Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb…
  • CƏMİYYƏT

“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb…

admin 04.02.2025
1738640381_1
Çörəyin qiymətindəki son bahalaşma əhali tərəfindən narazılıq və etirazla qarşılanıb. Bakı sakini A. Quliyeva Pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib ki, qiymət artımı ədalətli deyil. Aşağı qiymətə olan çörəklər ümumiyyətlə satışda yoxdur. İnsanların seçim haqqı əllərindən alınıb və çörəyin bahasını almağa məcbur edilirlər: “ Əvvəl 50-55 qəpiyə aldığım çörəklər indi yoxa çıxıb. Demişdilər, guya 50 qəpiklik çörək 55, 55 qəpiklik çörək isə 65 qəpik olacaq. Yaxşı, 50 qəpiklik çörəyin niyə olmamasını anladım. Bəs 55 qəpiklik çörək hanı? Günə 2-3 çörək alan böyük, amma kasıb ailəyik. 7 nəfərlik ailədə cəmi bir nəfər işləyir. Günə 65 qəpikdən 3 çörək alsaq, aya 58-60 manat arası pul edir. İndi neyləyək? Ac qalaq? Görün, camaat nə vəziyyətə çatıb. Alacağımız çörəyi belə seçə bilmirik. Dəhşətdir”.

Bir neçə gün öncə “Nur çörəyi” zavodundan mətbuata bildirilib ki, fevralın 1-dən çörəyin qiyməti 5 qəpik artırılacaq: “Amma yalnız qiymət deyil, eyni zamanda çörəyin çəkisi də artacaq. Çünki çəki az olanda çörək tez qurumuş olur. Ona görə də məcburuq çəkini artıraq. Çəkini artırırıqsa, avtomatik qiymətə təsir edir. Bazarda qiymət çəkiyə görə tənzimlənir. Ona görə də fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörəklər 65 qəpiyə satılacaq. Çəki bundan əvvəl 440-450 qram idi, bundan sonra 500 qram olacaq. 55 qəpiklik çörəyin çəkisi isə 510 qram idi, bundan sonra 620 qram olacaq. Belə olduqda çörəkdə quruma da az olacaq”, – deyə zavoddan bildirilib.

Bundan əlavə, çörək istehsal edən tanınmış şirkətlərdən biri mətbuata yeni çeşiddə məhsulu istehsala buraxacaqlarını deyib. Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə – 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaqmış.

Məlumatı dəqiqləşdirmək üçün mağazalardan birinə yollandıq. Çörək bölməsini tapıb, piştaxtadakı qiymətlərə nəzər salanda gördük ki, reallıq iddiaların əksini göstərir. Müsahibimizin də dediyi kimi, mağazalardakı çörəklərin qiyməti elə 65 qəpikdən başlayır. Yəni ortada yeni çeşid yoxdur. Sadəcə, mövcud çeşidin çəkisi və qiyməti bir qədər qaldırılıb. Ona görə də 55 qəpiklik çörəklər qeybə çəkilib. Özü də 65 qəpiklik çörəyin həcmi 620 yox, 614 qramdır.

Vaxtilə çörəyin bahalaşmasını un və taxılın qiymətinin artımı ilə əlaqələndirirdilər. Amma indiki artım üçün keçərli bir səbəb tapılmır. Təkcə çörəyin qurumasına görə bu cür artım edilməsi real görünmür. Amma bütün bunlardan əlavə, insanların seçim haqqı əllərindən alınmamalıdır. İstəyən 55 qəpiyə 510 qramlıq, istəyən də 65 qəpiyə 620 qramlıq çörək ala bilməlidir.

Görək, bu bahalaşmanın altında yatan əsas səbəb nədir? Və mağazalarda niyə 55 qəpiklik zavod çörəyi tapmaq olmur? Çörəyin çəkisi nə vaxta qədər 620 qr olacaq? Yenidən aşağı salınmayacaqmı?

Suallarımıza cavab tapmaq üçün “Nur çörəyi” zavoduna müraciət etsək də, cavab ala bilmədik.

Yeri gəlmişkən, xatırlayırsınızsa, vaxtilə taxıl və un qıtlığına görə taxılın qiyməti 70 qəpiyə qaldırılıb sonra 55 qəpiyə salınanda heç elan etməmişdilər ki, 55 qəpiyə 510 qramlıq çörək istehsal edirlər. Sadəcə çörəyin ucuzlaşdığını demişdilər. Halbuki həcmi də 620 qramdan 510 qrama düşmüşdü. İnsanlar da qiymət ucuzlaşıb deyə sevinirdi.

Maraqlıdır, çörəyin bahalaşması digər sahələrdə də bahalaşmaya səbəb olacaqmı? Axı bizdə çörək və yanacaq həmişə bahalaşmaya təsir edir. Və çörəyin qiymətində dəyişiklik ola bilərmi?

Mövzu ilə bağlı Pressklub.az-a danışan iqtisadçı ekspert, REAL partiyasının sədri Natiq Cəfərli deyib ki, Azərbaycanda çörəyin qiymətini dövlət tənzimləmir. Ona görə də qiymət artımına dövlət tərəfindən müdaxilə olunması çətin prosesdir.

Müsahibimiz hesab edir ki, bu sahədə rəqabətli mühit yaranmalıdır. Bu zaman qiymətlər də süni şəkildə artmaz. Azərbaycanda bununla bağlı spesifik problemlər də var. Un istehsalı üçün taxılın 70-74 faizi xaricdən – Qazaxıstandan, Rusiyadan və s. alınır. Taxılın qiymətində istənilən dəyişikliklər, artım yönündə addımlar Azərbaycan daxilində unun və çörəyin qiymətlərinə təsir göstərir.

Ekspert deyib ki, qiymət artımı zamanı əhalini də nəzərə almaq lazımdır. Və ola bilər ki, bazarda çörək istehsal edən böyük zavodların çörək satışında azalmalar olarsa, o zaman qiyməti azalda bilərlər.

Həmsöhbətimiz digər sahələrdəki inflyasiya ehtimalına da toxunub: “Azərbaycan özünü bir çox məhsullarla təmin edə bilmədiyinə və xarici bazarlara üz tutduğuna görə bir çox sahədə bahalaşma gedir. Hətta Mərkəzi Bankın rəsmi rəqəmləri bu il inflyasiyanın keçən ilə nisbətən artacağından xəbər verir”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nizami rayonunda meydan sulayan KİMDİR? – İTTİHAM VAR…
Next: Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? – “Port Baku“dan başlayan problem böyüyür

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.