Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Gömrükdəki “sehirbaz çubuğu”nun sirli fəndləri
  • GÜNDƏM

Gömrükdəki “sehirbaz çubuğu”nun sirli fəndləri

admin 29.10.2024
1730186816_1
Dövlət Komitəsi sahibkarları necə soyur?

Ötən həftə Dövlət Gömrük Komitəsi məlumat yaydı ki, 2024-cü ilin arxada qalan 9 ayı bu qurum üçün uğurlu olub: komitə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinə 4,8 faiz və ya 224,5 milyon manat artıq vəsait toplayıb.

İlk baxışdan bu məlumatda qeyri-adi heç nə yoxdur. Təəccüblü olan məqam bu xəbərin detallarındadır. Aydın olur ki, qeyd olunan dövrdə gömrük orqanlarının xəttilə toplanan əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların məbləği 1,7 faiz və ya 55,1 milyon azaldığı halda, gömrük rüsumları hesabına mədaxil kəskin şəkildə – 28,6 faiz və ya 346 milyon manat artıb. Soruşula bilər ki, burda sual doğuran məsələ nədir?

Bu yazı məhz elə həmin qaranlıq məsələyə aydınlıq gətirir.

ƏDV-yə cəlb olunan idxal mallarının sayı dəfələrlə çoxdur

Qanunvericiliyə görə, ƏDV ilə müqayisədə azadolunma və güzəştlər idxal rüsumlarına münasibətdə daha məhduddur. Hazırda Azərbaycanda beynəlxalq kodlara uyğun bütün mal mövqelərinin az qala yarısı ya sıfır dərəcə, ya da aşağı dərəcə (5 faiz) ilə rüsuma cəlb edilir. Müqayisə üçün bircə fakta diqqət yetirmək kifayətdir: malların idxal rüsumuna cəlb edilməsilə bağlı Nazirlər Kabinetinin 500 saylı qərarında “diri heyvanlar” və “balıqlar və xərçəngkimilər” adlı 2 fərqli əmtəə qrupunda 600-ə yaxın mal növünün 70 faizindən sıfır dərəcə və 5 faizlə idxal rüsumu tutulur. Bu malların heç biri üzrə ƏDV güzəşti yoxdur. Ümumilikdə isə bütün idxal mallarının ən azı 85-90 faizinə vahid və yüksək dərəcə (18 faiz) ilə ƏDV tətbiq edilir.

Qeyd olunan faktlar onu deməyə əsas verir ki, əgər idxal rüsumlarının tətbiq dairəsi ƏDV ilə müqayisədə daha məhduddursa və dərəcələri daha aşağıdırsa, gömrük yığımlarında artım olduğu zaman bu ilk növbədə ƏDV hesabına baş verməlidir. Əgər son 5 illik statistikaya nəzər yetirsək, yalnız bir il (2021-ci il) istisna olmaqla, digər illərdə ya ƏDV üzrə yığımlar daha sürətlə artıb, ya da rüsum və ƏDV üzrə daxilolmaların dinamikası bir-birinə çox yaxın olub.

Məsələn, 2019-cu ildə gömürk yığımları ƏDV üzrə 28,5 faiz, idxal rüsumları üzrə 25,5 faiz artmışdı. Yaxud 2022-ci ildə ƏDV hesabına mədaxil 37% artdığı halda, idxal rüsumlarıdan büdcəyə ödənişlər 17 faiz çoxalmışdı. Pandemiya ilində (2020-ci il) hər iki mənbədən daxilolmalar təxminən eyni səviyyədə – 8 faizə yaxın azalmışdı. Nəhayət, 2023-cü ildə Gömrük Komitəsinin idxal rüsumları hesabına yığmlarının artım tempi (təxminən 14 faiz) ƏDV üzrə mədaxili (11 faiz) bir qədər üstələsə də, fərq kiçik olmuşdu.

2024-cü ildə baş verənlərin isə ağlabatan izahı yoxdur: ƏDV üzrə gömrük daxilolmaları 2 faizə yaxın azaldığı halda, rüsumlar üzrə mədaxil birdən-birə 29 faizə yaxın artır.

Əgər il ərzində ƏDV-yə münasibətdə azadoolunma və güzəştlərin siyahısı kəskin şəkildə artırılıb rüsumlara münasibətdə azaldılsaydı, bunu obyektiv səbəb kimi qəbul etmək olardı.

Doğrudur, son bir ildə lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin, həmçinin bəzi növ mineral gübrə və pestisidlərin idxalının ƏDV-dən azad edilməsilə bağlı qərarlar olub. Lakin həmin qərarların əhatə dairəsinə 200-ə yaxın mal daxil edilib və bu məhsullar üzrə idxalın dəyəri o qədər böyük deyil ki, Gömrük Komitəsinin ƏDV üzrə mədaxilinin azalmasına səbəb olsun – xüsusilə də digər mal qrupları üzrə idxalın artdığı bir şəraitdə.

İdxalla məşğul olan sahibkarlarla bu məsələni aydınlaşdırmağa çalışdıq və adının mediada hallanmasından çəkinən iş adamlarının dediyinə görə, bu məsələyə Gömrük Komitəsinin fəndləri səbəb olur.

“Sehirbaz çubuğu”nun sirli fəndləri

Adının çəkilməsini istəməyən biznes təmsilçiləri bildirirlər ki, yaranmış vəziyyətin əsas səbəbi gömrük orqanlarının üzərinə çəkə bilməyəcəyi büdcə öhdəliyinin qoyulmasıdır.

Gömrük Komitəsinin öhdəliyi hər il artırılır və qurum onun üçün müəyyən edilmiş məbləği nə yolla olur-olsun, toplamalıdır. ƏDV vahid dərəcə ilə tutulduğu üçün bu tədiyə növünün tətbiqində manipulyasiya imkanları çox məhduddur. Amma idxal rüsumları ilə bağlı vəziyyət fərqlidir: qanunvercilikdə eyni qrupa aid və eynicinsli mallara münasibətdə diferensiallaşdırılmış tariflər tətbiq edilir.

Məsələn, pərakəndə satış üçün qablaşdırılmış və ya qablaşdırılmamış pambıq saplara 3 fərqli dərəcə (0, 5 və 15 faiz) ilə gömrük rüsumu tətbiq edilir. Burda tarif dərəcəsi sapların daranıb-daranmamasından, xətti səthin sıxlığından asılı olaraq fərqlənir. Eyni zamanda, növündən və toxunuşundan asılı olaraq parçalar da fərqli dərəcələrlə idxal rüsumuna cəlb edilir. İş adamlarının iddiasına görə, gömrükdə qanunvericliyin tələblərini pozaraq daha aşağı tarifli mallara yüksək dərəcə (məsələn, 5 faiz əvəzinə 15 faiz, 0 dərəcə əvəzinə 5 faiz) tətbiq edilir.

Nəticədə də məhz indi üzləşdiyimiz mənzərə yaranır: ƏDV yığımları yerində sayır, idxal rüsumlarından daxilolma kəskin artır. Halbuki rüsum tətbiq edilən məhsullar istisnasız olaraq ƏDV-yə də cəlb edilir. Bir sözlə, eyni vergitutma bazası, tamamilə fərqli vergi yığmları.

Bunun nəticəsidir ki, 2024-cü ilin 9 ayında idxal rüsumlarının idxal olunan malların dəyərində payı son 6 ilin ən yüksək səviyyəsinə çatıb. Bu il həmin göstərici 6,3 faiz təşkil etdiyi halda, 2018-2023-cü illərdə 4,8-6 faiz intervalında dəyişib.

Belə arqument səslənə bilər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında idxalın ümumi həcmi də 2 milyard dollar artıb və rüsumların çoxalması bununla bağlı ola bilər. Amma məsələ bundadır ki, idxal yalnız dövlət sektoru hesabına artıb və özəl sektorun idxalı, demək olar, eyni səviyyədə (10 milyard dollardan bir qədər çox) qalıb.

Hökumət rəsmiləri özləri də bildirir ki, dövlət sektorunda idxalın artımı işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işləri ilə bağlıdır. Bu işlərlə bağlı malların idxalı gömrük vergi və rüsumlarından azaddır. Eyni zamanda, əgər gömrük yığımarı idxal hesabına genişlənmiş olsaydı, bu halda ƏDV üzrə daxilolmalar da artmalı idi.

İdxalatçıları peniya və cərimələrlə də boğurlar

İş adamlarının daha bir narazılığı onlara əsassız olaraq peniya və cərimələrin yazılmasıdır. Onların dediyinə görə, qanunverilcik gömrük bəyannamələrinin təqdim edilməsi qrafikinə uyğun olaraq gömrük ödənişlərini 15 iş günü ərzində etməyə icazə verir. Lakin son zamanlar gömrük orqanları bu müddəti gözləmədən mal gömrük ərazisinə daxil olan andan peniyaları hesablamağa başlayır. Peniyanın məbləği idxala görə ödənilməli olan vergi və rüsumların məbləğindən hər gün üçün 0,1 faiz ödənilir.

(Toplum Media)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Terteryanın “Artsax” OYUNU – Azərbaycan-Qazaxıstan münasibətlərinə necə kölgə salınır? – ARAŞDIRMA
Next: “HB Güvən Klinik” və “Gulhan Medical”la bağlı nə qərar veriləcək? – DETALLAR”HB Güvən Klinik” və “Gulhan Medical”la bağlı nə qərar veriləcək? – DETALLAR

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.