı sosial şəbəkədə paylaşımına rəy yazan digər vətəndaşlar da Batıgözün onları aldatdığından şikayət ediblər.

Bakupost.az
Onu da qeyd edək ki, Batıgöz Klinikasından mövcud qanunvericiliyə görə, Elşən İsrafilovu tibbi sığorta ilə əməliyyat etmələrinin mümkünsüz olduğunu bildirsələr də, o, artıq digər özəl klinikalardan birində icbari tibbi sığorta ilə əməliyyat olunub.
Lalə Novruz, BakuPost

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Next: Onların da sertifikatı ləğv olundu – Foto

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.