Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? – “Port Baku“dan başlayan problem böyüyür
  • GÜNDƏM
  • ÖLKƏ

Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? – “Port Baku“dan başlayan problem böyüyür

admin 04.02.2025
1738655741_1738645344_1

Məşhur PR menecer Ayan Nəcəf “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri vəzifəsinə namizədliyini irəli sürüb.

Xalqxeber.az Pravda.az-a istinadla xəbər verir ki, rəhbərlik ona imtina cavabı verib.

Məsələ ilə bağlı A.Nəcəfdən münasibət öyrənmək cəhdi olsa da, onun telefonuna zəng çatmayıb.

AYAN NƏCƏF

Qeyd edək ki, A.Nəcəf 2023-cü ilə qədər Dövlət Neft Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi, sonra isə Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Onun ADY-də namizədliyini irəli sürdüyü vəzifəni isə fevralın 3-dək Aybəniz İsmayılova tuturdu.

Bir neçə gün əvvəl isə Aybəniz İsmaylovanın haqqında maraqlı iddialar ortaya çıxıb.

Qlobal.az Demokrat.az-a istinadla xəbər verir ki, Aybəniz İsmaylova bu yaxınlarda Azərbaycanın tanınmış jurnalistlərini “Port Baku”ya dəvət edərək, onlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) PR işinin qurulmasında trolluq fəaliyyəti təklif edib.

Aybəniz İsmayılova

İddialara görə, Aybəniz İsmaylova bu xidmətin qarşılığında həmin jurnalistlərə yüksək qonorar veriləcəyini vəd edib.

O, bu işlərin görülməsi üçün AYNA rəhbərliyinin də razılığını aldığını söyləyib.

Ancaq söhbət zamanı jurnalistlərdən bir neçəsi Aybəniz İsmaylovanın bu təklifinə etiraz edərək, görüşü yarımçıq tərk ediblər.

Demokrat.az-ın etibarlı mənbədən əldə məlumata görə, Aybəniz İsmaylova “Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, AYNA və “Bakı Metropoliteni” QSC-nin də PR-la bağlı tenderlərini ələ keçirməyə çalışırmış.

İddialarla bağlı Aybəniz İsmayılova suallarımızı cavabsız qoyub.

Xatırladaq ki, bu gün “Pravda.az” saytı Aybəniz İsmaylovanın xidməti vəzifəsini icra edərkən yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə məlumat yayıb.

Məlumata görə, hazırda əmək məzuniyyətində olduğu bildirilən A.İsmayılovanın fevralın 3-də məzuniyyəti bitdikdən sonra işinə xitam veriləcəyi deyilir.

İddialarda bu da bildirilir ki, departament müdiri “Bakı Metropoliteni” QSC-nin yeni sədrinə iş üçün müraciət etsə də, müsbət cavab ala bilməyib.

Sayt məsələni aydınlaşdırmaq üçün Aybəniz İsmayılova ilə əlaqə saxlayıb.

Departament müdiri deyilənlərin iftira olduğunu bildirib: “Qətiyyən belə bir şey yoxdur. İftiradır. Mən hazırda məzuniyyətdəyəm. Hara lazımdırsa, dəstək verirəm, amma əlavə suallara bu dəqiqə ehtiyac yoxdur”.

ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev saytımıza açıqlamasında iddiaları təkzib edib: “Aybəniz xanım hazırda əmək məzuniyyətindədir. Yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə iddianı təkzib edirik. Yeni məlumat olsa, ictimaiyyətə bu barədə məlumat verəcəyik”.

Onu da qeyd edək ki, Aybəniz İsmayılovanın ADY-nin İnsan resurslar departamentinin rəhbəri Ceyhun Nağıyevin qohumu olduğu bildirilir.

Xatrladaq ki, “Azərbaycan Dəmir Yolları”nın rəhbəri Rövşən Rüstəmovdur…

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb…
Next: Bakının üç rayonunun su təchizatında fasilə olacaq

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.