Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB – Şahidə hücum etdi və…
  • CƏMİYYƏT
  • ÖLKƏ

Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB – Şahidə hücum etdi və…

admin 27.01.2025
1737958457_1
Xəbər verdiyimiz kimi, bu gün Yasamal rayon Məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə Tarix və Etnologiya İnstitunun işçisi Məmmədli Şəhla Rafiq qızının «Təzadlar» qəzetinə qarşı «Şərəf və ləyaqətin, işgüzar nufuzun müdafiəsi ilə bağlı» iddia ərizəsinə dair məhkəmənin son iclası keçirildi. Hakim bu günkü iclasda müdafiə çıxışları üçün əvvəlcə sözü iddiaçı Şəhla Məmmədliyə verdi. Ötən məhkəmə prosesindəki qalmaqalları ilə yadda qalan Ş.Məmmədli yenə də iddia tələbinin nədən ibarət olduğuna dair heç bir mötəbər sübut ortaya qoya bilmədi. Və başladı qəzetin baş redaktorunun guya məhkum olunmasından tutmuş onun barəsində qəzetin ötən sayında məhkəmə prosesi barədə hazırlanmış məqalədə icazəsi olmadan fotoşəklinin yayımlanmasınadək, iddianın mahiyyətindən kənar hüquqi əsassız fikirlər səsləndirməyə. Ardınca başladı bacısı Şəlalə Məmmədlinin barəsində hansısa yazıda hansısa ifadənin səsləndirilməsindən danışmağa. Replika hüququndan istifadə edən qəzetin nümayəndəsi A.Məmmədov Ş.Məmmədliyə mahiyyəti üzrə danışmağı tövsiyyə edəndə iddiaçı xanım təhqirlərə keçdi. Bu zaman hakim Şəhla Məmmədliyə sonuncu xəbərdarlığı edərək onu zaldan çıxarmağa məcbur etməməsini xatırlatdı. Ş.Məmmədli bir də cavabdehin nümayəndəsinin danışmasına imkan vermədikdə «Şəhla xanım, mənim sözümü kəsməyin, bura sizin üçün Tarix İnstitutunun koridorları deyil, qanuna əməl edin!» deyərək ona sual vermək istəyəndə Ş.Məmmədli yenidən qızışdı:

-Siz yazılarda mənim bacımın adını çəkmisiniz…

A.Məmmədov:

-Sual verirəm, bacınız kimdir?

-Şəlalə Məmmədli…

-Tarixçi?

-Bəli…

-Aha, APİ-dən Azərböaycan hakimiyyətinin əleyhinə çıxışlı məqalələrinə görə institutdan çıxarılan bacınızı deyirsiniz? Hansı ki, eşitdiyimizə görə, yenə də Azərbaycan əleyhinə yazılarla çıxış edir, xaricdəki bəzi blogerlərə tutalqa verir… Hə, indi tanıdım. Amma onun bu iddiaya nə aidiyyəti var???

Daha sonra cavabdehin nümayəndəsi A.Məmmədov müdafiə çıxışına başladı. A.Məmmədov çıxışında bir daha bildirdi ki, iddiaçı institutun aparıcı elmi işçisi, tanınmış tarixçi alim Günel Aslanlının qəzetdə yaımlanmış müsahibəsini yanlış olaraq məqalə hesab edir və şərəf və ləyaqətinə xələl gətirən ifadələrin də nədən ibarət olduğunu sübut edə bilmir.

Sonra əlavə etdi ki, bütün mübahisələr G.Aslanlının həmin müsahibəsindən qaynaqlanıb… Qəzetin elektron poçtuna daxil olan şikayət, ardınca isə redaksiyada ondan götürülmüş müsahibə institutun direktoru K.Şükürova göndərilib, lakin qarşı tərəf münasibət bildirmək əvəzinə, əks mövqe tutub, qəzet əməkdaşlarına qarşı təhdid xarakterli elektron məktublar daxil olub. Bundan sonra müsahibə yayımlanıb… Ardınca institutun Bəhram, İlqar adlı rəhbər şəxslərindən, şöbə müdirlərindən sosial şəbəkələrdə jurnalistlərə qarşı təhqir dolu yazılara rast gəlinib. Bundan sonra institutun iki xanım əməkdaşı şöbə müdirlərinin təzyiqinə məruz qalıb, təhqir olunublar, biri xəsarət alıb, xəstəxanaya düşüb… Onların dadına təcili yardım gəlib AMEA binasına… Redaksiya bu təhdidli yazılara cavab vermək hüququndan istifadə edib və bunların iddiaçı Şəhla Məmmədliyə heç bir aidiyyəti və dəxli olmayıb…

A.Məmmədov məhkəmədən iddianın əsassız olduğunu nəzərə alaraq rədd edilməsini xahiş etdi.

Məhkəmə müşavirəyə getdi…

Şəhla Məmmədlidən Günel Aslanlıya qarşı inanılmaz təqib: məsələyə məhkəmə mühafizəçiləri qarışdı…

Onu da xatırladaq ki, məhkəmə iclası bağlı elan olunandan sonra şahid Günel Aslanlı iş yerinə getmək üçün məhkəmə zalını tərk etdi. Bir dəqiqə sonra zala qayıdaraq məhkəmə katibinə bildirdi ki, Şəhla Məmmədli qapının ağzında onu gözləyir, hücum etməyə hazırlaşır… Katib dərhal məhkəmə mühafizəçilərindən məhkəmə zalının qarşısına gəlməyi xahiş etdi. Sonra jurnalistlərin müşaiyəti ilə məhkəmə zalından çıxanda məlum oldu ki, Şəhla Məmmədli liftin tinində dayanaraq Günel Aslanlını gözləyir. Jurnalistlər videokameranı işə salanda o dərhal liftə daxil oldu, eləcə də mühafizəçilərin yuxarı qalxdığını görərək aradan çıxdı…

Düşündük ki, yəqin Ş.Məmmədli çıxıb getdi. Ardınca mühafizəçilər (3 nəfər) bəzi detalları soruşdular, G.Aslanlı cavablandırdı.

Məhkəmə binasını tərk edib yola düzələndə isə başqa bir mənzərə ilə qarşılaşdıq: Şəhla Məmmədli Günel Aslanlının avtomobilinin yanında gizlənərək onu gözləyirdi. Beləliklə, jurnalistlər və məhkəmə mühafizəçilərinin müşaiyəti ilə Günel Aslanlını avtomobilinədək yola salmalı olduq. Bizi görən kimi aradan çıxıb avtobus dayanacağına doğru gedən Şəhla Məmmədlinin bu halına acımaqdan başqa çarəmiz yox idi…

***

Sonda: çox istərdik ki, Tarix və Etnologiya İnstitunun rəhbərliyi bu qadınla bağlı lazımi tədbirlərini görsünlər. İnstitutun adını şəxsi intriqalarında hallandırıb kölgələndirən bir işçinin orada işləməsi belə məqsədə uyğun deyil. Keçmiş direktor, Akademik Yaqub Mahmudovun canını boğazına yığıb iki dəfə şiddətli töhmət alan, sonra iki dəfə Yasamal RPİ-də inzibati cəza alan, indi də yolu məhkəmələrdən keçən bir işçinin bu boyda elm ocağında nə işi ola bilər axı?!

«Təzadlar»

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Sabunçuda hamam da köhnədir… tas da… – AXI NİYƏ?..
Next: Trampın “100 günlük planı” – Sülh, yoxsa müharibəyə davam?

OXŞAR MÖVZULAR

1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.