Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 18 oktyabr – Müstəqilliyin Bərpası Günü
  • ÖLKƏ

18 oktyabr – Müstəqilliyin Bərpası Günü

admin 22.10.2024
elcin

Dağıstan Respublikasının Mahaçqala şəhərində Dağısatan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Rakif Əzizov və Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əliəsgər Əzizovun təşkilatçılığı ilə 18 oktyabr “Milli Müstəqillik Günü” münasibəti ilə “Azərbaycan – Odlar Yurdu” adlı təntənəli tədbir keçirildi.
Müstəqillik Günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında qəbul edilmiş Konstitusiya Aktına əsasən Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Həmin gündən 18 oktyabr Milli Müstəqillik Günü, 2021-ci ildən etibarən isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir. Müstəqil Azərbaycan dövlətinin dünyanın siyasi və iqtisadi xəritəsində yerini və rolunu təmin edən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı hər il 18 oktyabrında təntənə ilə qetd edilir.
Tədbirdə Dağıstan Respublikası Baş Nazirin milli siyasət və dini məsələlər üzrə birinci müavini – Arsen Daniiloviç Mahmudov, Dağıstan Dövlət Tibb Universitetinin dosenti, Dağıstan Respublikası İctimai Palatasının eksperti – Elvira Nazeretdinovna Ağayeva, Dağıstan Dövlət Universitetinin İranşünaslıq Mərkəzinin rəhbəri – Maqomed-zadə Nuri Həsən-Ağaeviç, Rusiya Federasiyasının əməkdar artisti, Dağıstanın əməkdar artisti – Bəşirov Xan Mirzəxanoviç, İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Mərkəzinin fəxri prezidenti Rəhmətulla Babayev, Azərbaycan Dövlət Dram Teatrının direktoru – Əsgərov Firdousi, Milli Kitabxananın direktor müavini Sarat Cəbrayılova iştirak edirdilər.
“Azərbaycan – Odlar Yurdu” adlı tədbiri R.Həmzətov adına Dağıstan Respublikası Milli Kitabxanasının xarici ədəbiyyat şöbəsinin müdiri Zarina Kajliyeva açıdı. Tədbirdə çıxış edən diaspora rəhbərləri Rusiya-Azərbaycan dövlətləri və xalqları arasında olan yaxın qonşuluq, ictimai-siyasi, mədəni əlaqələrdən və isti münasibətlərdən danışdılar. Bu istiqamətlərdə daha da aktiv fəaliyyətlər göstərməyi bir vəzifə kimi irəli sürdülər.
18 oktyabr Müstəqillik Gününə həsr edilmiş “Azərbaycan – Odlar Yurdu” adlı tədbirin təşkilatçısı, Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əliəsgər Əzizov öz çıxışında mühüm məqamlara toxundu:
– “Diaspor sözü hərfi mənada “səpələnmə” deməkdir. Həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlanmışdı. Azərbaycanlıların doğma torpağa daha çox bağlılığı üzündən Vətəni tərk edib qürbətdə yaşamaları onlar üçün mənəvi baxımdan ağır olmuşdur. Bu mənəvi amilin özü Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycanlıların dil, mədəniyyət, milli-mental dəyərlərinin itirmək qorxusu onların təşkilatmasına səbəb olur. Bu da öz növbəsində milli dəyərlərin qorunub saxlamasına zəmin yaradır.
Hər millətin milli ruhu, milli təfəkkürü və öz mentaliteti var. Mentalitet bir millətə xas olan milli-mə`nəvi dəyərlər toplusudur. MENTALİTET – hər bir xalqın tarixən yaradıb formalaşdırdığı, inkişaf etdirərək nəsillərdən-nəsillərə ötürdüyü milli-mənəvi dəyərlər sistemidir”…
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra mədəniyyət işçilərinin və diaspora üzvülərinin iştirakı ilə konsert proqramı ilə tədbir davam etdi demək olar. Konsert proqramında ən yadda qalan və təsirləndirən çıxış, Əhməd Əzizovun Müslüm Maqomayevin repertuarından oxuduğu Azərbaycan manısı oldu.
Haşiyə:
Çıxışı qonaqlar tərəfindən rəğbətlə qarşılanan Əhməd Əzizov Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əliəsgər Əzizovun ovladıdır. Ruhundakı milli hiss ifasında özünü qabarıq şəkildə biruzə verir.

Elçin Şükür




About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Gömrüyə girən yağla marketlərdə satılan yağın qiymətində 2 dəfədən artıq fərq necə yaranır? Monopolistlər iş başında
Next: Prezident iki fərman imzaladı

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784122874_caspian_global_22
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Caspian Global Auto”dan şikayət – “Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb”

admin 15.07.2026
1784106175_screenshot-2026-07-15-130108 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.