Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Əməliyyatdan sonra bədənimdən çirk axırdı” – Daha bir plastik cərrah qalmaqalı
  • CƏMİYYƏT

“Əməliyyatdan sonra bədənimdən çirk axırdı” – Daha bir plastik cərrah qalmaqalı

admin 30.01.2025
1738242464_1

Amerikada yaşayan jurnalist Qənirə Ataşova bir müddətdir gündəmdən düşməyən plastik-cərrah Ülviyyə İlyasova ilə bağlı yeni paylaşım edib.

Bakupost.az xəbər verir ki, jurnalist aktrisa Mila Bekovanın başına gələnlərdən yazıb. O bildirib ki, plastik-cərrah bu dəfə aktrisaya uğursuz əməliyyat edib:
“Ülviyyə İlyasovanın “ağ xalat” geyinərək özünü həkim kimi təqdim etməsindən sonra başlanan hüquqi prosedurlar ssenari ilə davam edir. Məsələn, aktrisa Mila Bekova Azərbaycanın prokurorluq orqanlarına heç cür sübut edə bilmir ki, Ülviyyə İlyasova ona əməliyyat edib. Baş vurduğu bütün instansiyalarda “rədd” cavabı alır. Ona deyirlər ki, Ülviyyə İlyasova sənə cərrahi əməliyyat deyil, sadəcə “kosmetoloji prosedur” tətbiq edib. İndi sizə kadrlar təqdim edirəm. Həkimlər, xahiş edirəm, mövqeyinizi bildirin: bu görüntü, kosmetoloji prosedurdur, yoxsa cərrahi əməliyyat?”.
Q.Ataşova aktrisanın da açıqlamasını yayımlayıb. O bildirib ki, Ü.İlyasovanın uğursuz əməliyyatının qurbanı olub:
“Bu ixtisassız məni əməliyyat edib, bədənimə infeksiya keçirtdiyini respublika bilir. Əməliyyatdan sonra aylarla yüksək hərarətlə yatmışam, həyatla mübarizə aparmışam. Ülviyyənin bədənimə verdiyi ziyanlara görə 4 dəfə ağır əməliyyat keçirtdim, ağır narkoz aldım. Niyə bu işə baxan yoxdur? Onların yaxınlarının başına belə şey gəlsəydi nə olacaqdı? Bütün rəylər əlimdə var. Amma heç bir yer qəbul etmir. Necə olur ekspertizanın rəyi ilə həkiminki üst-üstə düşmür. Hər dəfə Ülviyyənin yanına gedəndə bədənimdən çirk çıxardanda deyirdi, əlim uzundur, hər yerə çatır. Mən kimə güvənim? Deyirlər, qanunda boşluq var, heç nə edə bilmərik, gedin təzminat açın. Məni hədələyir, “ağıllı ol” yazır. Bu, nə deməkdir? Səsi çıxartmayım, qorxum? Haqımı axtarıram. Deyir ki, mənə əmliyyat yox, kosmetoloji prosedur edib. Hansı kosmetoloji prosedurda adama narkoz verilir, bədənində deşik açılır, korset geyindirilir?”.
Qeyd edək ki, Ü.İlyasova bundan əvvəl eltisi, 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanı əməliyyat etdikdən sonra ölməsi ilə gündəmə gəlmişdi.
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Next:  Səbzəliyev qardaşları ölkədən nə qədər pul çıxarıb? – TƏFƏRRÜAT

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.