Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “39 milyon pulun verilməsi yadımda deyil” – “Şlyapa Zahid”in məhkəməsində xəzinədar ifadə verdi
  • ARAŞDIRMA

“39 milyon pulun verilməsi yadımda deyil” – “Şlyapa Zahid”in məhkəməsində xəzinədar ifadə verdi

admin 27.11.2024
1732713329.1729162204.555

Müdafiə Nazirliyinin sabiq zabiti, “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

Soztv.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid Xamiz Süleymanov bildirib ki, “Atabank”da çalışıb, təqsirləndirilən Zahid Niftəliyevi tanımayıb:

“Mən ibtidai istintaqda olan kimi ifadə verməmişəm, belə  bir müştəri görməmişəm. Pulu da mən ayırmamışam. Zahid Niftəliyevlə heç bir əlaqəm olmayıb, bankın ümumi xəzinəsində çalışmamışam. Qardaşım Xəyyam əməliyyat kassasında xəzinədar  işləyib. Mənim işim pulların yüklənməsi, sayılması və bankomatlara yüklənməsi olub”.
Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyyət təşkil etdiyi üçün ilkin ifadəsi hakim tərəfindən elan olunub.
Xamiz Süleymanov istintaqda ifadəsində bildirib ki, bankın əsas xəzinə zirzəmisində çalışıb: “Zirzəmidə iki pul seyfi olub. Birinci seyf normal əməliyyatlar üçün nəzərdə tutulmuşdu. İkinci seyfdə isə  qeyri- rəsmi ayrılan pullar olub. Həmin seyfə Mahir Rəfiyev və Fazil Məmmədovun tapşırığı olmadan əl vurulmayıb. Oradan kiməsə pul verilirdisə, onu Mahir Rəfiyev birbaşa özü tapşırıq verirdi. Özlərinə də pul lazım olanda mən həmin seyfdən pulu götürüb Mahir Rəfiyevin Vergilər Nazirliyində olan otağında köməkçisinə vermişəm. Həmin qeyri-rəsmi kassaya gələn pulların mənbəyini bilməmişəm. Mənə tapşırıq verilib, mən də icra eləmişəm”.
Sonra Xamizin qardaşı Süleymanov Xəyyam Vaqif oğlu şahid qismində ifadə verərək bildirib ki, təqsirləndirilən şəxs Zahid Niftəliyevi tanıyır: “Neçə dəfə məhkəmə olub, həmçinin onu bankda görmüşəm. Mən bank da xəzinədar işləmişəm. Məbləğ sifariş olunub, çekin yiyəsi Zahid Niftəliyev olub. 7 milyon nə qədərsə yazılmışdı həmin çekdə. Bu şəxs çeki imzalayıb. Yəqin ki, eləyib də, mənim dəqiq yadımda  qalmayıb. Zahid Niftəliyev özü alıb, mümkün deyil başqa kimsə alsın. Qol çəkdi özü götürdü. Sonra həmin sənədi kassa sənədlərinə tikmişəm. Zahid müəllimə bir dəfə pul vermişəm, onunla heç bir ünsiyyətim olmayıb. Yanında kənar şəxslərin olmasını xatırlamıram.  Hüquqi şəxslər şöbəsindən bilirlər ki, kassada o qədər pul var, ya yox. Yoxdusa sifariş edirik. Onun həmin məbləği hansı nəqliyyat vasitəsi ilə aparmasını xatırlamıram.
Sonra vəkil Əli Adıgözəlov şahidə bəzi suallar ünvanlayıb.
Vəkil Əli Adıgözəlov: 29 dekabr 2016-ci ildə 39 milyon pulun Zahid Niftəliyeva verilməsi yadınızdadırmı?
Şahid Xəyyam Süleymanov: 39 milyon pulun Zahid Niftəliyevə verilməsi yadımda deyil. Məndən başqa digər xəzinədar Barat Heydərov da müştərilərə  müstəqil pul sayıb verə bilib.
Vəkil Əli Adıgözəlov: Siz, Zahid Niftəliyevi bankda neçə dəfə görmüsüz?
Şahid Xəyyam Süleymanov: Bir dəfə görmüşəm, qalanı yadımda deyil.
Vəkil Əli Adıgözəlov: Zahid Niftəliyev, siz, Xəyyam Süleymanovdan bankın xəzinəsindən 7 milyon 350 min pul götürmüsüzmü?
Təqsirləndirilən şəxs Zahid Niftəliyev: Mən bu şəxsi ümumiyyətlə görməmişəm. Xəyyam Süleymanov, sənin Allahın, insafın varsa, düzünü danış. Onsuz da Allah qarşında cavab verəcəksən.
Şahid Xəyyam Süleymanov: Mən Zahid Niftəliyeva çek gəlib, pul vermişəm. Digər dediyiniz xüsusi külli miqdarda məbləğ yadıma gəlmir.
Məhkəmə prosesi şahidlərin dindirilməsi ilə əlaqədar 18 dekabr tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısı Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”
Next: Azərbaycanda “Kalaşnikov” satmaq istəyən şəxs həbs olundu – VİDEO

OXŞAR MÖVZULAR

media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026
sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026

XƏBƏR LENTİ

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ… 1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
“Ölkə nə gündədir ki, hər rayonda olmasa da, ən azından regional olaraq çağırışçılar üçün ixtisaslaşmış müayinəni təmin...
DAVAMI Read more about “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…
Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir… media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
Müşfiq Məmmədlinin vəzifədən getməsinin əsas səbəbi… “AzərGold” QSC-də müşavir vəzifəsində çalışdığı bildirilən Müşfiq Məmmədlinin vəzifəsindən kənarlaşdırıldığı barədə...
DAVAMI Read more about Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…
Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026
Toplum TV işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli...
DAVAMI Read more about Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi
Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı? media-teln-hkzq8j
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

admin 08.06.2026
Xətai rayonu, Telnov küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərin faktiki olaraq obyektlər tərəfindən zəbt edildiyi görünür....
DAVAMI Read more about Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?
Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır media-90-uyt2g9
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır

admin 08.06.2026
Qaradağ Rayon 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işçilərdən təmir məqsədilə pul toplandığı iddia olunur....
DAVAMI Read more about Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır

Bütün yazılar

1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026
media-teln-hkzq8j
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.