Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dərs saatının azlığından nazirə şikayət etdi, direktor 1 saatını da kəsdi… – NAXÇIVAN SAKİNİ RƏSMİ QURUMLARDAN KÖMƏK İSTƏYİR
  • CƏMİYYƏT

Dərs saatının azlığından nazirə şikayət etdi, direktor 1 saatını da kəsdi… – NAXÇIVAN SAKİNİ RƏSMİ QURUMLARDAN KÖMƏK İSTƏYİR

admin 11.11.2024
1731254959_1
Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Payız kənd sakini Məmmədov Əsgər Səyyad oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Q.Abbasov adına tam orta məktəbin direktoru Babazadə Elmar Hüseyn oğlu qərəzli şəkildə dərs saatlarını azaldır:
“Mən, Məmmədov Əsgər Səyyad oğlu, yazaraq bildirmək istəyirəm ki, Q.Abbasov adına tam orta məktəbin müəllimiyəm. 41 ildir pedoqoji fəaliyyətlə məşğulam.
2023-cü ildə məktəbə yeni direktor təyin etdilər. 2023-2024-cü tədris ilinə qədər mənim 20 saat dərsim olub, keçən il dərslərimi 13 saata endirdi.
Məktəbdə pisxoloq işləyən Cəfərov Niyazi də mənimlə eyni ixtisas müəllimi idi və 12 saat da dərs tədris edirdi. Bu il o, təqaüdə çıxırdı, fikirləşdim ki, yəqin gələn ildən dərslərim düzələr. Amma bu il yenə dərslərim 13 saat oldu.
Mən bu barədə Babək rayon Təhsil Şöbəsinin müdiri Zəhra xanıma mürciət etdim. Oradan da şablon cavablar aldım.
Sonra Naxçıvan MR Təhsil naziri Elxan Nəcəfova müraciət etdim. Bilirsiz, mənə nə dedi? Dedi ki, “dərs bölgüsü drektorun fərasətindən asılıdır, mən heç nə edə bilmərəm”.
Səhərisi gün məktəbə gəldikdə isə direktor bildirdi ki, şikayətə getdiyin üçün dərsindən bir saat da götürüldü.
Mən yenidən Təhsil Nazirliyinə qəbula getdim. Yalnız 3 həftə sonra – 27 sentyabrda qəbula düşə bildim. Əslində, nazir hər həftənin 5-ci günləri saat 16-00-dan 18-00-a qədər pedaqoji işçiləri qəbul edir. Həmin gün qəbula 36 müəllim yazılmışdı,
mən 22-ci adam idim. Mən qəbul otağına daxil oldum, 12 saat dərsimin qaldığını dedikə Elxan müəllim bildirdi ki, “sən yaxşısan, səndən əvvəl gələn müəllim deyir ki, 5 saat dərsim var, heç olmasa 2 saat da verin, 7 saat olsun”. Əlavə etdi ki, sənin dərsin yaxşıdır, çıx sonra çağıracağıq. Mən çıxıb dəhlizdə gözləməyə başladım. Axırıncı iki adam qalırdı, vətəndaşları qəbul sektorunun müdiri gəlib bildirdi ki, “gərək sən gözləməzdin, nazir yorulub ,səni qəbul edə bilməyəcək. Get birinci gün gələrsən”. Beləliklə, məni mədəni şəkildə qəbuldan çıxardılar. Həmin gün qəbuldan razı çıxan olmadı.
Mən 30 sentyabrda yenidən nazirliyə getdim. Məni bu dəfə aparat rəhbəri Şikar müəllim qəbul etdi. Şikayətlərimi bildirdim, amma hələ də heç bir tədbir görülməyib”.

Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Deputat Milli Məclisin rəsmi saytını ödənişli reklama QOYDU – İLGİNC
Next: PİYADA KEÇİDİNDƏ AZYAŞLI OĞLANI VURDU, “PUL VERİB HƏBSDƏN XİLAS OLDU”… – Övladı avtomobil qəzasında ölən Qusar sakini fəryad edir / FOTO

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.