Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Məktəb direktorunun sistematik rüşvət üzrə müavini… – Nazirin açıqlamasına sözardı
  • CƏMİYYƏT
  • GÜNDƏM

Məktəb direktorunun sistematik rüşvət üzrə müavini… – Nazirin açıqlamasına sözardı

admin 11.12.2024
1733904988_1
Elm və təhsil naziri Emin Əmrullayev babat açıqlama verib. Mövzu məktəblərdə rüşvətdir. Nazir deməyib e, rüşvət yoxdu, ola bilməz, zad. Deyib ki, orta məktəblərdə sistematik rüşvət yoxdur. Yəni bu o deməkdir ki, var, amma sistemləşdirməmişik.

Rüşvəti sistemləşdirmək nə deməkdir? Yəni rüşvət məsələsi məktəblərdə səsə qoyulmalı, nazirliyə təqdimat göndərilməli, nazir baxıb, qərar verməli və məktəbdə rüşvət qanuniləşdirilməlidir? Yoxsa rüşvət məsələsi dərsliklərə salınmalıdır? Bu nə açıqlamadır? Məntiqi nədir? Nə demək istəyib cənab nazir?

Hələ açıqlamanın ardı da var. Cənab Əmrullayev deyib ki, Azərbaycanda 4400 orta məktəb var, bəs hamısına bir-bir nəzarət edə bilmirik. Gülünc açıqlamadı, ya yox?

Nə edək, indi orta məktəblərin idarə olunması üçün əlavə qurum da yaradaq? Bu, ölkənin səhiyyə sistemidir ki, bölünsün, yarısı Səhiyyə Nazirliyinə, yarısı TƏBİB-ə verilsin? Bəlkə orta məktəblərin bir hissəsini Kənd Təsərrüfatı Nazirliyinə versinlər? Baxma da, Kənd Təsərrüfatı Nazirliyinin çöllərdə, bölgələrdə əməkdaşları çoxdur, məktəblərə də bir-bir nəzarət edərlər. Təhsil Nazirliyinin əməkdaşları azdır, məktəblərə adambaşına bir nəzarətçi təyin edə bilmirlər. Yazıqlar hər məktəbə cəmi bir direktor, 4 direktor müavini, bir təşkilatçı təyin edib ki, onlar da dərs “yükü”nü çəkə bilmirlər. Ona görə də rüşvətə nəzarət etməyə kadr tapılmır.

Mən, iraq olsun, nazirin yerində olsam, orta məktəbdə direktora rüşvət üzrə də bir müavin ştatı yaradardım. Müavinlərdən biri tədris üzrə, biri tərbiyə üzrə, biri kütləvi tədbirlər üzrə, biri təsərrüfat üzrə məşğul olanda, biri də rüşvət üzrə işləyərdi. Yoxsa, başqa cür çatdırmaq olmaz. Bir müavin bir işlə məşğul olar da, bir neçə işlə düz gəlmir axı. Emin müəllim də əslində bunu demək istəyib e, amma camaat bunu anlamır.

Məncə düşünməyə dəyər. Orta məktəblərdə pul yığımının qarşısını başqa cür almaq olmaz. Yığım da bir istiqamətdə deyil ki… Yenə bir istiqamətdə olsa, cəhənnəmə, birinə tapşırarsan, öhdəsindən gələr. Yoxsa fon pulu, süpürgə pulu, təmir pulu, pərdə pulu, zibil pulu, jurnal pulu, tədbir pulu, direktorun ad günü pulu, müavinləri toy pulu, pulu, pulu, pulu….

Belə bir çoxşaxəli hadisələr içərisində bunların hansının qarşısını ala bilərsən? Təbii ki, olmaz! Bir az insafla düşünək də. Nazir bir nəfər, məktəb 4400. Hər məktəbdə də 1000 nəfərə yaxın şagird. Buna nazir dözər? Dözməz!

Samir Əli – TNS.az

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Milli xəzinə. Azərbaycan təsviri incəsənəti” kitab-albomunun təqdimat mərasimi keçirilib
Next: “KADIROV ÜSYANI…” – Çeçenistan başçısı Putinin ətrafına savaş elan edir

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.