Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR… – “Hara şikayət edəcəyimizi bilmirik”
  • BAXIŞ BUCAĞI

Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR… – “Hara şikayət edəcəyimizi bilmirik”

admin 31.01.2025
1738326745_1
Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən “Embawood” MMC istehsalat sahəsindən atmosfer havasına tüstü atmaqda davam edir. Bu barədə Sputnik Azərbaycan-a şəhər sakinləri məlumat veriblər.
Sakin Elvin Əhmədov bildirib ki, şikayət etmələrinə baxmayaraq, müəssisə qanunsuz əməllərinə davam edir.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən “Embawood” MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı Sputnik Azərbaycan-a daxil olmuş şikayəti araşdırıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən fakt təsdiqini tapıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Asif Məcidov Sputnik Azərbaycan-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisənin istehsalat sahəsindən atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
“Faktla bağlı akt tərtib olunub. Müəssisənin hüquqi şəxs qismində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür” – o, bildirib.

Cərimələnməsinə baxmayaraq, istehsalat müəssisəsinin qanunsuz əmələ davam etməsi sakinləri çıxılmaz vəziyyətdə qoyub.
“Bilmirik, başqa hara şikayət edək. Bir dəfə şikayət etdik, gəlib zavodu cərimələdirlər. Amma indi yenə havaya qatı tüstü buraxırlar. Bu vəziyyət gündə ən azı üç dəfə təkrarlanır. Səhər saat 07:00-da yuxudan dururuq ki, ətraf qatı tüstüdür. Pis qoxudan ağzımızı bağlayırıq. Evdə olanda isə pəncərələri açmırıq ki, tüstü getsin sonra evi havalandıraq. İstehsalat müəssisəsi yaşayış binalarına yaxın yerləşir. Günorta saat 12:00 radələrində bir, axşam saat 19:00 radələrində isə bir tüstü buraxırlar. Gündə ən azı üç dəfə biz zavodun buraxdığı tüstünün qoxusundan əziyyət çəkirik. Ətrafı yanmış plastik qoxusu bürüyür. Biz yanan maddənin nə olduğunu bilmirik. Amma tüstüdən görürük ki, havaya qatı tüstü yayılır. Kimyəvi maddələr havaya hopur, biz də o hava ilə nəfəs almalı oluruq. Burada yaşayan sakinlərin hamısı qorxur ki, axırda özümüz, uşaqlarımız pis xəstəlik tapacaq. Çünki, ekoloji təmiz mühitdə yaşamırıq. Ciyərlərimiz gündə üç dəfə tüstü qəbul edir. Ən pisi isə odur ki, bu müəssisənin yaşayış binalarının yanında fəaliyyətinə xitam verən yoxdur. Hara şikayət edəcəyimizi də bilmirik”, sakin gileylənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən faktın araşdırılması üçün şikayətin aidiyyatı struktura göndərildiyi bildirilib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: RUS MƏKTƏBLƏRİNİ BAĞLAMAĞIN VAXTI ÇATMAYIB?! – Büdcədən hər il rus dilində təhsilə nə qədər xərclənir?
Next: Bəzi həkimlərin pasienti “yeriyen pul” kimi görməsi insanları “Check up”dan uzaqlaşdırır

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.