Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Gəncədə şübhəli “Yaşıl şəhər” layihəsi – ARAŞDIRMA
  • ÖLKƏ

Gəncədə şübhəli “Yaşıl şəhər” layihəsi – ARAŞDIRMA

admin 12.11.2024
1731389400_1
Paytaxt Bakı COP29 beynəlxalq sammitə hazırlaşdığı ildə Gəncənin Yaşıl Şəhər Fəaliyyət Planı qəbul edilib. Yaşıl Şəhər Fəaliyyət Planına (YŞFP) əsasən, respublikanın üçüncü böyük şəhərinin “yaşıl” keçidinə ən azı 2 milyard manatlıq investisiya müəyyən edilib.

2020-ci ildə Azərbaycanda pilot olaraq, Gəncə şəhərinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Yaşıl Şəhərlər” proqramına qoşulması ilə bağlı saziş imzalanıb. Ötən il isə hökumət və beynəlxalq bankın mütəxəssislərinin birgə iştirakı ilə Fəaliyyət Planı təqdim edilib.

2024-2028-ci illəri əhatə edəcək Planın icrasının ilkin qiymətləndirilməsi 2 milyard manat təşkil etsə də, layihələrdən asılı olaraq, sənəddə bu xərcin dəyişəcəyi qeyd edilib.

Gəncənin “yaşıl” dünyaya keçidi üçün bir neçə prioritet istiqamətlər müəyyənləşib: bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırılması sisteminin qurulması, su təsərrüfatının və ictimai nəqliyyatın yenilənməsi və s.

“Yaşıl şəhər”ə keçidlə bağlı investisiyaların istiqamətləri aşağıdakı cədvəldə göstərilib:

YŞFP-nin əsas maliyyə mənbələri sırasında dövlət büdcəsi, dövlət zəmanətli kreditlər, beynəlxalq maliyyə institutları, iqlim fondları və özəl sektor göstərilir.

Gəncənin “yaşıl” keçidi ilə əlaqədar adıçəkilən beynəlxalq bank artıq bəzi istiqamətlərdə kredit ayırmağa başlayıb. Hətta bir sıra kreditlərlərin icrasına YŞFP təsdiq olunmamışdan öncə start verilib. Bu layihələr hansılardır?

Suyun həyat mənbəyi olan kreditlər

Belə ki, AYİB “Gəncə Su və Tullantı Suları” layihəsi çərçivəsində Su Ehtiyatları Agentliyinə 35 milyon avro dəyərində kredit ayıracaq. Bank Gəncə şəhərində su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması şəbəkəsinin yenidən qurulmasına dəstək verəcək. Bankın hesabatında qeyd edilir ki, sözügedən layihə Gəncə şəhərində su və tullantı suları sektorunun hərtərəfli reabilitasiyasını əhatə edən və ümumi dəyəri 410 milyon avro (750 milyon manat) olan daha geniş Prioritet İnvestisiya Proqramının birinci mərhələsidir. Fəaliyyət Planında növbəti illərdə bu istiqamətdə ayrılacaq vəsaitin həcmi 753,6 milyon manat göstərilir.

Gəncənin tullantılarla imtahanı

Avropa Bankı “Yaşıl şəhərlər” proqramındakı qiymətləndirməsində qeyd edir ki, hazırda Azərbaycanda Avropa İttifaqının tələblərinə cavab verən poliqonlar yoxdur: “Mövcud tullantıların utilizasiya sahələri heç bir sızma suyunun toplanmasına və ya poliqon qazının azaldılmasına nəzarət sistemi olmayan tullantı sahələridir”.

Avropa Yenidənqurma və İnkişaf Bankı

Halbuki regionlarda bərk məişət tullantılarının idarə edilməsinin təşkili üçün “Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” qəbul olunub. Lakin bu istiqamətdə bölgələrdə əsaslı işlər aparılmayıb.

2022-ci ildə AYİB-nin Gəncə Şəhər İcra Hakimiyyəti tabeliyində Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi arasında imzalanan sazişə əsasən, Gəncədə bərk məişət tullantılarının idarə edilməsi üzrə poliqonun tikintisinə 10 milyon avro ayrılıb.

YŞFP-də Gəncənin bərk məişət tullantılarının idarə edilməsi üzrə investisiya xərcinin 156,19 milyon manat təşkil edəcəyi göstərilir. Adıçəkilən layihənin icrasına nəzərdə tutulan vəsaitdən daha çox investisiyanın yönələcəyi şübhəsizdir.

AYİB-nin maliyyə dəstəyi ilə Gəncə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi “bərk məişət tullantılarının toplanması infrastrukturunun və əməliyyatlarının təkmilləşdirilməsi” layihəsinə dəstək vermək üçün məsləhət xidməti ilə əlaqədar tender keçirib. Satınalmanı qazanan şirkət ən yüksək qiymət təklif edən “Tempo-Arpa” Birgə Müəssisəsi (BM) olub. Belə ki, digər şirkətlər –”IRD-Enviroplan” BM məsləhət xidməti üçün 1 milyon 95 min avro, “Eptisa Muhendislik Ltd. Və Eptisa Servicios de Ingenieria” BM 1 milyon 78 min avro təklif etdib. Lakin bunun üçün daha baha- 1 milyon 177 min 300 avroluq xidmət təklif verən “Tempo-Arpa” BM qazanıb.

“Yaşıl” işıqlandırma

Digər “Yaşıl şəhər” proqramı çərçivəsində AYİB-nin maliyyə dəstəyi ilə “Gəncə şəhərində küçələrin işıqlandırılması” layihəsi icra edilib. Bank və beynəlxalq donorlar tərəfindən bununla bağlı 2022-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti ilə 15 milyon avroluq saziş imzalayıb.

Layihədə Gəncə şəhərinin seçilmiş küçələrində işıq şəbəkələrinin modernləşdirilməsi, o cümlədən LED işıqlarının, avtomatlaşdırılmış idarəetmə və nəzarət sistemlərinin qurulması nəzərdə tutulub. Lakin layihənin icrası ilə bağlı heç bir hesabatlılıq yoxdur.

“Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində də şəhərin işıqlarının modernləşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Amma bu haqda da səhih məlumata rast gəlmək olmur.

YŞFP-də Gəncənin işıqlandırma sisteminin modernləşdirilməsi üçün əlavə olaraq, 90 milyon manata yaxın vəsaitin xərclənəcəyi müəyyən olunub. Beləliklə, respublikanın üçüncü böyük şəhəri olan Gəncə “yaşıl dünya” ailəsinə qoşulmaq üçün iqlim dəyişmələrinə qarşı mübarizə aparacaq. Bunun üçün də ayrıca Fəaliyyət Planının hazırlanmasına 250 min manatın yönəlməsi nəzərdə tutulub.
(dia-az.site)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Mavi kostyumluların qara addımları… – Rüşvət, talan və kontrabasçı
Next: Sahil Babayev “veteran pulu”nun artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib – AÇIQLAMA

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784122874_caspian_global_22
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Caspian Global Auto”dan şikayət – “Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb”

admin 15.07.2026
1784106175_screenshot-2026-07-15-130108 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.