Skip to content
20.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? – BU NƏDİ BELƏ?
  • CƏMİYYƏT
  • ÖLKƏ

Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? – BU NƏDİ BELƏ?

admin 20.08.2026
1787232629_screenshot-2026-08-20-172913 (1)

Son illər Azərbaycanda avtomobili girov qoyaraq lombardlardan və müxtəlif təşkilatlardan kredit adı altında pul götürənlərin sayı xeyli artıb.

Sosial şəbəkələr vasitəsilə aldadıcı reklamlar yayan belə qurumların əsas hissəsi vətəndaşlara vəsaiti ağır şərtlərlə və yüksək faizlərlə təklif edir.
Yenicag.az-a daxil olan məlumata görə, həmin təşkilatlardan biri də “S Lombard”dır.
Qızıl, avtomobil və mənzil girov götürməklə fəaliyyət göstərən bu qurumda faiz dərəcələri maksimum həddə çatıb. Reklam çarxlarında avtomobilin sürücünün özündə qalacağını və asan şərtlərlə kredit verildiyini elan edən “S Lombard” reallıqda vətəndaşları çətin vəziyyətə salır. Bildirilir ki, dəyəri 25 min manat olan avtomobili cəmi 15 min manat qiymətləndirərək girov götürən qurumun kredit faizləri faktiki olaraq 48 faizə qədər yüksəlir.

Qanunvericiliyə görə, lombard kreditlərinin rəsmiləşdirilməsi “girov bileti” vasitəsilə həyata keçirilir. Həmin sənədin forması Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir və girov qoyulan əşyalar bilet üzərində ətraflı təsvir olunmalıdır. Qanunvericilik qəti şəkildə nəzərdə tutur ki, lombardlarda qoyulan girov heç bir halda birtərəfli qaydada mənimsənilə bilməz. Girov yalnız açıq hərrac vasitəsilə satılmalıdır və bu prosedurlar Mülki Məcəllənin tələblərinə uyğun icra olunmalıdır.

Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən, lombard girov predmeti olan əşyanı yalnız açıq hərracda sata bilər. Bu isə o deməkdir ki, borclu şəxsin özü də həmin hərracda iştirak edərək əşyasını geri əldə etmək imkanına malikdir.
Lakin “S Lombard”ın vətəndaşların hüquqlarını kobud şəkildə pozduğu iddia olunur. Məlumata görə, borcalanın cəmi 1 günlük ödəniş gecikməsinə yol verməsi belə qurum tərəfindən avtomobili idarə etmək üçün verilmiş etibarnamənin dərhal ləvğ edilməsi və nəqliyyat vasitəsinin vətəndaşın əlindən alınması ilə nəticələnir.

Araşdırmalar zamanı o da məlum olub ki, “S Lombard”ın sahiblərindən biri Sərval adlı şəxsdir. İddialara görə, bu şəxs tanınmış məmurlardan birinin kürəkənidir və rəhbərlik etdiyi təşkilat vasitəsilə həmin məmurun və onun ətrafının maliyyə vəsaitlərinin dövriyyəsini təmin edir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.(Yenicag.az)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Tiktok”da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış… – TƏFƏRRÜAT
Next: İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi – İLGİNC

OXŞAR MÖVZULAR

6-1787232058986903933
  • CƏMİYYƏT

Bu liseydə yeni təyinat oldu

admin 20.08.2026
1787233481_screenshot-2026-08-20-174300
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR

admin 20.08.2026
1787224176_screenshot-2026-08-20-150829
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” – Vətəndaş “Dekoliv”dən şikayətləndi

admin 20.08.2026

XƏBƏR LENTİ

Bu liseydə yeni təyinat oldu 6-1787232058986903933
  • CƏMİYYƏT

Bu liseydə yeni təyinat oldu

admin 20.08.2026
Pünhan Əlizadə Saatlı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Bu barədə Qaynarinfo-ya Peşə...
DAVAMI Read more about Bu liseydə yeni təyinat oldu
Abşeronda küçədə mübahisə qətllə bitdi — Qardaşını ayırmaq istəyərkən bıçaqlandı rasif
  • HADİSƏ

Abşeronda küçədə mübahisə qətllə bitdi — Qardaşını ayırmaq istəyərkən bıçaqlandı

admin 20.08.2026
Abşeron rayonunun Xırdalan şəhəri, Nəcibə Məlikova küçəsində Rasif Abadullayev qətlə yetirilib. Teleqraf xəbər verir ki, qətlə yetirilən şəxsin...
DAVAMI Read more about Abşeronda küçədə mübahisə qətllə bitdi — Qardaşını ayırmaq istəyərkən bıçaqlandı
Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal – Kənan Həsənli direktoru necə qorudu? 1787224418_lqar-bayramli_deniz-neq
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal – Kənan Həsənli direktoru necə qorudu?

admin 20.08.2026
​​​​​”Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələri ilə bağlı redaksiyamıza maraqlı faktlar daxil...
DAVAMI Read more about Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal – Kənan Həsənli direktoru necə qorudu?
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR 1787233481_screenshot-2026-08-20-174300
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR

admin 20.08.2026
“Aqrarkredit” QSC-nin sabiq sədri, ictimaiyyətdə “Şapka Mamed” kimi tanınan Məmməd Musayevin rəhbərlik etdiyi maliyyə şəbəkəsinin uzun illər...
DAVAMI Read more about Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
“Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” – Vətəndaş “Dekoliv”dən şikayətləndi 1787224176_screenshot-2026-08-20-150829
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” – Vətəndaş “Dekoliv”dən şikayətləndi

admin 20.08.2026
Vətəndaş Dekoliv mağazasından narazılıq edir. Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib: Vətəndaşın...
DAVAMI Read more about “Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” – Vətəndaş “Dekoliv”dən şikayətləndi

Bütün yazılar

6-1787232058986903933
  • CƏMİYYƏT

Bu liseydə yeni təyinat oldu

admin 20.08.2026
rasif
  • HADİSƏ

Abşeronda küçədə mübahisə qətllə bitdi — Qardaşını ayırmaq istəyərkən bıçaqlandı

admin 20.08.2026
1787224418_lqar-bayramli_deniz-neq
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal – Kənan Həsənli direktoru necə qorudu?

admin 20.08.2026
1787233481_screenshot-2026-08-20-174300
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR

admin 20.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.