Skip to content
21.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Bolmart”da “QoçƏt” in kiflənmiş kolbasası satılır? – ŞİKAYƏT – RƏSMİ
  • CƏMİYYƏT

“Bolmart”da “QoçƏt” in kiflənmiş kolbasası satılır? – ŞİKAYƏT – RƏSMİ

admin 21.08.2026
1787297156_1

Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Bolmart” marketlər şəbəkəsinə məxsus filialda alıcıya keyfiyyətsiz və xarab olmuş kolbasa məhsulu satılıb.

“QoçƏt” brendinə məxsus kolbasa məhsulunu alan vətəndaş NOCOMMENT.az-a bildirib ki, məhsulun kəskin qoxusundan şübhələnərək dərhal kassadakı satıcılara yaxınlaşıb. Satıcılar da məhsulun iylənmiş, köhnə və kiflənmiş olduğunu öz gözləri ilə görüb təsdiq ediblər. Alıcının haqlı israrından sonra məhsul geri qaytarılıb.

Şikayətçi haqlı olaraq xüsusilə isti yay günlərində bu cür qida məhsullarının saxlanma şəraitinə və keyfiyyətinə niyə lazımi nəzarət edilmədiyini sual altındakı qoyur. Məhsulun üzərindəki istehsal və ya istifadə tarixinin iyulun 17-ni göstərməsinə, yəni hələ bir aylıq yararlılıq müddətinin qalmasına baxmayaraq, məhsulun bu cür bərbad və xarab vəziyyətdə olması istehlakçıların sağlamlığına birbaşa təhlükə yaradır.

İsti hava şəraitində tez xarab olan qida məhsullarının soyuducu rejiminə əməl olunmadan saxlanılması və ya daşınması bu cür xoşagəlməz halların yaranmasına səbəb olur.

Məsələ ilə əlaqədar aidiyyəti qurumların marketdə yoxlamalar aparması və istehlakçı hüquqlarının qorunması istiqamətində tədbir görməsi tələb olunur.

Adıçəkilən “Bolmart” və “QoçƏt”in mövqeyini dərc etməyə hazırıq.

Məsələ ilə bağlı NOCOMMENT.az Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb. Agentlikdən bildirilib ki, sorğu əsasında Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində fəaliyyət göstərən “Bolmart” ticarət obyektində satışa təqdim edilən kolbasa məhsulunun kiflənməsi ilə bağlı yayılan məlumat araşdırılıb.

Məlumatla əlaqədar əməkdaşlarımız tərəfindən sözügedən ticarət obyektinə baxış keçirilib. Baxış zamanı satışa təqdim edilən kolbasa məhsullarının keyfiyyət və təhlükəsizliyini göstəricilərini təsdiq edən sənədlərin mövcud olduğu, saxlanma rejiminin, eləcədə yararlılıq müddətlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olduğu müşahidə edilib.

Market rəhbərliyinə qida təhlükəsizliyi və AQTA standartlarına əsasən soyuducu və anbarların temperatur rejiminə, soyuq zəncirin davamlılığına və ticarət zalının havasına ciddi nəzarətlə bağlı müvafiq tapşırıqlar verilib.

Vətəndaşlardan qida ilə bağlı şübhəli hallarla qarşılaşdıqda Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.


Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakıda Uşaq Kliniki Xəstəxanasının ayaqyolu rüsvayçı gündədir – “Bura səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa…” + FOTOLAR
Next: Quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz

OXŞAR MÖVZULAR

1787305439_screenshot-2026-08-21-124937
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

Pensiyanın yenidən hesablanması üçün işi dayandırmaq tələbi qanuna ziddir – AMMA NƏ OLSUN Kİ…

admin 21.08.2026
1787295664_1
  • CƏMİYYƏT

Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA

admin 21.08.2026
1787246366_1
  • CƏMİYYƏT
  • VİDEO

Masazırda qaranlıq küçələr və sahibsiz itlər sakinləri narahat edir – VİDEO

admin 21.08.2026

XƏBƏR LENTİ

Azərbaycanlı iş adamı SAXLANILDI a4b12c2ca66eb739b933bc5a6830e654
  • ARAŞDIRMA

Azərbaycanlı iş adamı SAXLANILDI

admin 21.08.2026
Gürcüstanda azərbaycanlı iş adamı saxlanılıb. “Mamed GAS” MMC-nin rəhbəri Nəriman Allahverdiyev bu gün səhər saatlarında saxlanılıb. Onun...
DAVAMI Read more about Azərbaycanlı iş adamı SAXLANILDI
Pensiyanın yenidən hesablanması üçün işi dayandırmaq tələbi qanuna ziddir – AMMA NƏ OLSUN Kİ… 1787305439_screenshot-2026-08-21-124937
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

Pensiyanın yenidən hesablanması üçün işi dayandırmaq tələbi qanuna ziddir – AMMA NƏ OLSUN Kİ…

admin 21.08.2026
“Əmək pensiyaları haqqında” qanunun 37.3.2-ci maddəsinə görə, əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, pensiya...
DAVAMI Read more about Pensiyanın yenidən hesablanması üçün işi dayandırmaq tələbi qanuna ziddir – AMMA NƏ OLSUN Kİ…
İraq Baş naziri: Neft ixracı üçün Hörmüz boğazından yan keçən yol tapmışıq 731142
  • DÜNYA

İraq Baş naziri: Neft ixracı üçün Hörmüz boğazından yan keçən yol tapmışıq

admin 21.08.2026
“İraq neft ixracı üçün Hörmüz boğazından yan keçən alternativ yollar tapıb”. “Əlbəttə, Hörmüz boğazının bağlanması böyük problemdir,...
DAVAMI Read more about İraq Baş naziri: Neft ixracı üçün Hörmüz boğazından yan keçən yol tapmışıq
Kadi Konfrans Liqasında vurulan qol sayına görə yeni rekorda imza atıb 17388305174894433307_1200x630
  • İDMAN

Kadi Konfrans Liqasında vurulan qol sayına görə yeni rekorda imza atıb

admin 21.08.2026
“Qarabağ”ın futbolçusu Kadi Borqes yeni rekorda imza ataraq Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına...
DAVAMI Read more about Kadi Konfrans Liqasında vurulan qol sayına görə yeni rekorda imza atıb
“Dostlarım zəng edib ki, sənə nə olub?” – VİDEO fad4bd7241f52204bc77ffff3fe54548
  • ŞOU-BİZNES

“Dostlarım zəng edib ki, sənə nə olub?” – VİDEO

admin 21.08.2026
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama verib. Sənətçi ailəsində keçirilən tədbirdən söz...
DAVAMI Read more about “Dostlarım zəng edib ki, sənə nə olub?” – VİDEO

Bütün yazılar

a4b12c2ca66eb739b933bc5a6830e654
  • ARAŞDIRMA

Azərbaycanlı iş adamı SAXLANILDI

admin 21.08.2026
1787305439_screenshot-2026-08-21-124937
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

Pensiyanın yenidən hesablanması üçün işi dayandırmaq tələbi qanuna ziddir – AMMA NƏ OLSUN Kİ…

admin 21.08.2026
731142
  • DÜNYA

İraq Baş naziri: Neft ixracı üçün Hörmüz boğazından yan keçən yol tapmışıq

admin 21.08.2026
17388305174894433307_1200x630
  • İDMAN

Kadi Konfrans Liqasında vurulan qol sayına görə yeni rekorda imza atıb

admin 21.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.