Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
  • GÜNDƏM

Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır

admin 15.11.2024
1731649109_1
Azərbaycanda məmurların əndazəni aşması haqda qulaq hər gün bir xəbər eşitməsə, yəqin ki, kar olar. Deyəsən, cəmiyyət olaraq məmur təbəqəsinin “qırmızı xətt”i keçməsinə öyrəşməyə başlamışıq. Çünki əvvəllər bu informasiyalar gələndə adamın qanı donardı, ictimaiyyət qəzəblənərdi. İndisə heç bir səs-səmir eşidilmir. Sanki belə də olmalı imiş…
Söhbət artıq şəhid ailələrinə və yaxınlarına qarşı hüquq pozuntuna yol verilməsindən gedir. Vətəndaşların haqlarını pozmaq azmış kimi, xalqın həssas hissəsi olan şəhidlərin yaxınlarının əmlakına əl qoyulması, mülkiyyətinin qəsb edilməsi halları müşahidə edilir. Sözsüz ki, bu qorxulu tendensiyadır, dövlət üçün həyəcan təbili çalır və təxirəsalınmaz addımlar atılmasını zəruri edir. Ona görə ki, bu ölkədə kimsənin hüquqlarını pozmaq olmaz, amma şəhid ailələrinin və yaxınlarının haqqını isə heç pozmaq olmaz, toxunulmazlıq səlahiyyəti qazanıblar. Ancaq bəzi hallarda görmək olar ki, hansısa məmurlar vicdanı qarşısında zərrə qədər xəcalət çəkmir. Götürək elə Suraxanı rayon İcra Hakimiyyətinin bəzi nümayəndələrini, yerli bələdiyyəsini. Məlum olub ki, hamısı əlbir olub şəhidin ailəsinə məxsus torpaq sahəsini yağmalayıblar. Anaxeber.info bildirir ki, bu barədə şəhid ailəsinin üzvü olan Şahmurov İlqar Əlihəsən oğlu özü başına gələnləri danışıb. Dərdini sosial mediada açıqlayan vətəndaşın sözlərinə görə, rayonun Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, döngə 2 ünvanında ona aid 6 sot torpaq sahəsi var.
Bildirir ki, hələ 2016-cı ildə həmin 6 sot torpağa görə 18 min manat verib. Şahmurov danışır ki, geridə qalan bu 8 il ərzində torpaq sahəsinin hasarını çəkdirib, su xətti qoyulub, müəyyən işlər görülüb, amma tikinti aparılmayıb. Dediyinə görə, 7 min daş istifadə olunub. Lakin günün birində Suraxanı rayon icra nümayəndəsi Qurbanəli İslamov və
bələdiyyə sədri Elbrus Xəlilov əraziyə gələrək torpağın ona aid olmadığını iddia edərək daşı daş üstə qoymayıblar. Belə ki, ərazi traktora verilərək şumlanıb, daşı daş üstə qalmayıb, bu da azmış kimi, həmin 7 min daş aparılıb ki, guya qəbiristanlığın əmlakıdır. Şəhid ailəsi olan şikayətçi bildirir ki, öz cibindən xərc çəkib, 7 min daş alıb, torpaq sahəsini hasarlayıb, indisə məmurlar onun torpağını əlindən alıblar, əmlakını darmadağın ediblər. Şahmurov baş verənlərdən sonra Suraxanı rayon icra başçısı Adil Əliyevin qəbuluna gedib. Ancaq görüş keçirilən gün saatlarla gözləsələr də, qəbula düşə bilməyiblər. Bunun ardınca icra nümayəndəsi Qurbanəli İslamov yenidən şəhid ailəsinin üzərinə gəlib və onu təhdid edib. Şahmurovun sözlərinə görə, İslamov onu hədələyərək deyib ki, Ermənistana casusluq və İran narkotacirləri ilə əlaqə ittihamları ilə səni tutduraram. Bütün bu hədə-qorxu, təzyiq və əmlakın dağıdılmasından sonra vətəndaş Suraxanı rayonu, 30-cu polis bölməsinə gedərək ərizə yazıb. Vətəndaş bildirir ki, ona məxsus torpaq sahəsinin icra başçısı Adil Əliyevin dayısına verildiyi haqda iddialar var. Göründüyü kimi, icra başçısı Adil Əliyevin adından istifadə olunmaqla məmurlar şəhid ailəsinin torpağını əlindən alıblar, əmlakını şumlayıblar, başçının dayısının adına çıxarıblar. Bunun nə dərəcədə real olduğunu söyləmək çətindir, lakin həqiqət deyilsə, o zaman Suraxanı İH və başçısı Adil Əliyev ittihamlara münasibət bildirməlidir. Çünki faktiki olaraq, icra başçısının adı şəhid ailəsinin torpağını dağıtmaqda hallanır və ərazini dayısına peşkəş etməkdə keçir. Halbuki mətbuatda hər zaman Adil Əliyevin şəhid ailələri, qazilərə qayğı göstərməsi, onlarla görüşməsi, problemlərinə dəstək olması barədə xəbərlərə rast gəlirik. Eləcə də parlament üzvü olduğu dövrdə hər zaman şəhid ailələri və qazilərə qayğı göstərməsi ilə diqqət mərkəzində olub. İndi Suraxanı İH məmurları onun adını xoşagəlməz bir hadisəyə qarışdırırlar. Qarşı tərəfi dinləməyə hazırıq.(AnaXeber.info)
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb
Next: 15 il qabaq kanalizasiyasız tikilən “Əlillər evi”ni məmurlar zəbt edib

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.