Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
  • GÜNDƏM

“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı

admin 05.12.2024
1733316809_1

Son vaxtlar sabiq məmurlar, mətbuat xidməti rəhbərləri, deputatlar müxtəlif nazirliklərdə müşavir vəzifəsinə təyin olunur. Ötən gün belə təyinat sabiq deputat Jalə Əhmədova ilə bağlı oldu.

Daha əvvəl isə Elm və Təhsil Nazirliyinin sabiq mətbuat xidməti rəhbəri Cəsarət Valehov Mədəniyyət Nazirliyində müşavir vəzifəsinə təyin oldu. Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov vəzifədən çıxarıldıqdan sonra baş nazirin müşaviri təyin edildi. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə illərlə kök saldığı kreslodan ayrıldıqdan sonra baş nazirin müşaviri vəzifəsinə təyinat almışdı. Sonra o, baş nazirin köməkçi vəzifəsinə keçirildi.

Nazirlikdə müşavir vəzifəsi nədir? Hansı səlahiyyətləri var? Nədən “vurulan” məmurlar, deputatlar bu vəzifəyə təyin edilirlər?

Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz bildirib ki, “müşavir” ərəb sözü olub “şura”, “məşvərət” sözündən əmələ gəlib və məsləhətləşilən adam deməkdir:

“Bu məntiqlə, nazirin müşaviri loru dillə desək, “ələkçinin qıl verəni” anlamına gəlir. Amma gəlin, baxaq, görək, Azərbaycan reallığında nazirlik və digər dövlət strukturlarında “ələkçinin qılverənlərinə” ehtiyac varmı? Bilirsiniz ki, Azərbaycanda nazirlər belə, qərar vermə gücündə olmayan fiqurlardır. Onlara yuxarıdan nə təlimat gəlirsə, canla-başla onu yerinə yetirirlər. Yəni bir növ nazirlər belə əmr quludurlar. Əmr qullarının müşavirə və ya məsləhətçiyə ehtiyacları olmaz. Üstəlik, Azərbaycanda Nazirlər Kabinetindən başqa, qanunverici orqan olan parlament və icraedici orqan olan Prezident Administrasiyası fəaliyyət göstərir. Əksər hallarda həlledici qərarları onlar alır və nazirliklərə təlimat yollayırlar. Mənə qalsa, bizim sistemdə ikinci bir icraedici orqana ehtiyac yoxdur. Çünki icraedicilərin sayını artırmaqla işlər daha effektiv şəkildə yürüdülmür. Əksinə, bürokratik aparat böyüyür və bu da görüləcək işlərin qarşısında əngələ çevrilir. Təsəvvür edin, dünyanın ən super gücü sayılan ABŞ-da cəmi-cümlətanı 15 nazirlik funksiyasını yürüdən departament var.

Yeni prezident seçilən Tramp bu qədər departamenti belə lazımsız bilir və bəzi strukturları ləğv etməyi düşünür. Çünki bu qədər strukturun həm bürokratik əngəl yaratdığına, həm də dövlət büdcəsinin səmərəsiz strukturlara sərf olunduğunu düşünür. Bizdə isə rəsmi məlumatlara görə 17 nazirlik fəaliyyət göstərir. Nazirlər Kabinetinin tərkibinə nəzər salanda isə ali icraedici orqanının 36 nəfərdən ibarət heyəti olduğunu görürük. Bir də buna Prezident Administrasiyasının eyniadlı şöbələrini əlavə edəndə rəqəmlər kəllə-çarxa yüksəlir. Bu da azmış kimi, bir də hər bir nazirliyin xeyli sayda müşaviri mövcuddur. Hansı nazir işdən çıxarılır, dərhal əlaqələrini işə salıb özünü müşavir elan etdirir”.

Heydər Oğuzun sözlərinə görə, faktiki olaraq qovluq məmurları olan bu müşavirlər ordusunun yaradılması vəzifə xəstəliyinə tutulmuş idarəçilərin öz “mənəm-mənəmçilik” ambisiyalarını doyurmaq və təhlükəsizliklərini təmin etmək üçündür:

“Bilirsiniz ki, nazirliklərin rəhbər şəxslərinin təyinatı Prezident fərmanı ilə həyata keçirilir. Nazirlərə isə özlərinin işə yaramaz müşavirlərini təyin etmək hüququ qalır. Onlar da öz dost-aşnalarının kabinet sevdasını və “mənəm-mənəmlik” ambisiyalarını doyurmaq üçün həmin şəxsləri nazirlikdə müşavir vəzifəsinə qoyurlar”.

Heydər Oğuzun fikrincə, getdikcə milli gəlirlərimizin daraldığı indiki şəraitdə dövlət büdcəsinə qənaət emək və çətinliklə əldə etdiyimiz vəsaitləri real işlərə yönəltməliyik:

“Bunun üçün isə nəinki nazirlərin müşavirləri, hətta özləri də ixtisara salınmalıdır. Ölkənin bir ali icraedici strukturu var və bu, Prezident Administrasiyasıdır. İkinci alternativə ehtiyac yoxdur. Prezident Administrasiyasında mövcud olmayan strukturlar varsa, onu da elə qurumun öz daxilində yaratmaq mümkündür. Fikrimcə, Prezident də illər öncə verdiyi bir bəyanatında “struktur islahatlarına gedəcəyik” deyərkən bunu nəzərdə tuturdu. Hətta bu istiqamətdə müəyyən addımlar atırdı. Amma hakimiyyətdaxili qüvvələrin müqaviməti və ardınca başlayan ikinci Qarabağ müharibəsi bu struktur islahatlarının təxirə salınmasına yol açdı. Məncə, artıq struktur islahatlarına yenidən başlamaq zamanı gəlir. İlk işə isə nazirliklərdəki “ələkçilərin qılverən”lərindən başlamaq lazımdır”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Minatəmizləmə Agentliyi satınalmalarda nə kimi qanun pozuntularına yol verir – ANAMA sədrinin diqqətinə
Next: İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

OXŞAR MÖVZULAR

1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026

XƏBƏR LENTİ

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır 1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanı 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi...
DAVAMI Read more about Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT 1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə...
DAVAMI Read more about 500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT
“Any Unboxing” piramidasının ifşası media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
Son aylarda Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram platformalarında anyunboxing.com adlı layihənin reklamları geniş yayılıb. Platforma...
DAVAMI Read more about “Any Unboxing” piramidasının ifşası
“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO 9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
Tanınmış həkim Əliosman Qədimbəyli sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib. Həkim İstanbulda yerləşən Marmara Universitetinin əməliyyat və...
DAVAMI Read more about “1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala”...
DAVAMI Read more about Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

Bütün yazılar

1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.