Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Mənə evində intim münasibət təklif etdi” – “Instagram”da tanış olduğu cinsi azlığı öldürən 18 yaşlı şəxsv
  • ARAŞDIRMA

“Mənə evində intim münasibət təklif etdi” – “Instagram”da tanış olduğu cinsi azlığı öldürən 18 yaşlı şəxsv

admin 30.10.2024
1730290638.1729669647.hevvssxcv

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və quldurluq maddəsi ilə təqsirləndirilən şəxs Əsədov Rəhim İsmayıl oğlunun növbəti məhkəmə prosesi keçirilib. 

Soztv.az-ın məlumatına görə, hakim ittiham aktını elan etmək üçün sözü dövlət ittihamçısı Vüsal Mehrəliyevə verib. İttiham aktı elan olunduqdan sonra ilk olaraq təqsirləndirilən şəxs Rəhim Əsədov sərbəst ifadə verib: “Rəşidlə İnstaqramda yazışıb tanış olduq. Borc pul almışdım, qaytardım, 2-ci dəfə yenə borc almağa getmişdim, dedi uşaqdan alıb verərik.  Dalaşdıq, söyüşlə danışmağa başladı, qeyrət söyüşü söydü: “Dedi sənin qeyrətini belə-belə edim”. Sonra yıxdım ayağımın altına və evdən götürdüyüm bıçaqla hadisəni törətdim. Əsasən boğaz nahiyəsinə şah damarına vurdum. Telefonu izi itirmək niyyəti ilə götürmüşdüm, sonra qaytardım. Sumkasından 3 manat pul götürmüşdüm. Birinci dəfə idi Balaxanıda evinə gedirdim. Ondan qabaq 28-də görüşmüşdük. İşləyirdi deyə onda pul olurdu.

Rəşid mənə cinsi ehtirasını təmin etmək üçün təkliflər edib. Şəkillərinə baxdım, dedim belə intim şəkillər paylaşma. Dedi sən 1-ci şəxs deyilsən yazışıram. Ancaq onunla aramda intim münasibət olmayıb. Dedi pulu ancaq intim münasibətə görə verə bilərəm. Hakim Rəhim Əsədovun Rəşid İmanovla oral sekslə məşğul olması ilə bağlı ifadə verdiyini xatırlatdı və ifadəni elan etdi. Məlum oldu ki, Rəhim Rəşidlə 50 manat müqabilində oral sekslə məşğul olub. Bundan sonra 2-ci dəfə 100 manat müqabilində oral sekslə məşğul olmaq üçün Rəşidin evinə gedib. Orada Rəşid ona deyib ki, mənimlə pul söhbəti etmə, gəl mənimlə cinsi münasibətdə ol. Ancaq mən pulu verməsini dedim, o isə mənə qeyrət söyüşü söydü”.

İfadə elan olduqdan sonra təqsirləndirilən şəxs ilkin ifadəsini təsdiq etdi.

Məhkəmədə sonra zərərçəkmiş şəxsin hüquqi varisi Rüstəm İmanov ifadə verib: “Bu şəxsi əvvəllər tanımamışam. 14 iyunda cəza çəkdiyim müəssisədə rəis Elnur müəllim dedi səni cəzanın axırına kimi həbsdə saxlayacam. Orada dedilər səni cəzaçəkmə müəssisəsində vura bilərlər. Bu hadisə mənim cəzamın bitməsinə 9 gün qalmış baş verib. Mən tutulanda Rəşidin 5-6 yaşı var idi, mən nə hiss edə bilərdim. Dörd aydan bir arada yanıma gəlirdi. İki gün qabaq isə telefonla danışdım, çöldə dalaşmışdı, şikayət eləmişdi, dedim get şikayəti götür. Mən türmədən çıxandan 2 gün sonra onun bir qohumu 1000 manat pul gətirdi, dedi türmədən təzə çıxmısan. Ümumi bizə 2200 manat pul veriblər. Mən onu bağışlayıram, cavan uşaqdır”.

Məhkəmə prosesi dekabrın 4-nə kimi təxirə salınıb.

Xatırladaq ki, 2024-cü il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, faktla bağlı ilkin olaraq Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İşə düzəltmək adı ilə qadının beş min manatını MƏNİMSƏDİ
Next: Qara Qarayev “Araz-Naxçıvan”da: Heyət üzvlərinə təqdim edildi

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.