Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? – İLGİNC FAKTLAR…
  • CƏMİYYƏT
  • ÖLKƏ

“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? – İLGİNC FAKTLAR…

admin 24.10.2024
1729765369_794765_src

Bakının Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun yaxınlığında yerləşən “EuroHome” tikinti bazarının sahibi Azay Möhnətov 5 il əvvəl baş vermiş yanğından sonra zərərçəkmişlərə kompensasiya ödəməmək üçün özünü “müflis” elan edib.

Haqqin.az xəbər verir ki, bu fakt Möhnətovla zərərçəkmişlər arasında məhkəmə prosesi zamanı açıqlanıb.

“EuroHome” tikinti materialları bazarında yanğın 2019-cu il dekabrın 10-da baş verib və təxminən üç saat davam edib. Nəticədə on nəfər insan xəsarət alıb və yüzə yaxın tikinti ləvazimatları mağazası yanıb.

Qeyd edək ki, Azay Möhnətov kifayət qədər iri biznesmen və demək olar ki, oliqarx hesab olunur, çünki o, qeyd olunan bazarla yanaşı, “AF Holding” şirkətlər qrupunun və “Uğur-97” MMC-nin prezidenti, habelə AF Hotel Aqua Parkın sahibidir.

“EuroHome”-da baş verən yanğın ticarət mərkəzindəki kirayəçilərə milyonlarla dollar ziyan vurub. Bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən, “EuroHome” şirkətinin yanğından zərər çəkmiş 5 sahibkara bir milyon yarım manat ödəməli olduğu qeyd edilib. Lakin zərərçəkmişlər bu günə kimi bir manat da almadıqları üçün bu qərar kağız üzərində qalıb.

Bu yaxınlarda keçmiş kirayəçilər “EuroHome” MMC-nin əmlakı vasitəsilə dəymiş ziyanın ödənilməsini tələb edərək məhkəməyə müraciət ediblər. Amma məhkəmə zamanı məlum oldu ki, yanğının baş vermə şəraitinin araşdırılması zamanı “EuroHome” şirkətinin bütün əmlakı Azay Möhnətovun özünə və bazar qiymətindən xeyli aşağı qiymətə satılıb.

Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarının icrası Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilib. Lakin bu strukturun rəhbəri İlham Həsənov və icraçı Məhəmməd Qaragəzovun qətnaməsində “EuroHome” MMC-nin müflis olduğu və hazırda şirkətin zərərçəkmişlərə kompensasiya ödənilməsi üçün istifadə oluna biləcək hər hansı əmlakının olmadığı bildirilir.
Ətraflı

İstintaq sənədlərinə görə, “EuroHome” şirkətinin təsisçisi olan Azay Möhnətov Binəqədi Rayon Məhkəməsinə müqavilə təqdim edib ki, hələ yanğından əvvəl öz şirkətinə 500 min manat borc verib. Üstəlik, borc məbləğinin 200 minini almayıb və buna görə də onların qaytarılmasını tələb edib.

Bu yaxınlarda Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasova qərar çıxarıb ki, şirkət Möhnətova olan borcunu qaytarmalıdır. Bundan sonra Azay Möhnətov və onun şəxsi şirkəti olan “EuroHome” MMC arasında barışıq sazişi imzalanıb və bu müqavilə çərçivəsində sahibkar 200 min manat borc müqabilində 4 hektara yaxın ərazisi olan torpaq sahəsi alıb. Həmçinin ticarət mərkəzinin yerləşdiyi 4000 kvadratmetr sahəsi olan əmlak kompleksii əldə edib

Belə ki, yanğına görə yalnız bazar sahibi kompensasiya alıb, zərər çəkmiş sahibkarlara isə obrazlı desək, yanğından yalnız tüsütü qalıb.

Zərərçəkmişlər apelyasiya şikayəti verərək, məhkəmələrdən on milyonlarla manat dəyərində olan dörd hektar ərazinin niyə cəmi 200 min dəyərində qiymətləndirilməsinin aydınlaşdırılmasını tələb ediblər.

Həmçinin bu ilin əvvəlində “Azsığorta” MMC Azay Möhnətov ovə onun oğlu Aqil Möhnətovu məhkəməyə verib. İddia bəzi hüquq pozuntularına görə məsuliyyəti nəzərdə tutur, təfərrüatları hələ açıqlanmır.

Sadəcə məlumdur ki, “Azsığorta”nın iddiasına səbəb bir sıra hüquqi və fiziki şəxslərin müflis elan edilməsi ilə bağlı mübahisələr olub.(Haqqin.az)

Soztv.az 

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu – SƏBƏB
Next: Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -MÜƏMMALI TENDERLƏR

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.