Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Məşədi Dadaş”ın imamına sui-qəsddə təqsirləndirilənin məhkəmə istintaqı yekunlaşdı
  • ARAŞDIRMA

“Məşədi Dadaş”ın imamına sui-qəsddə təqsirləndirilənin məhkəmə istintaqı yekunlaşdı

admin 11.12.2024
1733893444.56d50a3f-fcc5-4291-82fb-5b5dbcef6fd9

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Hüseynov Elşən Fəxrəddin oğlunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin sənədlərinin tədqiqinə başlanılıb. Sonra hakim məhkəmə istintaqının bitdiyini elan edib.
Hakim Elşən Hüseynovdan əməlindən peşman olub- olmamasını soruşub. Təqsirləndirilən şəxs bildirib ki, o, Rəsul Həsənlini öldürmək niyyətində olub və əməlindən peşman deyil:
“Mənə 4 ay imamla görüşməyə izin vermədi. O adamdan qan çıxmalı idi. Mən imam elan olunduğun üçün buna icazəm var. Mənə hər şey olar”.
Məhkəmə prosesi 24 dekabr tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.
Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.
Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olunub
Next: Meydançıların pulu necə böldükləri ortaya çıxdı: Gizli səs yazılarında nələr var?

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir? 1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu deyilən əmlakların siyahısı yayılıb....
DAVAMI Read more about “10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?
Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO 1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026
2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı ətrafında kənd və qəsəbələrə yeni dəmir yolu xətlərinin çəkilməsi, eləcə...
DAVAMI Read more about Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO
ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib 1784865330_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

admin 24.07.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı il iyunun 30-na 72,596 milyard ABŞ dolları (123,4 milyard...
DAVAMI Read more about ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib
“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT 1784869810_1
  • CƏMİYYƏT

“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT

admin 24.07.2026
Xocalı rayonunun Daşbulaq kəndində gördüyü işlərə görə ödənişini ala bilmədiyini iddia edən “NİHAD 2024” MMC-nin rəhbəri Hətəmov...
DAVAMI Read more about “Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR 1784882323_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

admin 24.07.2026
Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20...
DAVAMI Read more about Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR

Bütün yazılar

1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026
1784865330_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

admin 24.07.2026
1784869810_1
  • CƏMİYYƏT

“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir – VİDEO MÜRACİƏT

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.