Skip to content
27.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu ilə bağlı iddialara cavab verdi: “81 yaşlı insan özünə toy etməz”, “əgər etsə də, gizli edər.”
  • CƏMİYYƏT
  • GÜNDƏM

Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu ilə bağlı iddialara cavab verdi: “81 yaşlı insan özünə toy etməz”, “əgər etsə də, gizli edər.”

admin 27.08.2026
1787755150_1
Xalq artistinin həyat yoldaşı Gülnarə Şıxəliyeva boşanma və Polad Bülbüloğlunun yenidən evlənməsi barədə yayılan xəbərlərə münasibət bildirib, bu mövzuda müzakirələri uzatmaq istəmədiyini deyib

Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı son günlər yayılan xəbərlər müzakirə olunmaqda davam edir.

Sənətkarın həyat yoldaşı Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu ilə boşandığı və Xalq artistinin üçüncü dəfə ailə qurduğu barədə yayılan məlumatlara münasibət bildirib.

Gununsesi.info-ya verdiyi açıqlamasında Şıxəliyeva bu məsələnin ətrafında geniş müzakirə aparmaq niyyətində olmadığını bildirib.

“Bu mövzuda heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm. Sadəcə deyirəm ki, biz o yaşda deyilik. 81 yaşlı insan özünə toy etməz”, – Gülnarə Şıxəliyeva deyib.

“Biz uşaq deyilik, Polad müəllim də uşaq deyil”

Gülnarə Şıxəliyeva son günlər cəmiyyət içində görünməməsinin səbəbinə də aydınlıq gətirib.

Onun sözlərinə görə, səhhətində müəyyən yüngül problemlər olduğundan bu aralar müxtəlif tədbirlərdə iştirak edə bilmir.

“Hətta bu yaxınlarda övladımın konserti oldu, onda belə iştirak edə bilmədim” – o bildirib.

Gülnarə Şıxəliyeva ailə həyatı ilə bağlı yayılan xəbərləri mütəmadi izləmədiyini də deyib:

“Mən ümumiyyətlə heç bir mediaya baxmıram. Biz uşaq deyilik, Polad müəllim də uşaq deyil”

“Heç vaxt qısqanclığa görə ailədə söz-söhbət yaratmamışam”

Xalq artistinin həyat yoldaşı bildirib ki, ailə həyatında qısqanclıq və xırda məsələlərə görə münaqişə yaratmağı düzgün hesab etməyib.

Onun sözlərinə görə, həyat yoldaşını uzun illərdir tanıyır və bu müddət ərzində onun ətrafında həmişə qadınların olduğunu müşahidə edib:

“Əgər etsə də, gizli edər. 40 ildir mən onu tanıyıram, elə həmişə ətrafında qadınlar olub. Mən sakit və mehriban qadınam, heç vaxt xırda məsələlərə görə ailədə söz-söhbət, qısqanclıq yaratmamışam”.

Gülnarə Şıxəliyeva qeyd edib ki, onun üçün həyatda ən vacib məsələlərdən biri övladlarının tərbiyəsi və onların yaxşı böyüməsi olub:

“Mənim üçün əsas övladlarımı gözəl şəkildə böyüdüb ərsəyə gətirməkdir. Başqa şeylər maraqsızdır. Ona görə də bu mövzuda da heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm”.

Polad Bülbüloğlu da xəbərləri təkzib edib

Qeyd edək ki, bundan əvvəl bir sıra yerli media orqanlarında Polad Bülbüloğlunun Gülnarə Şıxəliyevadan boşandığı və üçüncü dəfə ailə qurduğu barədə xəbərlər yayılmışdı.

Lakin Polad Bülbüloğlu həmin məlumatların həqiqətə uyğun olmadığını bildirib. Hazırda Türkiyədə istirahətdə olan Xalq artisti “Novaya Vremya” qəzetinə açıqlamasında Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini deyib.

Sənətkar Azərbaycana qayıtdıqdan sonra ailə həyatı ilə bağlı təsdiqlənməmiş məlumatlar yayan bəzi media resurslarının fəaliyyəti ilə bağlı hüquqi addım atılması məsələsini də nəzərdən keçirəcəyini bildirib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? – SİYAHI
Next: Zəngilan məktəbi üçün 2 milyonluq mebel və avadanlıq – Qalib şirkətin sahibi kimdir?

OXŞAR MÖVZULAR

1787817244_befunky-collage
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

admin 27.08.2026
1787816559_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır

admin 27.08.2026
1787807065_vusal-nesirli
  • CƏMİYYƏT

Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı – AAYDA-da görünən və ya görünməyən oyunlar

admin 27.08.2026

XƏBƏR LENTİ

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT 1787817244_befunky-collage
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

admin 27.08.2026
Hər iki MMC de-fakto Quba rayonunun sabiq icra başçısı, hazırda tanınmış iş adamı Ziyəddin Əliyevə məxsusdur. Qeyd...
DAVAMI Read more about Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı – QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ 1787812868_1
  • ARAŞDIRMA

Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı – QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ

admin 27.08.2026
Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Qod Nisanova məxsus “Mandarin” Ticarət Mərkəzində çalışan sahibkarlardan haqq tələb...
DAVAMI Read more about Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı – QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ
Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır 1787816559_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır

admin 27.08.2026
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Zar kəndinin xarici...
DAVAMI Read more about Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır
Nigar Fərhad saxlanıldı nigar
  • ARAŞDIRMA

Nigar Fərhad saxlanıldı

admin 27.08.2026
“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, Nigar daxil olmuş çoxsaylı...
DAVAMI Read more about Nigar Fərhad saxlanıldı
Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı – AAYDA-da görünən və ya görünməyən oyunlar 1787807065_vusal-nesirli
  • CƏMİYYƏT

Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı – AAYDA-da görünən və ya görünməyən oyunlar

admin 27.08.2026
Vüsal Nəsərilinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sədr təyinatından sonra qurumun tabeliyində genişmiqyaslı yoxlamalar aparılması, hətta bir...
DAVAMI Read more about Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı – AAYDA-da görünən və ya görünməyən oyunlar

Bütün yazılar

1787817244_befunky-collage
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

admin 27.08.2026
1787812868_1
  • ARAŞDIRMA

Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı – QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ

admin 27.08.2026
1787816559_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır

admin 27.08.2026
nigar
  • ARAŞDIRMA

Nigar Fərhad saxlanıldı

admin 27.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.