Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -MÜƏMMALI TENDERLƏR
  • GÜNDƏM
  • ÖLKƏ

Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -MÜƏMMALI TENDERLƏR

admin 24.10.2024
1729762673_1677932912_firdovsi-eliyev

Samux şəhərindəki H. Əliyev prospektinin “günahı nədir”…?!

Samux rayon İcra Hakimiyyətinin başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi daha bir tenderi yekunlaşdırıb. 21.12.2024-cü il tarixdə Nümayəndəlik “Elman” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə növbəti müqavilə bağlayıb. Bu müqavilə ilə Samux rayon İcra Hakimiyyətinin başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə NümayəndəliyiSamux şəhərində H. Əliyev prospekti daxil, giriş yollarının əsaslı təmiri qarışılığında “Elman” MMC-nə 387.787 manat ödəməli olacaq.

Tərəflər arasında “növbəti müqavilə” ifadəsi təsadüf olmadı. Hansı səbəblədəndirsə Samuxun yolları həmişə “Elman” MMC-nə etibar edilir(?) Bu ilin əvəlində də tərəflər arasında bənzər müqavilə bağlanıb. Həmən müqaviləyə görə isə H. Əliyev prospekti, Kolayır prospekti, Kolayır prospekti döngə, Əsgər Zeynalov küçəsi, Mikayıl Müşfiq küçəsi və 28 may küçələrinin təmiri qarışılığında Nümayəndəlik “Elman” MMC-nə 298.901 manat ödəməli olub…

Samux rayonundakı oxucularımızın Yenixeber.org-a verdiyi məlumatlara görə bu heç də sıradan bir təsadüf, yaxud da “Elman” MMC -nin bu sahədə peşəkar kollektivə sahib, ixtisaslaşmış şirkət olması ilə bağlı deyil. Yeri gəlmişkən, dəfələrlə , həm də heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi “Elman” MMC -nin nəinki veb-saytı yoxdur, ümumiyyətlə bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Təkcə bu fakt yetərincə şübhələrə yol açır…

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və alınacaq malların miqdarı göstərilir…

DAHA BİR MÜƏMMA:Diqqət etdinizsə Samux şəhərindəki H. Əliyev prospekti bir ildə iki dəfə təmir edilir(?) Bu fakt da kifayət qədər suallar doğurur. Şübhəsiz ki, bu Samux rayon rəhbərliyinin prospektin adını daşıdığı ümummilli liderə olan xüsusi sayqısının göstəricisi ola bilməz. Tam əksinə, əgər belə bir sayqı, sevgi olsaydı bu prospekt bir dəfə, həm də yüksək səviyyədə təmir edilərdi. Bir ildə təmir adı ilə dövlətin pulunu iki dəfə xərcləmək yumşaq desək anlaşılan deyil.

Aidiyyatı hüquq-mühafizə orqanlarının araşdırmasından sonra anlaşılan ola bilər…Araşdırsınlar görək, eyni Lot üzrə tərəflərin bir ildə iki müqavilə bağlaması hansı zərurətdən doğub? Söhbət kiminsə dədəsinin pulunu xərcləməsindən deyil, dövlət babanın pulundan gedir.

Dövlətin pulunu xərcləyən tərəf kimi sabah Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatının bir ili tamam olacaq Firdovsi Əliyev də, onun Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Elşad Qasımov da kimə, niyə və necə güvəndiyini özləri bilər. Bizə isə onu xatırlatmaq düşər ki, dövlətin pulu heç kimə dədə-babasından qalmayıb: bizim vergilərimiz hesabına formalaşan büdcə vəsaitinin necə xərclənməsini bilmək hər bir Azərbaycan vətəndaşının hüququ və haqqıdır.

***

O ki, qaldı “Elman” MMC –nə, bu istiqamətdə də, maraqlı məlumatlar əldə etmişik. 10 manat nizamnamə kapitalı olan bu şirkətin qanuni təmsilçisi Qasımov Vaqif Dursunəli oğludur. Məlumata görə, vaxtı ilə Samux Yol İdarəsinə rəhbərlik edib. Görünür çəkdiyi yollar o qədər “yağlı olub” ki, yolun sonunda sahibkarlığa üstünlük verib… Maraqlıdır ki, Qasımov Vaqif Dursunəli oğlu həm də, “Beta Constructıon” MMC-nin sahibi kimi tanınır. Hansı ki, bu şirkət də Samuxda büdcə təşkilatlarının “sevimlisidir”. Bu ilin əvvəlində “Beta Constructıon” MMC ilə Samux Rayon İcra Hakimiyyətinin tabeli qurumu olan Mənzil Kommunal Təsərrüfatı İB arasında 123.420 manatlıq əməkdaşlıq olub.

Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin yüksək məbləğdə pulunun etibar edildiyi belə bir şirkətin nəinki veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Niyəsini buyusun Qasımov Vaqif Dursunəli oğlu cavablandırsın.

***

Biz Yenixeber.org olaraq toxunduğumuz bu və digər faktlarla bağlı Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, cənab Elşad Qasımova 7 sualdan ibarət online sorğu göndərdik… Nəhayətdə qarşı tərəfdən “cavab” ala bildik. (Əlbəttə buna cavab demək mümkünsə. Red)

Məlum qayda və prinsiplərə uyğun olaraq qarşı tərəfin “cavab”ını olduğu kimi dərc edirik:Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi yazaraq bildirir ki, Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin illik satınalma planına əsasən nəzərdə tutulmuş işlərin görülməsi ilə əlaqədar Dövlət satınalmalarının portalı olan “etender.gov.az”  internet saytında “Samux şəhər H.Əliyev prospekti və girişlərində yolların əsaslı təmir işləri” adlı müsabiqə elan olunmuşdur. Müsabiqə Dövlət Satınalmaları haqqında qanunun tələblərinə uyğun olaraq keçirilmişdir və “Elman MMC” adlı təchizatçı Dövlət Satınalmaları haqqında qanunun tələblərinə uyğun olaraq qalib elan olunmuşdur.

Obrazlı desək, bu “cavab” bizim ünvanladığımız sorğunun “heç yanından keçən olmadı”. Qarşı tərəf bizim 7 sualımızdan heç birinə ya cavab vermək istəməyib, ya da cavab verə bilməyib. Səbəbini özləri bilər.

Həm də onu bilmələri yaxşı olar ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb…(Yenixeber.org)

Mövzunun davamı olacaq.

Soztv.az 

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? – İLGİNC FAKTLAR…
Next: Sumqayıtda müəssisədə partlayış

OXŞAR MÖVZULAR

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.