Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Məktəblərdə şagirdlərin çantası detektorla yoxlanıla bilər? – AÇIQLAMA
  • ARAŞDIRMA

Məktəblərdə şagirdlərin çantası detektorla yoxlanıla bilər? – AÇIQLAMA

admin 31.10.2024
1730296010_1
Bir çox hallarda məktəblilər arasında bıçaqlanma, bir-birilərinə müxtəlif kəsici-deşici alətlər vasitəsilə zərər yetirmə hadisələri ilə rastlaşırıq. Təəssüf ki, buna səbəblərdən biri də məktəblərdə güclü nəzarətin olmamasıdır. Şagirdlər də bundan yararlanaraq, müxtəlif növ soyuq silahları üzərilərində daşımaqdan çəkinmir, ən kiçik münaqişədə belə onlara əl atırlar.

Bu faktların qarşısını almaqdan ötrü şagirdlər məktəbə daxil olanda onların çantaları və üstl-başı qapıda mühafizəçilər tərəfindən detektorla yoxlanmalıdır? Başqa hansı üsullarla uşaqların məktəbə soyuq silah və s. kimi zərərverici əşyalar gətirmələrinin qarşısını almaq mümkün olar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirdi ki, məktəblərdə şagirdlərin yoxlanılması çox çətin bir prosesdir:

“Amerika kimi qüdrətli texnologiyaya sahib ölkədə belə ən çox terror, cinayət hadisələri olan yerlərdən biri orta məktəblərdir. Çünki çantasında müxtəlif soyuq silah, digər odlu silah gətirərək cinayətlər törədən məktəblilər olur. Ümumi olaraq son illərdə Azərbaycan universitetlərində təşkil olunan yoxlama sistemi var ki, mühafizə polisi də bu prosesdə iştirak edir. Təhsil müəssisələrinin girişində detektordan keçirmə xüsusilə şagird sayı çox olan məktəblərdə çox çətindir. Bunun yerinə, siniflərdə şagirdlərin aqressiyası, davranışı və s. müşahidə edilməlidir. Məktəbdə ümumi nəzarət sistemi, kamera sisteminin tətbiqi daha məntiqlidir. “Məktəblinin dostu” layihəsinin də məktəbdə müəyyən qədər qayda-qanunun saxlanmasına müsbət təsiri var. Şagirdlər nəzarətsiz buraxılmamalıdır, tənəffüsdə, müxtəlif ictimai yerlərdə müşahidə edilməlidir. Hər hansı bir aqressiya hiss edildiyi zaman dərhal müdaxilə edilməlidir”.

Ekspert qeyd etdi ki, şagird sayı az olan yerlərdə bu prosesin həyata keçirilməsi mümkün ola bilər:

“Amma Azərbaycanda hazırda 3-4 min şagird olan məktəblər var. Bu halda nə kadr potensialı, nə də mühafizə buna fiziki olaraq imkan verər. Ancaq hər bir müəllim eyni zamanda psixoloqdur. O, şagirdlərin aqressiya meylini, bəzən kefinin pozulmasının səbəbini valideynlərlə müzakirə etməlidir. Həmçinin növbətçilik üsulu ilə müəllimlər baş verən hadisələrə dərhal müdaxilə edərək məktəbdə nəzarət sistemi qurmalıdırlar. Bunun üçün elektron vasitələrdən, kameralardan istifadə edilməlidir. Şagirdlər bilməlidir ki, hər hansı qaydalara uyğun olmayan davranış olsa, bu, bilinəcək”.

E.Süleymanovun sözlərinə görə, yataqxanası olan internat məktəblərində qalan şagirdlərin dolabları zaman-zaman araşdırmalıdır:

“Orada soyuq bıçaq və s. kimi iti kəsici alətlər aşkar olduğu zaman şagirdlərə qarşı sərt cəza mexanizmi tətbiq olunmalıdır. Təbii ki, bu araşdırmalar davamlı olmaz. Lakin aradabir buna riayət edilərək hansısa şagirdin üzərində soyuq silah, bıçaq, kəsici-deşici alət aşkar olduğu zaman onun cəzalandırılması vacibdir”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev Albaniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Next: Gömrükdə 10, bazarda 50 MANAT

OXŞAR MÖVZULAR

sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026
ruslan-eyyubov
  • ARAŞDIRMA

Ruslan Eyyubov həbsdən azad edildi

admin 05.06.2026
1780574151_ekran-kli-2026-06-04-155327
  • ARAŞDIRMA

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

admin 04.06.2026

XƏBƏR LENTİ

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır 1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanı 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi...
DAVAMI Read more about Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT 1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə...
DAVAMI Read more about 500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT
“Any Unboxing” piramidasının ifşası media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
Son aylarda Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram platformalarında anyunboxing.com adlı layihənin reklamları geniş yayılıb. Platforma...
DAVAMI Read more about “Any Unboxing” piramidasının ifşası
“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO 9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
Tanınmış həkim Əliosman Qədimbəyli sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib. Həkim İstanbulda yerləşən Marmara Universitetinin əməliyyat və...
DAVAMI Read more about “1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala”...
DAVAMI Read more about Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

Bütün yazılar

1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.