Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: “Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin” (VİDEO)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: “Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin” (VİDEO)

admin 30.01.2025
1738223076_1
Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 33, 33 a və 33 b binalarının sakinləri “İDEA” ictimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya müraciət edib.

Müraciətdə deyilir:

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 33 nömrəli bu binalar 1960-cı ildə tikilib. Məhəlləmiz 11 blok və 165 mənzildən ibarət olaraq, əslində üç binanın (A, B, C) birləşməsi kimi inşa edilmişdir. Hər mənzildə ortalama 5 nəfərin olması hesabı ilə binalarda hal-hazırda 800 nəfərdən artıq insan yaşayır. Lakin əfsuslar olsun ki, bu qədər insanın yaşadığı binada və onu əhatə edən ərazidə normal yaşayış və istirahət şəraiti yox səviyyəsindədir.
Nəzərə alsaq ki, bina şəhərin mərkəzində ABŞ səfirliyinin və bir sıra ali təhsil müəssisələrinin yaxınlığında yerləşir. Günü-gündən yeniləşən, müasir görkəmi ilə dünyanın ən gözəl şəhərlərinin sıralamasında yer alan Bakının mərkəzi hissəsində böyük bir məhəllənin bu cür acınacaqlı, bərbad vəziyyətdə olması heç də ürəkaçan deyil.

Dəfələrlə mövcud vəziyyətin dözülməzliyi ilə bağlı yuxarı instansiyalara müraciət etməyimizə baxmayaraq, bu günə kimi heç bir müsbət dəyişiklik baş verməyib.
Uzun zamandır ölkənin ali instansiyalarına ünvanladığımız məktublar problemin həll edilməsi üçün müvafiq olaraq Nəsimi rayon İcra Hakimiyyətinə yönəldilir.
Ancaq təəssüflər olsun ki, altı aydır icra başçısı olmayan Nəsimi rayon icra Hakimiyyəti hər dəfə bizim məktublarımıza formal cavab verərək məhəlləmizdəki problemlərin həlli üçün vəsaitin olmadığını bildirirlər.

Bizim məhəlləmizə birbaşa cavabdeh olan qurumların, Nəsimi rayon icra Hakimiyyətinin, ərazimizə nəzarət edən 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin yaşadığımız acınacaqlı duruma bu cür məsliyyətsiz, laqeyd yanaşması Sizin son illər Bakı şəhərində, eləcə də şəhərimizin ətraf qəsəbələrində sakinlərin sosial-mədəni həyatlarının daha da yaxşılaşması üçün apardığınız əsaslı yenidənqurmaya, əsrarəngiz layihələrinizə ciddi kölgə salır.

Dəfələrlə ən adi bir problemin həlli üçün 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İqrar Sadıqova edilən müraciətlərimiz havadan asılı qalır.

Məhəlləmizdə olan 3 yaşayış binasında yaşayan ailələrin azyaşlı uşaqlarının vaxtlarını səmərəli keçirmələri, əylənmələri üçün ərazidə heç bir şərait yoxdur.

Məhəlləmizin hər tərəfində sınıq-salxaq zibil yeşikləri bel-belə yığılıb.

Həyətimizdə olan daş pilləkanların döşəməsi 1960-1970-ci illərdə döşənib.

Divarlardan ağlay üzlüklü daşlar qopub yerə tökülür.

Üç binanın sakinlərinin həyətdə oturmaları, dincəlmələri üçün bir dənə də olsun skamya yoxdur.

Bizim yaşadığımız bu üç binanın həyətində olan söhbətgah 1970-80-ci illərdən qalıb.

Həyətimizdə olan yeganə bulaqdan uzun illərdir ki, su gəlmir. Bütün bunlar azmış kimi 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi həyətimizin girişinə şlanqbaum qoyaraq həyətimizi “parkovkaya” çevirib.

Mövcud vəziyyətin ağırlığından şikayətlənən sakinlər daha sonra deyirlər.

Son illər Bakı şəhərində Sizin şəxsi təşəbbüsünüz və rəhbərliyinizlə həyata keçirilən “Abad məhəllə” layihəsi üzrə bir çox binalar, məhəllələr, həyətlər abadlaşdırılmış, uşaq və idman meydançaları inşa edilmişdir.

Sizin bu layihəniz minlərlə vətəndaşımızın, körpələrimizin böyk sevincinə səbəb olub.

Biz əminik ki, Siz bizim harayımıza səs verəcəksiz. Bizim məhəlləmiz də abad məhəllə olacaq. Bizim övladlarımız da sevinc yaşayacaqlar.

Hal-hazırda, ümidi hər yerdən üzülmüş, səsimizə heç kimin səs vermədiyi 33 nömrəli binanın sakinləri olaraq yeganə arzumuz müasir oturacaqların heç olmazsa bir neçəsini öz həyətimizdə görmək, övladlarımızın əylənmələri üçün atraksionların quraşdırılması, binamızın kommunikasiya və təklükəsizlik sisteminin yaradılmasıdır.

Sonda bina sakinləri müraciətlərində yazırlar:

Hörmətli Leyla xanım!

Sizdən xahiş edirik ki, bizim bir Azərbaycan Respublikası vətəndaşı olaraq, təhlükəsizlik, sağlam mühütə olan hüququmuzun pozulmasına yol verməyəsiniz. Yaşadığımız 33 nömrəli binanın təmir edilməsi və həyətyanı sahənin abadlaşdırılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik. Ümid edirik ki, Sizin dəstəyinizlə abadlaşan məhəlləmizə övladlarımızın yaşadıqları sevinci görməyə gələcəksiniz.

Mənbə: İnterposta.info

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə işbirliyindən Adil Kərimlinin xəbəri varmı
Next: “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ – İLGİNC FAKTLAR

OXŞAR MÖVZULAR

1780930581_1780906537_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

admin 08.06.2026
WhatsApp Image 2026-06-08 at 20.04.01
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?

admin 08.06.2026
media-90-uyt2g9
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır

admin 08.06.2026

XƏBƏR LENTİ

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA 1780930581_1780906537_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

admin 08.06.2026
Həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişən ​müharibə əlili olan Qabil Zeynalovun oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Tribuna.az...
DAVAMI Read more about “Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA
Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi? WhatsApp Image 2026-06-08 at 20.04.01
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?

admin 08.06.2026
Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 10-cu Qaraçuxur küçəsində aparılan tikinti işləri ərazi sakinlərinin diqqətini cəlb edib....
DAVAMI Read more about Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ… 1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
“Ölkə nə gündədir ki, hər rayonda olmasa da, ən azından regional olaraq çağırışçılar üçün ixtisaslaşmış müayinəni təmin...
DAVAMI Read more about “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…
Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir… media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
Müşfiq Məmmədlinin vəzifədən getməsinin əsas səbəbi… “AzərGold” QSC-də müşavir vəzifəsində çalışdığı bildirilən Müşfiq Məmmədlinin vəzifəsindən kənarlaşdırıldığı barədə...
DAVAMI Read more about Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…
Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026
Toplum TV işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli...
DAVAMI Read more about Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

Bütün yazılar

1780930581_1780906537_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

admin 08.06.2026
WhatsApp Image 2026-06-08 at 20.04.01
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?

admin 08.06.2026
1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.