Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qanunla qadağandır, amma… – Məktəblilərə də lotereya biletləri satılır
  • CƏMİYYƏT

Qanunla qadağandır, amma… – Məktəblilərə də lotereya biletləri satılır

admin 23.01.2025
1737565221_1
Azərbaycanda son illərdə lotereya köşklərinin çoxalması, xüsusilə orta məktəblərin və universitetlərin yaxınlığında yerləşməsi ciddi müzakirələrə səbəb olub.

Bu köşklər gənclərin asudə vaxtını keçirdiyi və təhsil aldığı yerlərə yaxın ərazilərdə fəaliyyət göstərir ki, bu da onların təhsil və gələcək həyatlarına mənfi təsir edə bilər. Gənclərin həyatında mühüm bir mərhələ olan məktəb və universitet dövrü müxtəlif sosial təsirlərə açıq olduqları bir perioddur və lotereya kimi fəaliyyətlər onların diqqətini yayındıra, maddi və psixoloji zərər vuraraq gələcək inkişaflarını poza bilər. Müşahidə etsək görərik ki, bu tip köşklərin böyük bir qismi uzun illərdir bu tip fəaliyyətlərlə məşğul olan “Azərlotoreya”ya məxsusdur.

Lotereya köşklərinin gənclər üzərindəki təsirlərininin qarşısını almaq üçün görülməsi lazım olan tədbirlər hansılardır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədlinin fikrincə, lotereya oyunları həm böyüklər, həm də gənclər üçün maraqlı olsa da, bu oyunların yerləşdiyi məkanların seçimi əhəmiyyətli bir məsələdir:

“Lotereya köşklərinin məktəb və universitetlərə yaxın bölgələrdə yerləşməsi, xüsusilə yeniyetmələr və tələbələr üçün böyük risklər yaradır. Gənclər bu oyunları sadəcə bir fəaliyyət kimi qəbul etsələr də, bəzən bu oyunlara olan maraq asılılıq və ya asan zənginləşmə xəyalına çevrilə bilər. Məktəblərin və universitetlərin yaxınlığında yerləşən lotereya köşkləri gəncləri bu riskli oyunlara cəlb edir. Gənclərin həyatında bu cür oyunların yeri onların həyat və işlə bağlı qərarlarını təsir edə bilər. Sosial və psixoloji olaraq bu cür oyunlar təhsil və karyera inkişafını önə çıxaran sağlam hədəfləri zədələyə bilər”.

Onun sözlərinə görə, “Azərlotoreya”ya məxsus olan bu köşklər dövlətə məxsus olsa da, dövlətin iqtisadiyyatına müsbət təsir göstərsə də, bu tip oyunların gənclər üzərində yaratdığı potensial zərərlər nəzərə alınaraq dövlətin nəzarəti altında daha sərt tənzimləmələrə ehtiyac duyulur:

“Gənclərin həyatını qorumaq və onlara sağlam bir mühit təmin etmək üçün “Azərlotereya”nın fəaliyyətləri sosial məsuliyyət çərçivəsində daha çox izlənməli və bu oyunların yayılmasının qarşısı alınmalıdır. Dövlətin bu sahəyə müdaxiləsi sosial və psixoloji sahələrdə gənclərə dəstək olmalıdır. Lotereya köşklərinin məktəb və universitetlərin yaxınlığından uzaqlaşdırılması bu təhlükələrin qarşısını almaq üçün atılacaq ilk addım olmalıdır. Bununla yanaşı, gənclərə bu tip oyunların yaratdığı risklər haqqında maarifləndirici təbliğatlar aparılmalı və psixoloji dəstək proqramları təşkil edilməlidir. Dövlət qurumları lotereya oyunlarının yerləşdirilməsi ilə bağlı ciddi tənzimləmələr tətbiq etməli və gənclərin bu tip asılılıqlardan qorunması üçün müvafiq qanunvericilikdə dəyişikliklərlə bağlı müzakirələr etməlidir”.

Hüquqşünas bildirib ki, hazırda bu tip köşklərdə lotoreya biletlərinin 18 yaşdan aşağı şəxslərə satılması ilə bağlı məlumatlar mövcuddur. A.Məmmədlinin fikrincə, bu yolverilməzdir və qanunvericilik çərçivəsində ciddi tədbirlər görülməlidir:

“Gündəlik olaraq müşahidə də etsək, görə bilərik ki, sözügedən köşklərin bir qismində azyaşlı şəxslərə də lotoreya biletləri satılır, onların mərc oyunları oynamasına şərait yaradılır. Təbii ki, bunu böyük çoxluğa aid etmək olmaz. Azərbaycanda 18 yaşdan aşağı şəxslərə lotereya biletlərinin satılması, qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır və müəyyən cəza tədbirlərini nəzərdə tutur. Bununla bağlı konkret hüquqi normativlər var. Əgər 18 yaşdan kiçik şəxslərə lotereya bileti satılırsa, bu, inzibati xətaya səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsi çərçivəsində lotereya biletlərinin qanunsuz şəkildə satışına qarşı müəyyən cəzalar nəzərdə tutulur.Lotereya biletlərinin 18 yaşdan aşağı şəxslərə satılması, yalnız inzibati məsuliyyətlə məhdudlaşmır. Əgər bu fəaliyyət çoxsaylı hallar üzrə təkrarlanır və ya məqsədli şəkildə aparılırsa, daha ciddi hüquqi nəticələrə yol aça bilər. Məsələn, Cinayət Məcəlləsi çərçivəsində qeyri-qanuni fəaliyyətlərlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Son olaraq A.Məmmədli qeyd edib ki, 18 yaşdan aşağı şəxslərə lotereya biletlərinin satılması Azərbaycan qanunvericiliyinə əsasən, ciddi şəkildə qadağandır və bu fəaliyyəti həyata keçirən şəxslər və ya təşkilatlar inzibati cərimələr və hətta cinayət məsuliyyəti ilə üzləşə bilərlər. Bu qaydaların pozulması gənclərin psixoloji və sosial sağlamlığına zərər verə biləcək ciddi təhlükələrə yol açdığından dövlət tərəfindən ciddi nəzarət və müvafiq cəzalandırma tədbirləri daha da artırılmalıdır.

Əli Hüseynov

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin “müstəqilliyi”ni tanıyıb…-VİDEO
Next: Beşgünlük tətil başlayır

OXŞAR MÖVZULAR

1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026
1780647755_1
  • CƏMİYYƏT

Nazirin vəzifə payladığı şəxslər haqda ŞOK faktlar – milyonlar dost-tanışa gedir…

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.