Skip to content
25.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Sabunçuda hamam da köhnədir… tas da… – AXI NİYƏ?..
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Sabunçuda hamam da köhnədir… tas da… – AXI NİYƏ?..

admin 27.01.2025
1737965391_1737963252_888

2023-cü ilin dekabr ayından bu günə qədər dəfələrlə Sabunçu rayon Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş iaşə obyekti barəsində məlumatlar dərc edib, Sabunçu rayon icra hakimiyyəti, ARXKOM a, Əmlak Məsələləri Dövlət Xidmətinə və Fövqəladə Hallar Nazirliyinə təkrar-təkrar rəsmi sorğular göndərmişik. Lakin, bildiyiniz kimi icra hakimiyyəti də başda olmaqla bütün aidiyyatı qurumlar “yaxalarını məsuliyyətdən kənara çəkərək” məsələni bir-birinin üzərinə yönləndirməklə sahibkara tikintini başa çatdırması üçün şərait yaratdılar.

Eyni zamanda, Zabrat 1, Balaxanı və digər qəsəbələrdə aparılan qanunsuz tikintilər, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində məişət tullantıları ilə doldurularaq yerli icra hakimiyyətinin xüsusi maklerləri vasitəsilə vətəndaşlara satılan köhnə neft quyuları və göl yerlərində inşa edilən yaşayış evləri də Adil Vəliyev və sadaladığımız digər aidiyyatı qurumların ilk növbədə rəhbərlərinin, eləcə də digər səlahiyyət sahiblərinin nəfslərinin səbəb olduğu – yaratdığı “xariqələr”dir.

Hələ təkcə Sabunçu rayonu ərazisindəki qanunsuz tikintilərə nəzər saldıqda Adil Vəliyev və Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun ölkənin daxilində və xaricində siyahısı uzandıqca uzanan siyahısının mənbəyini aydınca görmək olur.

Qeyd edək ki, Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə inşa edilən iaşə obyekti barəsində Fövqəladə Hallar Nazirliyi yerli icra hakimiyyəti tərəfindən onlara məlumat verilmədiyini, yerli icra hakimiyyəti isə Onların tikintini sökmək ixtiyarlarının olmadığını, 31.12.2023-cü il tarixində tədbir görülməsi üçün aidiyyatı üzrə Fövqəladə Hallar Nazirliyinə rəsmi məlumat verdiklərini bildirmişdilər.

Halbuki, tikintini sökmək ixtiyarının olmadığını deyən Sabunçu rayon icra hakimiyyəti hələ 2022-ci ilin may ayında özünün iddiasına görə 3000 (üç min) manat rüşvət vermədiyi üçün şəhid Sübhan Əbdürrəhmanlının anası Mehriban ananın evini sökmüşdülər. Həmçinin, icra hakimiyyətinə icazə üçün 4000 (dörd min) manat rüşvət verib ev tikdiyini deyən ailənin əlavə tələb olunan 2.000 (iki min) manat pulu verə bilməyən ailənin də tikib başa çatdırdığı evini də ağır texnikalar vasitəsilə məhz Sabunçu rayon icra hakimiyyəti sökmüşdür.

Adil Vəliyev özü də jurnalist Əvəz Zeynallının məhkəməsində etiraf etmişdir ki, qanunla icra hakimiyyətinin hər bir tikintini sökmək ixtiyarı olmasa da, bəzən istisnalar edərək, onlar söküntü işləri həyata keçirirlər. Vəkilin, “qanunla ixtiyarınız yoxdursa, necə sökə bilərsiniz” sualını isə Adil Vəliyev qınaq dolu “elə bil Azərbaycanda yaşamırsınız” cümləsi ilə cavablandırmışdı.

Dövlətin məmuru, ölkə başçısının etimad göstərib Sabunçu kimi bir rayona rəhbər təyin etdiyi Adil Vəliyev bu ifadəsilə Azərbaycanda qanunun onlar üçün elə də əhəmiyyət kəsb etmədiyini etiraf etdi, amma görünür o, “haqlı” idi. Dövlət qurumlarında çalışaraq, milyonluq sərvətlərə, bizneslərə sahib olan bir məmura Azərbaycanın qanunları bugünə qədər “gözün üstə qaşın var” deməyibsə, demək ki, Adil Vəliyev “haqlı”dır.

Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş həmin iaşə obyekti bu gün də fəaliyyət göstərir. Lakin, nə Adil Vəliyev, nə də digər qurumlar qanuna zidd olmasına rəğmən bu obyektin “Mən işimi yuxarılarla görürəm” deyə, camaat arasında qürurlanan sahibinə “güldən ağır” söz demirlər.

“Yuxarı” sayılan qurumlardan birinin rəhbəri olan Adil Vəliyevin məhkəmədəki rişxəndlə etdiyi etiraf eyni zamanda məmurların istədikləri kimi idarə etdikləri Azərbaycan qanunlarına təhqirdir.

Mövzunu davam etdirəcəyik.

DogruXeber.az

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Məşğulluq Agentliyi insanları ALDADIR…” – İTTİHAM VAR…
Next: Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB – Şahidə hücum etdi və…

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi...
DAVAMI Read more about Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO
“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub 1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin...
DAVAMI Read more about “Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
İran Küveyt və Bəhreyni vurdu 1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.  Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)...
DAVAMI Read more about İran Küveyt və Bəhreyni vurdu
“Azza”dan alınan məhsul xarab çıxdı – Video 1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. Bu barədə...
DAVAMI Read more about “Azza”dan alınan məhsul xarab çıxdı – Video
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO 1784894487_bandicam-2026-07-24-15-33-41-699
  • CƏMİYYƏT

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

admin 24.07.2026
Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir...
DAVAMI Read more about Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

Bütün yazılar

whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.