Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • PİYADA KEÇİDİNDƏ AZYAŞLI OĞLANI VURDU, “PUL VERİB HƏBSDƏN XİLAS OLDU”… – Övladı avtomobil qəzasında ölən Qusar sakini fəryad edir / FOTO
  • CƏMİYYƏT

PİYADA KEÇİDİNDƏ AZYAŞLI OĞLANI VURDU, “PUL VERİB HƏBSDƏN XİLAS OLDU”… – Övladı avtomobil qəzasında ölən Qusar sakini fəryad edir / FOTO

admin 11.11.2024
1731255105_1
Qusar şəhəri, Yeni yaşayış massivi, Ziya Bünyadov küçüəsi, ev 25 A ünvanından yaşayan Xamədov Kamran Xalıq oğlu (Eləcə də qızı Xamədova Yeganə – red.) tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, rayon sakini İsrafilov Ruslan Natiq oğlu azyaşlı övladını maşınla vuraraq öldürüb, məhkəmə işə ədalətli baxmır. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Xamədov Kamran Xalıq oğlu, yazaraq sizdən xahiş edirik ki, bizim dərdimizi ictimailəşdirəsiniz.
Ailəli olmuşam, həmin nigahdan 1 qızım və 1 oğlum olub. Müəyyən səbəblərdən boşanmışıq. Məhkəmənin qərarı ilə qızım mənimlə, oğlum isə anası ilə qalırdı. Amma oğlumu hər zaman görürdüm.
18.06.2024-cü il tarixində oğlum bizimlə görüşə gələrkən yolda maşın vurması nəticəsində dünyasını dəyişdi. Hadisə gözümüzün qabağında oldu.
Maşını sürən yaxınlıqdakı kafenin sahibi İsrafilov Ruslan Natiq oğlu idi. O, qabağındakı maşını ötmək üçün yolu dəyişdi və oğlumu vəhşicəsinə öldürdü.
Hadisə günü polis çağırıb izahatı alındıqdan sonra atası tərəfindən zamin pulu verilib, azadlığa buraxılıb. Körpə uşaq ölüb, amma onların pulu var deyə polis və məhkəmə tərəfindən cəzalandırılmırlar.
Oğlum ölən gündən heç nə olmamış kimi, öz işlərində, güclərində oldular. Düzdür, dəfələrlə gəlib xeyli miqdarda pul təklif etsələr də, qəbul etməmişik. Mənim dünyam dağılıb, mən o pulu nə edirəm?!
Uşağımın qırxı belə çıxmamışdı, gördüm ki, oğlumu öldürən şəxs işlətdiyi kafenin qabağında özü üçün kef məclisi qurub. Bu, mənə ağır təsir etdi və özümü saxlaya bilməyib gedib dalaşdım. Bunun üstündə polis bizi get-gələ saldı ki, adamın kafesində gedib dava salmısan. Bəs, mənim canım yanır, oğlumu öldürən şəxs gərək gözümün qabağında özünə kef məclisi qura?! Onun kafedə kef çəkməsi bizə təsir edir…
Belə çıxır ki, piyada keçidi yalandan çəkilir. Yüksək surətlə uşaq vurulub öldürülür, lakin cinayəti törədən azadlıqdadır. Hətta özləri bir neçə nəfərə deyiblər ki, külli miqdarda pul verib canımızı qutardıq.
Kamera görüntüsündə də var, qabaqda olan maşın oğluma yol verir ki, keç, bu isə arxadan “avqon” edərək, uşağı vurub.
Cinayəti törədən şəxsin atası deyir ki, “get kimə, hara istəyirsən şikayət et, mənim oğlumu heç kəs cəzalandıra bilməz”.
Daha sonra işə oğlumun anası qarışır və gedir polisə bildirir ki, şikayətçi deyiləm. Yəqin ki, mənə təklif olunan məbləği uşağın anası götürüb. Mən və qızım pul istəmirik, yeganə istəyimiz odur ki, oğlumun qanı yerdə qalmasın, cinayəti törədən şəxs həbs olunsun, cəzasını çəksin.
4 aydan çox keçməsinə baxmayaraq, hələ məhkəmə prosesləri təxirə salınır. Niyə bu qədər insafsız davranırlar? Əlimdə hadisə ilə bağlı çoxlu videolar var. İşimə baxılmasa, məcbur qalıb Prezident Aparatına qəbula yazılacam. Yəqin ki, övladı ilə sınanmış biri çıxar qarşıma və məni başa düşər. Mən kimsədən artıq-əskik heç nə istəmirəm, oğlumu öldürən şəxsə cəza verilməsini istəyirəm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Dərs saatının azlığından nazirə şikayət etdi, direktor 1 saatını da kəsdi… – NAXÇIVAN SAKİNİ RƏSMİ QURUMLARDAN KÖMƏK İSTƏYİR
Next: İki saata 5 mindən çox bilet alındı

OXŞAR MÖVZULAR

1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026
1780647755_1
  • CƏMİYYƏT

Nazirin vəzifə payladığı şəxslər haqda ŞOK faktlar – milyonlar dost-tanışa gedir…

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.