Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • General qadının üzərindən 40 minlik “Rolex” saatı aşkarladı – TƏFƏRRÜAT
  • GÜNDƏM

General qadının üzərindən 40 minlik “Rolex” saatı aşkarladı – TƏFƏRRÜAT

admin 03.12.2024
1733150637_1733148456_0001

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun şəxsi yoxlama apardığı qadının üzərində 40 min manatlıq qol saatı aşkarlanıb.

Qaynarinfo-nun məlumatına görə, Z.A. adlı qadın İstanbuldan təyyərə ilə gələrkən Bakıda hava limanında saxlanılıb. Onun saxlanmasına səbəb üzərindən bazar dəyəri 38950 manat olan “Rolex” markalı qol saatın aşkarlanması olub.

Baş İdarə rəisi Anar Cahangirov Z.A. adlı qadının iştirakı ilə sözügedən saat üzərində yoxlama aparıb. Məlum olub ki, qadının üzərində iki kişi qol saatı olub. Onlardan birinin – “Rolex Sky Dweller Oyster Perpetual Superlatvie Chronometr Officially Certified” markalı qol saatının qiyməti 38800 manat, digərinin – “Rolex Oyster Perpetual Datejust Superlatvie Chronometr Officially Certified” markalı qol saatının dəyəri isə 150 manatdır. İki saatın ümumi dəyəri 38950 manatdır.

Z.A. qiyməti 38800 manat olan qol saatını sol qolunda, eyni adda çin istehsalı olan saatı isə çantasında Bakıya gətirib. Hər iki saatı gömrükdə bəyan etməyib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta protokolu tərtib edilib, iş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə isə Z.A. barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğunu qeyd edib. O, iddia edib ki, həmin qol saatı ilə 3 dəfə Bakıya gəlib və İstanbula qayıdıb.

“Müvəqqəti yaşayış icazəsi əsasında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayıram. Eyni zamanda oğlum hazırda Türkiyənin Bursa şəhərində təhsil alır. Qızım isə Azərbaycanda yaşayır və məktəbdə oxuyur” deyən qadın İstanbul şəhərində yaşasa da, anasının səhhəti ilə əlaqədar tez-tez Bakıya gəlib-getməli olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Z.A. 15580 manat cərimə edilib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tanınmış meyxanaçı Xəyyam Əhmədli VƏFAT ETDİ
Next: Anar Aslanovun gizli planı:9.5 milyonluq oğurluq və genişlənən avtosalon!

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.