Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Milli xəzinə. Azərbaycan təsviri incəsənəti” kitab-albomunun təqdimat mərasimi keçirilib
  • MƏDƏNİYYƏT

“Milli xəzinə. Azərbaycan təsviri incəsənəti” kitab-albomunun təqdimat mərasimi keçirilib

admin 11.12.2024
NC6xDOjBQfWDIYrlunrcjNNVdcoe32pzFPsqyyV8_1200

Azərbaycan Milli İncəsənət Muzeyində “Milli Xəzinə. Azərbaycan Təsviri İncəsənəti” adlı kitabın və www.az-art.gallery portalının təqdimatı keçirilib.

Ekologiyatv.Az-ın məlumatına görə, kitab və portal Təşəbbüslər və Layihələr Mərkəzinin layihəsi əsasında, bp şirkətinin dəstəyi ilə hazırlanıb. Təqdimat mərasimində giriş sözü söyləyən bp-nin kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı bp şirkətinin sosial layihələrə göstərdiyi dəstəyin əhəmiyyətinə toxunub.

Bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurumun fəaliyyətində sosial və mədəni layihələrə göstərdiyi dəstək barədə danışaraq, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş kitabın və portalın incəsənətimizin tanıdılmasında əhəmiyyətini qeyd edib.

B.Aslanbəyli Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri enerji layihələrinin operatoru olan bp şirkətinin ölkənin həyatının ən mühüm sahələrinə, o cümlədən, təhsil, yerli icmalarda imkanların yaradılması, kiçik və orta biznesin inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliği, milli idmanın inkişafına öz töhfəsini verməklə Azərbaycanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasında iştirak etdiyini vurğulayıb. O, kitabın Azərbaycan xalqının zəngin mədəniyyəti, əsrarəngiz mədəni irsinin tədqiqi və təbliğinə yönəlmiş fəaliyyətlərə bp şirkətinin töhfəsi olduğunu deyib.

Təşəbbüslər və Layihələr Mərkəzinin rəhbəri, layihənin meneceri Ceyhun Osmanlı tarixi kökləri və ənənələri ilə qədimliyə söykənən, forma və məzmunu, estetik və emosional təsir gücü ilə çağdaş dünya incəsənətinin əsas üslub və cərəyanları ilə uyğunlaşan, ideya unikallığı və fəlsəfi düşündürücülüyü ilə diqqət çəkən əsl sənət əsərlərini özündə birləşdirən kitab və portalın yaranma tarixçəsi haqqında məlumat verib. “Biz bu yola bir sənət hekayəsi ilə başladıq”, – deyən çıxışçı bildirib ki, burada toplanan əsərlərin əksəriyyəti müxtəlif fondlarından, şəxsi və digər kolleksiyalardan toplanıb və bir kitab halında çap olunub. Kitabda 206 müəllifin 463 əsərinin yer aldığını bildirən C.Osmanlı layihənin icrasına göstərilən təşkilati dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü ifadə edib, eyni zamanda, kitabın materialları əsasında hazırlanmış www.az-art.gallery saytının əhəmiyyətini vurğulayıb. C.Osmanlı çıxışının sonunda Azərbaycanın Zəfər hekayəsinə toxunub, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının hər bir azərbaycanlı üçün yeni-yeni yaradıcılığının ilham mənbəyi olduğunu qeyd edərək, bunun üçün Azərbaycanın şəhidlərinə, qazilərinə ehtiramını və Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü ifadə edib.

Milli Məclisin komitə sədri Fazil Mustafa milli incəsənətimizin təbliğinin, korifey sənətkarlarımızla yanaşı, çox dəyərli əsərlər yaratmasına baxmayaraq, populyarlıq qazana bilməmiş rəssamların da yaradıcılığının geniş ictimaiyyətə təqdim olunmasının vacibliyini qeyd edib.

Kitabın ideya müəllifi və art-direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov deyib ki, kitabda və portalda əks olunan əsərlərin hər biri nadir sənət incisidir və onlar 12 000-dən artıq rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi sənət, teatr-dekorasiya əsərləri arasından seçilib.

Azərbaycanın görkəmli rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Elbəy Rzaquliyev, Tahir Salahov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, Fərhad Xəlilov, Ömər Eldarov, Natiq Əliyev, Səhlab Məmmədov, Fuad Salayev, Sakit Məmmədov və onlarla başqa məşhur rəssamlarımızla yanaşı, yaradıcılığı geniş ictimaiyyətə bir o qədər də tanış olmayan, amma son dərəcə böyük istedada malik rəssamların əsərlərinin yalnız bir qismi burada öz əksini tapıb. Q.Qasımov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Azərbaycan incəsənətinin inkişafına hərtərəfli dəstək göstərildiyini qeyd edib.

Kitabın mətnlərinin müəllifi və tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabova kitabın hazırlıq mərhələsi, əsərlərin seçilməsinin elmi əsasları və prinsipləri barədə danışıb. O, eyni zamanda bildirib ki, kitabın həcm limiti nəzərə alınmaqla diqqət müəllifin kimliyinə, şəxsiyyətinə və ya təltiflərinə deyil, əsərlərin bədii əhəmiyyətlilik dərəcəsinə və ümumi dizayn konsepsiyasına uyğunluğuna yönəldilib:

“Çünki təqdim olunan kitab, bir çox cəhətdən nadir bir nəşr kimi görünür. Toplu 20-ci əsrin sonunu əhatə edən bir dövr ərzində yaradılmış əsərlər kolleksiyanın tam icmalı olan ilk nəşrdir. Müəlliflərin obyektiv yanaşmaları sayəsində burada milli rəssamlıq məktəbinin yaranması və inkişafının bütün əsas mərhələlərini əhatə edən məqamlarla, hətta tamamilə unudulmuş rəssamların adları ilə qarşılaşırıq. Zənnimcə, çoxsaylı istedadlı rəssamların adlarının reabilitasiyası bu kitabın nadir xüsusiyyətidir”.

Kitabın və portalın hazırlanmasında Əməkdar rəssam İrina Eldarova dizayner, sənətşünaslar – Aytən Muradlı və Sənan Şəfizadə elmi məsləhətçi, Adil Yusif, Mirnaib Həsənov fotoqraf, Şamxal Əbilov layihə kuratoru, Aliyə Səfərova redaktor, İlahə Azməmmədova keyfiyyət nəzarətçisi, Kərim Kərimli, Elcan Orucov, Dilara Felzer tərcüməçi, Kəmalə Quluzadə koordinator, Elçin Aşurov dizayner, Sahil Balazadə proqramçı, Toğrul Rəhimli kontent meneceri qismində iştirak ediblər.

Kitabın təqdimatında opera ifaçısı – Əməkdar artist İlahə Əfəndiyeva, piano ifaçısı – Əməkdar artist Nərgiz Əliyevanın ifasında “Puccini aria Lauretta”, “Kiara La spaniola”, Tofiq Quliyevin “Bakı haqqında mahnı”, “Qızıl üzük” mahnıları səsləndirilib.

 

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “İndi dərdimizi kimə deyək, bilmirik…” – GİLEY
Next: Məktəb direktorunun sistematik rüşvət üzrə müavini… – Nazirin açıqlamasına sözardı

OXŞAR MÖVZULAR

flora
  • MƏDƏNİYYƏT

Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir

admin 14.07.2026
16136298243451511813_1200x630
  • MƏDƏNİYYƏT

Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı

admin 13.07.2026
9b1df91d385a18c66bc18e05189ee836
  • MƏDƏNİYYƏT

“Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək

admin 09.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.