Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İnsanların müalicə hüququ kobud şəkildə pozulur – ARAŞDIRMA
  • ARAŞDIRMA

İnsanların müalicə hüququ kobud şəkildə pozulur – ARAŞDIRMA

admin 27.01.2025
1737918855_1
Son günlər əhali arasında geniş yayılan yeni növ qrip virusu narahatlığa səbəb olub. Mütəxəssislər təşvişə düşməyə ciddi əsas olmadığını bildirirlər. Bununla yanaşı, hər hansı narahatlığı olan şəxslərə virusdan qorunmaq üçün evdə qalmaları, işə getməmələri tövsiyə edilir. Amma müşahidələr göstərir ki, hazırda çalışan vətəndaşların bülletenə çıxması ilə bağlı problemlər var. Xəstələrdən poliklinikaya gəlmələri tələb olunur. Bəzən poliklinikaya müayinəyə gedənlərə “ciddi bir ağırlaşma yoxdur, bülleten aça bilmərik” cavabı verilir.
Bəs görəsən, xəstəyə bülleten açılması üçün təsdiqlənmiş prosedur necədir? Hansı hallarda bülleten açılmasından imtina edilə bilər?
Siamaz.com “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.Maksimum altı gün
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Kaspi”nin sorğusuna cavab olaraq bildirilib ki, xəstəlik vərəqəsinin verilməsi qaydaları Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi” haqqında təlimatı ilə tənzimlənir: “Sığortaolunanın tibb müəssisəsinə xəstəlik və ya xəsarət nəticəsində müraciəti əsasında əmək qabiliyyətini müvəqqəti itirdikdə xəstəlik vərəqəsi həmin gündən tibb müəssisəsinin həkimi tərəfindən hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya xəsarət üzrə 6 gündən artıq olmayaraq tərtib edə bilər. Məlumat üçün bildirək ki, vətəndaşın səhhətində ağırlaşma baş verərsə və nəticədə o, tibb müəssisəsinə müraciət etməzsə, bu zaman tibb müəssisəsinə çağırış verilməli və evdə həkim baxışı həyata keçirilməlidir. Bu zaman xəstəlik vərəqəsi 3 gün müddətinə açılır. Növbəti mərhələdə vətəndaşın səhhəti onun tibb müəssisəsinə müraciət etməsinə mane olarsa, bu zaman yenidən çağırış verilməli və xəstəlik vərəqəsi növbəti 3 gün müddətinə uzadılmalıdır”.
Qurumun məlumatında o da vurğulanıb ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin altı gündən çox artırılması Həkim Məsləhət Komissiyasının rəyi əsasında uzadılır. Altı gündən sonra vətəndaşın ümumi vəziyyəti kafi olmazsa, Həkim Məsləhət Komissiyasına göndərilir. Bu zaman xəstəlik vərəqəsi laborator, eləcə də instrumental analizlərin nəticəsi əsasında uzadıla bilər. Lakin vətəndaş mütləq altıncı gün tibb müəssisəsinə gəlməli və müvafiq analizlər verməli, tələb olunan halda instrumental müayinələrə cəlb edilməlidir.

Hansı halda imtina edilə bilər?
Həkim-terapevt Rasif Bağırov deyib ki, xəstəyə bülleten açılması barədə qərar həkim tərəfindən verilməlidir: “Bununla bağlı ilkin olaraq xəstə tibb müəssisəsinə müraciət etməlidir. Bu zaman həkim xəstəni müayinə edir və xəstəlik diaqnozu qoyur. Əgər xəstəlik iş qabiliyyətinə təsir edirsə, həkim bülleten açılmasını əsaslandırır. Xəstəlik vərəqəsi yalnız akkreditə olunmuş tibb müəssisələri tərəfindən verilir. Bülleten xəstənin adını, soyadını, atasının adını, xəstəliyin başlama tarixini və müddətini, diaqnozunu və həkimin adını ehtiva edir. Xəstəliyin davam etməsi halında bülletenin müddəti uzadılır. Tam sağalma halında isə həkim bülletendə “bağlandı” qeydi aparır və iş qabiliyyətinin bərpa olunduğunu göstərir. Xəstəlik vərəqəsi işəgötürənə təqdim edilir”.
Onun sözlərinə görə, xəstəliyin ağırlığından asılı olaraq, xəstəyə müalicə müddəti təyin olunur və bülleten açılır: “Tutaq ki, xəstənin temperaturu və öskürəyi varsa, amma ağciyərlərində hansısa dəyişiklik baş verməyibsə, ona bir həftəlik bülleten açılır və ev şəraitində müalicə kursu yazılır. Amma xəstənin temperaturu yoxdursa, ağciyərlərində dəyişiklik baş verməyibsə, sadəcə halsızlıq və bədən ağrıları varsa, o, dərmanlarını qəbul edərək işinə davam edə bilər. Bu halda bülleten açılmasından imtina edilir. Yaxud, xəstənin yüksək təzyiqi varsa, ona ilkin olaraq üç günlük bülleten açılmalı və müalicəsi aparılmalıdır”.
İnsanların müalicə almaq hüququ kobud şəkildə pozulur
Həkim bildirib ki, bəzən idarə və müəssisələr bülleten açdırmaq istəyən xəstə əməkdaşlarını işdən qovmaqla hədələyirlər: “Demək olar ki, bu tendensiya geniş yayılıb. Əksər idarə və müəssisələrdə xəstə əməkdaşları işə gəlməyə məcbur edirlər. Hətta bəzən qanunsuz şəkildə işçiləri işdən qovmaqla hədələyirlər. Halbuki hər bir xəstə insanın müalicə almaq hüququ var. İnsanların bu hüququ kobud şəkildə pozulur”.
Mütəxəssis vurğulayıb ki, işəgötürənlərin bülleten açdırmaq istəyən xəstə əməkdaşlarına hədə-qorxu gəlməsi səbəbsiz deyil: “Məsələn, elə müəssisələr var ki, 2-3 adamın işi bir nəfərə tapşırılır. Həmin şəxs də işə getməyəndə iş prosesi pozulur. Ona görə də işəgötürənlər müxtəlif yollarla işçilərini xəstə-xəstə işə çıxmağa məcbur edirlər”.
Həkim çağırışa gəlmirsə…
R.Bağırovun sözlərinə görə, bəzən həkimlər də bülleten açmaqdan imtina edirlər: “Adətən, vətəndaş xəstə halda poliklinikaya həkim müayinəsinə gedir. Həkim də fikirləşir ki, əgər xəstə həkim müayinəsinə gələ bilibsə, deməli, bunun vəziyyəti normaldır. Bu halda bülleten açmaqdan imtina edir. Ona görə də xəstələr çox vaxt evə çağırış edirlər. Çünki xəstə insanın xəstəxanaya həkim müayinəsinə getməsi yoluxmanın artması deməkdir. Əgər həkim çağırışa gəlmirsə və israrla xəstəni poliklinikaya dəvət edirsə, bu halda bütün məsuliyyət həkimin üzərinə düşür. Çağırış varsa, mütləq yerinə yetirilməlidir. Həkim gəlməsə, baş həkimə müraciət edilməlidir. Çağırışı yerinə yetirməyən həkim mütləq cəza almalıdır”.

“Xəstələnən şəxslər qeydiyyata alınmalıdır”
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə ölkədə mövcud epidemioloji vəziyyətin qarışıq olduğunu bildirərək qeyd edib ki, bu istiqamətdə əhali ciddi maarifləndirilməlidir: “Bir tərəfdən “Omicron” ştamının mutasiya variantları, digər tərəfdən yeni viruslar, eləcə də qrip virusunun özü xeyli qarışıq mənzərə yaradıb. Hazırda əhali arasında geniş yayılma imkanları var və biz xeyli insandan şikayətlər alırıq”.
Ekspert vurğulayıb ki, müalicə yalnız həkim təyinatı əsasında aparılmalıdır. Xəstələr yataq rejimində olmalıdırlar: “Təəssüf ki, bəzən insanlar yataq rejimini gözləmirlər, işə çıxır, kollektivi yoluxdururlar. Əslində, poliklinikalarla vətəndaşlar arasında interaktiv əlaqə qurulmalıdır. Prosesə sahə həkimləri, pediatrlar cəlb olunmalıdır. Xəstələnən şəxslər qeydiyyata alınmalıdır. Yəni, bu sahədə düzgün sistem yaradılmadıqca, problemlər də ortaya çıxacaq. Bu gün vətəndaş bülleten ala bilmir, xəstə-xəstə işə gedib daha çox insanı yoluxdurur və problem daha ciddi şəkil alır. Hesab edirəm ki, bu məsələnin sistemə salınması həm profilaktika, həm də müalicə istiqamətində bir addım olacaq”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir
Next: Azərbaycanda tanınmış biznesmen həbs edildi

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.