Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə işbirliyindən Adil Kərimlinin xəbəri varmı
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə işbirliyindən Adil Kərimlinin xəbəri varmı

admin 30.01.2025
1738227012_adil-ker-med-naz

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə 07.11.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyətini qalib seçib. “Əsaslı Tikinti və Təchizat” MMC sözügedən  ASC  ilə 819.990,68 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.  Məlumat 28.01.2025-ci  ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.
Qeyd edək ki, “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 1.324.339,96 manat müəyyən edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan görsəndiyi kimi satınalan təşkilat olaraq “Əsaslı Tikinti və Təchizat” MMC müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18”  ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” MMC açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş  “ŞƏMKİR TİKİNTİ-18”  ASC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulması deməkdir.
Qeyd edək ki, bu “Əsaslı Tikinti və Təchizat” MMC  və “ŞƏMKİR TİKİNTİ-18”  ASC arasında bağlanan ilk satınalma müqaviləsi deyil.
“Əsaslı Tikinti və Təchizat” MMC İsmayıllı şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsaslı təmiri işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə  320.093,91  manat məbləğində satınalma müqaviləsini  07.11.2024-cü ildə bağlayıb.
Bu açıq tenderdə də “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 505.739,15 manat müəyyən edilib və göründüyü kimi “ŞƏMKİR TİKİNTİ-18”  ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.
“Əsaslı Tikinti və Təchizat” MMC Goranboy şəhər Heydər Əliyev Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə  587.991,22 manat məbləğində satınalma müqaviləsini 03.10.2024-cü ildə bağlayıb.
Bu açıq tenderdə də “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 943.080,80  manat müəyyən edilib və göründüyü kimi “ŞƏMKİR TİKİNTİ-18”  ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞƏMKİR TİKİNTİ-18” (VÖEN: 8500131791) Açıq Səhmdar Cəmiyyətinin 25.11.2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 64458.00  manat olan MMC-nin hüquqi ünvanının, ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisi kimi isə Abdullayev Vaqif Çingiz oğlu qeyd olunub.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)  Baş nazir Əli Əsədov müvafiq qərar ilə 17.10.2022-ci ildə yaradılıb. MMC nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. Qərarla Cəmiyyətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Nazirlik üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizi, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.
Çox maraqlıdır ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərməsinə baxmayaraq qurumun rəsmi culture.gov.az saytında “Əsaslı Tikinti və Təchizat” MMC barəsində heç bir məlumat yoxdu. Sanki gizli bir qurum kimi fəaliyyət göstərir. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmalar belə nəticə vermədi.
Yalnız Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan öyrənə bildik ki, “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vəliyev Rafiq Mustafa oğludur. O, həm də ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlər, təşkilatlar, assosiasiya və birliklər, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildə təsis edilmiş Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür. Lakin “Əsaslı Tikinti və Təchizat”  MMC-nin direktoru kimi deyil “FİL AGENCY” MMC-nin direktoru olaraq 2024-cü ilin oktyabrına kimi.
Qeyd edək ki, “FİL AGENCY” MMC Cəbrayılova Aysel Nazim qızı tərəfindən təsis edilib. Uzun müddət aparıcı bankların İctimaiyyətlə Əlaqələr və Rəqəmsal Marketinq bölmələrində rəhbər vəzifəsində çalışmışdır. MMC-nin əsas fəaliyyəti marketinq və reklam sahəsidir.
Göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” MMC  son dörd ayda “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ümumi dəyəri 1728074 manat olan üç satınalma müqaviləsi bağlayıb. “Əsaslı Tikinti və Təchizat” MMC hər üç tenderdə də qalib şirkətə ehtimal olunan qiymətdən qanunda müəyyən edildiyi 20 faizdən çox, 35-40 faiz güzəştə gedib. Bu da “Əsaslı Tikinti və Təchizat” MMC-nin Satınalma Komissiyası tərəfindən keçirilmiş açıq tender prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, açıq tenderlərin keçirilməsində saxtakarlıq hallarına yol verilməsinə şübhələr yaradır. Bunlar həm də bir dövlət satınalmasından daha çox əvvəlcədən sövdələşməyə, işbirliyinə oxşayır.
Son illər Mədəniyyət Nazirliyindəki talanan dövlət vəsaitləri hamıya məlumdu. Bunlardan sonra sözügedən qurumda eyni halların təkrar olunması təəccüb döğurmaya bilmir. Maraqlıdır, görəsən bu kimi hallardan 14 aprel 2023-cü ildə Mədəniyyət Nazirliyinin rəhbərliyinə gətirilmiş Adil Kərimlinin xəbəri varmı?

Aktualinfo.org

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır
Next: Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: “Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin” (VİDEO)

OXŞAR MÖVZULAR

1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.