Skip to content
20.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Tiktok”da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış… – TƏFƏRRÜAT
  • CƏMİYYƏT

“Tiktok”da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış… – TƏFƏRRÜAT

admin 20.08.2026
1787228895_screenshot-2026-08-20-162622

Bakıda fəaliyyət göstərən bəzi kafe və restoranlar bağlanıb. Məlumata görə, “Mytcha” (Tarqovı), “Pivnaya Apteka” (Port Baku), “CEO’s Lounge” (Ağ Şəhər), “Milk Lab” (Ağ şəhər) və “Turco Burrito” (Tarqovı) kimi məşhur məkanlar fəaliyyətini dayandırıb. Bu barədə məlumatı “Tipik İqtisadçı-Ekspert” yayıb.
 
Bundan başqa, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan iş adamı İlyas Möhnətovun kafesinin də fəaliyyətini dayandırdığı bildirilir. Qeyd edək ki, İ.Möhnətovun ötən günlərdə qadın geyim mağazası da bağlanıb.

Kafe və restoranların ardıcıl şəkildə bağlanması paytaxtda ictimai iaşə sektorunda vəziyyətin necə olduğu ilə bağlı suallar yaradıb. Bəs əsas səbəblər nələrdir? Yüksək icarə haqları sahibkarların fəaliyyətinə nə dərəcədə təsir edir?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, Bakıda bəzi restoran və kafelərin bağlanmasını yalnız müştəri sayının azalması ilə izah etmək olmaz. Onun sözlərinə görə, əsas amillərdən biri xərclərin sürətlə artmasıdır:

“ İcarə haqları, əməkhaqqı, kommunal ödənişlər, ərzaq və digər məhsulların qiymətləri yüksəldikcə restoranların maya dəyəri artır. Xüsusilə şəhərin mərkəzində və prestijli ərazilərdə yüksək icarə xərcləri biznes üçün ciddi yük yaradır.
Digər tərəfdən, müştərinin restoranlara ayırdığı büdcə əvvəlki kimi deyil. Ərzaq və digər gündəlik xərclərin artması insanların gəlirlərinin daha böyük hissəsini zəruri ehtiyaclara yönəltməsinə səbəb olur. Nəticədə restoranda yemək, qəhvə və digər xidmətlərə çəkilən xərclər azala bilir. Restoran üçün isə müştəri sayının nisbətən kiçik azalması belə, yüksək sabit xərclər səbəbindən ciddi maliyyə problemi yarada bilər”.

İqtisadçı vurğulayıb ki, sektorda rəqabət də kifayət qədər güclüdür:

“Bakıda son illərdə kafe və restoranların sayı artıb və müştəri uğrunda mübarizə sərtləşib. Eyni auditoriyaya hesablanan çoxsaylı məkanların olması bəzi obyektlərin kifayət qədər dövriyyə əldə etməsinə imkan vermir. Sosial şəbəkələrdə məşhur olmaq da biznesin mütləq gəlirli olması demək deyil. Tanınmışlıq müştəri axını yarada bilər, amma xərclər gəlirlərdən yüksəkdirsə, belə məkanın uzun müddət fəaliyyət göstərməsi çətinləşir”.

A.Nəsirli əlavə edib ki, digər mühüm məsələ qiymət və keyfiyyət arasındakı balansdır:

“Restoran qiymətləri artırdıqca müştəri daha çox seçim etməyə başlayır və daha münasib qiymətə alternativ məkanlara üz tutur. Buna görə də restoran sahibinin həm keyfiyyəti qoruması, həm qiyməti müştəri üçün məqbul saxlaması, həm də artan xərcləri qarşılamaq üçün kifayət qədər marja əldə etməsi getdikcə çətinləşir.
Ümumilikdə, Bakıda restoranların bağlanmasını ictimai iaşə sektorunda böhrandan daha çox bazarın yenidən formalaşması kimi qiymətləndirmək olar. Xərcləri yüksək, biznes modeli zəif və müştəri axını kifayət qədər olmayan obyektlər bazardan çıxır, daha səmərəli işləyən və qiymət-keyfiyyət nisbətini düzgün quran restoranlar isə fəaliyyətini davam etdirir. Yəni hazırkı proses həm istehlakçı davranışının dəyişməsi, həm də restoran biznesində xərclərin və rəqabətin artması ilə bağlıdır”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirib ki, bir çox hallarda obyektlər təqdimatını yeniləmək və ya rebrendinq etmək məqsədilə fəaliyyət formasını dəyişir, yeni xidmətlər əlavə edir və müvəqqəti olaraq fəaliyyətini dayandıra bilirlər.

O qeyd edib ki, bir obyektin bağlanması əslində digər yeni obyektin yaranması deməkdir:

“Elə ticarət obyektləri olur ki, onlar müəyyən müddət fəaliyyət göstərir, rəqabət nəticəsində müştərilərini itirir, müəyyən iqtisadi problemlərlə üzləşir və ya müştəri bazasının azalması, yüksək icarə haqları səbəbindən fəaliyyətini dayandırırlar. Bu, biznesdə təbii prosesdir. Tanınmış restoran və kafelərin bağlanması yeni fəaliyyətə başlayan kafe və restoranlar üçün bir şansdır ki, onlar mövcud bazarda öz müştərilərini tapsınlar”.

V.Orucun sözlərinə görə, hazırda iaşə obyektlərini işlətmək çox çətindir:

“ Çünki ilk növbədə icarə xərcləri yüksəkdir və qeyd etdiyiniz ərazilərdə bu məbləğlər həddən artıq yüksəkdir. Tanınmış brend obyektlərin, təbii ki, əhali tərəfindən tanınan və prestijli hesab edilən ərazilərdə mövqe tutması daha məqsədəuyğundur. Buna görə də həmin yerlərə yüksək icarə haqqı ödəyərək məhz orada fəaliyyət göstərirlər. Bu da təbii ki, müəyyən ticarət qarşılığı olmadığı halda uzun müddət davam etmir. Bir müddətdən sonra fəaliyyətlərini dayandırmağa məcbur olurlar.

İkincisi, belə obyektləri işlətmək üçün ərzaq məhsullarının, yanacağın və işçi əməkhaqlarının qiymətlərində də çox yüksək artım baş verib. Mövcud durum hər hansı biznesin fəaliyyətini davam etdirməsi üçün çox ciddi maddi bazasının olmasını zəruri edir. Bu baxımdan bir çox obyektin bağlanması normal hadisədir”.

V.Oruc həmçinin mövcud vəziyyətin iqtisadi böhran kimi qiymətləndirilməsinin əleyhinə olduğunu bildirib:

“Çünki Bakı axşamlarında şəhərdəki obyektləri monitorinq etsəniz, görəcəksiniz ki, ümumiyyətlə, boş ticarət və iaşə müəssisəsi tapmaq olduqca çətindir. Əhalinin böyük hissəsi işdən sonra asudə vaxtını belə mərkəzlərdə keçirməyə üstünlük verir. Sadəcə, ola bilər ki, müştərilərin davranışları dəyişib. Prestijli yerlərdə məkanların seçilməsindən daha çox yüksək xidmət göstərən, yaxud məhsullarının keyfiyyətinə görə fərqlənən və yüksək xidmət göstərmək imkanlarına malik obyektlərə üstünlük verilir.
Onu da qeyd etmək olar ki, mövsümi təsirlər də öz rolunu oynayır. Yay aylarında insanlar xaricə üz tutur, daxili bazarlarda müəyyən qədər boşluq yaranır və müştəri bazasının azalması baş verir. Bu prosesi təbii qarşılamaq lazımdır. Bu, köhnə brendlərin sıradan çıxması, yeni brendlərin isə doğulmasıdır”.

Cəmiyyət sədri maraqlı məqam kimi qeyd edib ki, hər il göstərilən xidmətlərin qiymətləri ən azı 10 faizə qədər artır:

“Buna rəğmən yenə kafelərin, restoranların fəaliyyət göstərməsi onu göstərir ki, müştəri bazası var, tələb var və təbii ki, bu istiqamətdə fəaliyyət davam etməlidir.Yəni hazırkı situasiyanı qorxulu və təhlükəli kimi qiymətləndirməyin əleyhinəyəm. Düzdür, ölkədə müəyyən iqtisadi problemlərin olacağı barədə anonslar var və iqtisadi aktivliyin kifayət qədər olmayacağı ilə bağlı proqnozlar səsləndirilir. Buna rəğmən, obyektlərin bağlanması hər hansı süni ajiotaj yaratmamalıdır.Düşünürəm ki, ölkə iqtisadiyyatı öz yükünü, öz ağırlığını qaldıra biləcək səviyyədədir. Bunun üçün də bir sıra addımlar atılmalıdır ki, doğrudan da ölkə iqtisadiyyatı inkişaf etsin”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edildi
Next: Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? – BU NƏDİ BELƏ?

OXŞAR MÖVZULAR

1787233481_screenshot-2026-08-20-174300
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR

admin 20.08.2026
1787224176_screenshot-2026-08-20-150829
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” – Vətəndaş “Dekoliv”dən şikayətləndi

admin 20.08.2026
1787226749_screenshot-2026-08-20-155051
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. – GÖRÜNƏNİ ODUR Kİ…

admin 20.08.2026

XƏBƏR LENTİ

Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal – Kənan Həsənli direktoru necə qorudu? 1787224418_lqar-bayramli_deniz-neq
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal – Kənan Həsənli direktoru necə qorudu?

admin 20.08.2026
​​​​​”Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələri ilə bağlı redaksiyamıza maraqlı faktlar daxil...
DAVAMI Read more about Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal – Kənan Həsənli direktoru necə qorudu?
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR 1787233481_screenshot-2026-08-20-174300
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR

admin 20.08.2026
“Aqrarkredit” QSC-nin sabiq sədri, ictimaiyyətdə “Şapka Mamed” kimi tanınan Məmməd Musayevin rəhbərlik etdiyi maliyyə şəbəkəsinin uzun illər...
DAVAMI Read more about Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
“Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” – Vətəndaş “Dekoliv”dən şikayətləndi 1787224176_screenshot-2026-08-20-150829
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” – Vətəndaş “Dekoliv”dən şikayətləndi

admin 20.08.2026
Vətəndaş Dekoliv mağazasından narazılıq edir. Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib: Vətəndaşın...
DAVAMI Read more about “Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” – Vətəndaş “Dekoliv”dən şikayətləndi
Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. – GÖRÜNƏNİ ODUR Kİ… 1787226749_screenshot-2026-08-20-155051
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. – GÖRÜNƏNİ ODUR Kİ…

admin 20.08.2026
Bakı şəhəri, Sabunçu rayonunda 2-ci Zabrat Maştağa yolu, döngə 2,ev 10A ünvanında yaşayan Məmmədov Aliq Fikrət oğlu...
DAVAMI Read more about Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. – GÖRÜNƏNİ ODUR Kİ…
Qaraçuxurda “dərəbəylik”: “Günəş” MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT 1787231816_screenshot-2026-08-20-170544
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qaraçuxurda “dərəbəylik”: “Günəş” MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT

admin 20.08.2026
Təxminən 10 gün əvvəl Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbə icra nümayəndəliyinin qənşərində yerləşən küçənin sakinlərinin Prezident İlham...
DAVAMI Read more about Qaraçuxurda “dərəbəylik”: “Günəş” MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT

Bütün yazılar

1787224418_lqar-bayramli_deniz-neq
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal – Kənan Həsənli direktoru necə qorudu?

admin 20.08.2026
1787233481_screenshot-2026-08-20-174300
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR

admin 20.08.2026
1787224176_screenshot-2026-08-20-150829
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” – Vətəndaş “Dekoliv”dən şikayətləndi

admin 20.08.2026
1787226749_screenshot-2026-08-20-155051
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. – GÖRÜNƏNİ ODUR Kİ…

admin 20.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.