Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
  • GÜNDƏM
  • ÖLKƏ

Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal

admin 30.01.2025
1738242058_1
Son zamanlar bank kartlarına olunan kiber hücumların sayı artıb. Əsas hədəfin isə Kapital Bank olduğu deyilir. 3 gün öncə Birbank-ın mobil tətbiqində yaranan problemin səbəbi Rusiya ilə əlaqələndirilir. Belə ki, iddialara görə, ruslar hücum edib, ona görə bank məcbur qalıb kartları bloklayıb.

Bir vacib detal isə Milli qəhrəman Hökumə Əliyevanın atasının hesabından pulun çəkilməsi ilə bağlıdır. Bu hadisədə də hədəf məhz Kapital Bank seçilmişdi. Rəsmi məlumatlarda bildirilir ki, pulu oğurlayanlardan biri Ayaz İsgəndərovun cinayət ortaqları xarici ölkə vətəndaşlarıdır. Amma onların hansı ölkə vətəndaşları olduğu açıqlanmadı. Bu məsələdə də şübhələr Rusiyanın üzərinə dikilir.

Doğrudanmı banklara hücum xaricdən təşkil edilir? Bu məsələdə niyə izlər Rusiyaya gedib çıxır?

Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun sözlərinə görə, bu kimi hallarda dələduzlar tez-tez özlərini bank əməkdaşı kimi təqdim edərək, müştərilərdən şəxsi və maliyyə məlumatlarını əldə etməyə çalışırlar.

Onun fikrincə, sübutlar olmadan iddia etmək doğru deyil:

“Bir neçə gün öncə Kapital Bank-ın mobil tətbiqi Birbank-da texniki problemlər yaşandı. Rəsmi açıqlamaya görə, bu, texniki nasazlıq idi. Eşidirik ki, bəzi mənbələr bunun kiberhücum nəticəsində baş verdiyini iddia edir. Azərbaycanın maliyyə sektoruna qarşı xaricdən edilən hücumlar mümkündür. Çünki banklar strateji əhəmiyyət daşıyan qurumlardır və xarici kiberqrupların hədəfinə çevrilə bilərlər. Ancaq bu söylənlilər yalnız ilkin fərziyyədir və konkret sübutlar olmadan qəti qərar vermək çətindir. Ümumilikdə götürsək, kiberhücumların xarici mənbələrdən təşkil edilməsi də mümkündür. Yəni hər bir hadisə fərqli olduğundan, dəqiq məlumatlar yalnız rəsmi araşdırmalar nəticəsində əldə edilə bilər”.

Politoloq Yalçın Hacızadə deyib ki, texnologiyanın sürətlə inkişafı özü ilə problemlər də gətirir:

“Ona görə də həm dövlət qurumları, həm də ayrı-ayrı kommersiya müəssisələri həyata keçirdikləri funksiyalarının əlçatanlığını təmin etmək məqsədi ilə elektron xidmətlər təşkil edirlər. Yəni yeni texnologiyanın yaranması eyni zamanda sosial dəyişiklik və yeni davranış qaydaları formalaşdırır. Bu dəyişikliklərdən də bəziləri yaxşı işlər üçün istifadə edərək, yeni avadanlıqlar, qurğular, proqramlar yaradaraq insanlara, cəmiyyətə, dövlətə fayda verir. Bəziləri də başqalarına zərər vermək üçün istifadə edir. Zərərverənlər daha çox fiziki şəxslərə məxsus bank hesablarından pulların oğurlanması ilə gündəmə gəlirlər. Belə cinayətlərin qarşısının alınması üçün ölkəmizdə dövlət səviyyəsində mübarizə aparılır və bunun üçün müxtəlif kibermübarizə təşkilatları yaradılıb. Eyni zamanda, bununla bağlı beynəlxalq əlaqələr də qurulur”.

Politoloq təəssüf hissi ilə ölkəmizdə də belə halların sayının artdığını qeyd edib:

“Demək olar ki, hər gün kimlərinsə bank hesabından müxtəlif yollarla pul oğurlanması xəbərləri yayılır. Bu, əsasən insanların məlumatsızlığından və bankların işinin təşkilində olan boşluqlardan istifadə edilməklə törədilir. Qanunlar zərurətdən yaranır. Gərək, hansısa sahə üzrə məsələ, problem ola ki, qanunvericiliyin həmin sahəni tənzimləməsi zərurəti yarana. Ona görə hesab edirəm ki, bu sahədə qanunlarımız da təkmilləşməlidir. Çünki son zamanlar bu sahədə kifayət qədər nöqsanlar ortaya çıxır. Adətən, insanların hesablarından pulun oğurlanmasına görə məsuliyyət hesab sahibinin üzərində qalır. Çünki banklar əməliyyatı hesab sahibinin özünün apardığını və ya onun icazəsi ilə hesabına müdaxilə edildiyini bildirir. Həmçinin, belə cinayət əməllərini törədənlərin xarici şəxslərlə əlaqəsi olur, ya da xarici telefon nömrələrindən istifadə edilərək törədilir. Bu da cinayətlərin üstünün açılmasında problem yaradır”.

Yalçın Hacızadə hücumun konkret hansı ölkədən edildiyindən məlumatsız olduğunu vurğulayıb:

“Kapital Bankda son günlər baş verən hadisənin texniki problem olduğunu, ya da kənardan müdaxilədən yarandığını deyə bilmərəm. Kapital Bank ölkəmizdə bank və maliyyə sektorunda əsas paya malikdir, müştəri bazası daha çoxdur. Ona görə mümkündür ki, zərərçəkən insanlar daha çox həmin bankın müştəriləridir”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə… – referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir…
Next: “Əməliyyatdan sonra bədənimdən çirk axırdı” – Daha bir plastik cərrah qalmaqalı

OXŞAR MÖVZULAR

1780930581_1780906537_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

admin 08.06.2026
WhatsApp Image 2026-06-08 at 20.04.01
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?

admin 08.06.2026
media-teln-hkzq8j
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

admin 08.06.2026

XƏBƏR LENTİ

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA 1780930581_1780906537_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

admin 08.06.2026
Həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişən ​müharibə əlili olan Qabil Zeynalovun oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Tribuna.az...
DAVAMI Read more about “Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA
Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi? WhatsApp Image 2026-06-08 at 20.04.01
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?

admin 08.06.2026
Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 10-cu Qaraçuxur küçəsində aparılan tikinti işləri ərazi sakinlərinin diqqətini cəlb edib....
DAVAMI Read more about Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ… 1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
“Ölkə nə gündədir ki, hər rayonda olmasa da, ən azından regional olaraq çağırışçılar üçün ixtisaslaşmış müayinəni təmin...
DAVAMI Read more about “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…
Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir… media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
Müşfiq Məmmədlinin vəzifədən getməsinin əsas səbəbi… “AzərGold” QSC-də müşavir vəzifəsində çalışdığı bildirilən Müşfiq Məmmədlinin vəzifəsindən kənarlaşdırıldığı barədə...
DAVAMI Read more about Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…
Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026
Toplum TV işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli...
DAVAMI Read more about Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

Bütün yazılar

1780930581_1780906537_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

admin 08.06.2026
WhatsApp Image 2026-06-08 at 20.04.01
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?

admin 08.06.2026
1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.