Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Mənə deyirdi başını kəsəcəm” – Həyat yoldaşını və qohumlarını bıçaqlayan şəxsin cinayət işi
  • ARAŞDIRMA

“Mənə deyirdi başını kəsəcəm” – Həyat yoldaşını və qohumlarını bıçaqlayan şəxsin cinayət işi

admin 05.11.2024
1730797464.1729671156_1729671146_66r

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə həyat yoldaşı və onun yaxın qohumlarını bıçaqlayan şəxsin növbəti məhkəmə prosesi keçirilib.

Soztv.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilən Elnur Əliyevin məhkəmə prosesində 3 nəfər zərərçəkən ifadə verib.

Zərərçəkmiş şəxs Elminaz Əliyeva ifadə verərək bildirib ki, o təqsirləndirilən şəxs Elnur Əliyevin həyat yoldaşıdır. Digər zərərçəkənlər Laçın Tatulova nənəsi, Aysel Məmmədova isə bacısıdır: “Mənə deyirdi başını kəsəcəm, burnunu qıracam. Hadisə olan günün axşamı votsapda yazışırdıq. Bilirdim gələcək qapını bağladım. Mən həmin gün nənəmgildə idim. Bıçaqla birinci məni vurdu, bacımı isə qarfinka ilə vurub. Yerdə uzanıqlı vəziyyətdə başıma vurdu, yerə özü uzatmışdı. Vurandan sonra qardaşım məni götürüb atdı çölə.  Bunda kişi gücüdür, bizdə isə arvad gücü. Mən şikayət vermirəm, buraxıram hakimin səlahiyyətinə”.

Daha sonra digər zərərçəkən Aysel Məmmədova ifadə verib: “Elnur girdi içəri birinci məni vurdu, bacım yatmışdı. Gəldim bacıma dedim dur hazırlaş, Elnur gəlib, hirslidir. İstəyirdik nənəm gələnə kimi Elnurun otağa daxil olmasını  ləngidək. Alınmadı, nənəmi vurdu sonra Elminazı ayağının altına saldı bıçaqladı. Mən Elnurdan şikayətçiyəm, barışmamışam”.

Təqsirləndirilən Elnur Əliyev Ayselin müəyyən məsələləri düz danışmadığını bildirdi: “Mən Elminaza votsapa yazmışdım başını kəsəcəm, evə gələndə elə söz deməmişəm”.

Zərərçəkən Laçın Tatulova Elnurdan bıçağı almaq istəyəndə ağciyərinin deşildiyini bilib: “Mən şikayətçiyəm, cəzanı buraxıram sizin ixtiyarınıza”.
Məhkəmə prosesi dekabr ayının 3-nə kimi təxirə salınıb.

Qeyd edək ki, bu il mayın 17-də Sabunçu qəsəbəsində 1963-cü il, 2005-ci il və 2006-cı il təvəllüdlü üç qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərərvurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Flora Kərimovanın səhhəti ağırlaşıb? – AÇIQLAMA
Next: Türkiyədə neft emalı zavodunda baş verən güclü yanğınla bağlı RƏSMİ AÇIQLAMA

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.