Skip to content
09.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Deputat məhkəmə işindən danışdı
  • ARAŞDIRMA

Deputat məhkəmə işindən danışdı

admin 12.12.2024
1733990010.zahid

Deputat Zahid Orucun adı hallanan dələduzluq işi ilə bağlı məhkəmə prosesi başlayıb.

“Unikal”ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilib.

Belə ki, hazırda cinayət işində təqsirləndirilən şəxs qismində tanınan, Cinayət Məcəlləsinin 178.3.2  (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunan Günay Həziyeva adlı qadın qızıl alverçisi kimi tanınan Sevinc Hümmətova ilə münasibətlər quraraq ondan külli miqdarda lom formasında qızıl götürüb. Zərərçəkən Sevinc Hümmətova məhkəmədə verdiyi ifadəsində bildirib ki, Günay ondan millət vəkili Zahid Orucun adından istifadə edərək onun üçün 700 qram qızıl alıb: “Hətta əlindəki bahalı “İpone” markalı telefonu da deyirdi ki, mənə Zahid Oruc alıb. Bir dəfə dedi ki, Türkiyədə 45 min manat alacağım var. Zahid Oruc gedir onu alıb gətirməyə. Gətirən kimi gedib bağında 15 gün dincələrik. Sən demə bizimlə telefonda konfransda Zahid Oruc adı ilə Anar adlı şəxs danışıb. Sonra Səbuhi adlı şəxsə ərə getdi, hətta evinə qonaq da çağırdı. Ondan sonra Səbuhi ilə birləşərək maşın alıb- satmaq adı ilə qızıllarımızı ələ keçirdi. Belə sözlərlə aldadıb Günay bizdən 2021-ci il ərzində 186 min 500 manatlıq qızıl-zinyət əşyalarımızı etibarımızdan sui istifadə edərək ələ keçirib”.

Təqsirləndirilən şəxs Günay Həziyeva isə məhkəmədə özünü təqsirli bilməyib və ittihamı qəbul etmədiyini söyləyib.

Cinayət işinin sənədlərindən məlum oldu ki, ekspertiza qızılları 328 min manat dəyərində qiymətləndirib.

Sevinc Hümmətovadan başqa onun qohumları olan digər 3 nəfərdə eyni məzmunda ifadə verərək Günay Həziyevadan şikayətçi olduqlarını bildirdilər.

Qeyd edək ki, Günay Həziyeva dəymiş ziyandan 10 min manat zərərçəkmiş Cəmilə Zeynalovaya ibtidai istintaq müddətində ödəyib.

Zərərçəkmiş Sevinc Hümmətova hətta millət vəkili Zahid Oruca teleqram vurduğunu da qeyd etdi və bildirdi ki, Günay Həziyevanın Zahid Orucun adını hallandırması ilə bağlı səs yazılarını ibtidai istintaqa təqdim edib.

Məhkəmə prosesi 19 dekabr tarixinə kimi təxirə salınıb.

 

Soztv .az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR
Next: Məhkəmədən Xoşqədəm Hidayətqızına QADAĞA

OXŞAR MÖVZULAR

428ba955235b9fbc349fdac16ab0a026
  • ARAŞDIRMA

Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”

admin 08.06.2026
media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026

XƏBƏR LENTİ

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər 9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə Oxu.Az-a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib...
DAVAMI Read more about Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər
Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı 1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
“ƏDV geri al” layihəsi çərçivəsində 87 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb. Məlumata görə, 2026-cı ilin yanvar...
DAVAMI Read more about Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı
“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
Donald Tramp administrasiyası NATO müttəfiqlərini müdafiə xərclərinin bir hissəsini Çinin “Huawei” şirkətinin telekommunikasiya şəbəkələrindəki avadanlıqlarının və vacib...
DAVAMI Read more about “Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb
Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik. Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər...
DAVAMI Read more about Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…” 1780928617_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

admin 08.06.2026
Keçmiş ADY əməkdaşı və sərnişin Rəsul Mamedov Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəsini bölüşərək xidmət səviyyəsindən narazılığını ifadə...
DAVAMI Read more about 231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

Bütün yazılar

9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.